Skip to content

«Mənim bu məscidimdə qılınan bir namaz, Məscidul-Haram istisna olmaqla, başqa məscidlərdə qılınan min namazdan daha xeyirlidir».

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:

«Mənim bu məscidimdə qılınan bir namaz, Məscidul-Haram istisna olmaqla, başqa məscidlərdə qılınan min namazdan daha xeyirlidir».

«صَلَاةٌ فِي مَسْجِدِي هَذَا خَيْرٌ مِنْ أَلْفِ صَلَاةٍ فِيمَا سِوَاهُ إِلَّا الْمَسْجِدَ الْحَرَامَ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz məscidində qılınan namazın fəziləti haqqında Məkkədəki Məscidul-Haram xaric, yer üzündəki digər məscidlərdə qılınan min namazdan daha xeyirli olduğunu bəyan etmişdir. Məscidul-Haramda qılınan namaz, Məscidun-Nəbəvidə qılınan namazdan daha fəzilətlidir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Məscidul-Haram və Məscidun-Nəbəvidə qılınan namazın savabının qat-qat olması.

Məscidul-Haramda qılınan bir namaz, digər məscidlərdə qılınan yüz min namazdan daha xeyirlidir.

Mənbələr

Sahihul-Buxari (2/ 60) (1190).

Sahihu Muslim (2/ 1012) (1394).

Əlavə (2)

فتح الباري (3/67).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (24/ 684).