Skip to content

"Kim Allahın kitabından bir hərf oxuyarsa, ona bir savab yazılar. Savab isə on mislindədir

Abdullah bin Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir:

"Kim Allahın kitabından bir hərf oxuyarsa, ona bir savab yazılar. Savab isə on mislindədir. Deməzdim ki, "Əlif ləm mim" bir hərfdir, lakin "əlif" bir hərf, "ləm" bir hərf və "mim" də bir hərfdir".

«مَنْ قَرَأَ حَرْفًا مِنْ كِتَابِ اللهِ فَلَهُ بِهِ حَسَنَةٌ، وَالْحَسَنَةُ بِعَشْرِ أَمْثَالِهَا، لَا أَقُولُ {الم} حَرْفٌ، وَلَكِنْ {أَلِفٌ} حَرْفٌ، وَ{لَامٌ} حَرْفٌ، وَ{مِيمٌ} حَرْفٌ».

Ət-Tirmizi rəvayət etdi.
Həsən
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, hər bir müsəlman Allahın kitabından bir hərf oxusa bir savab qazanar, bu savab da on qat mislində artar. Sonra "Deməzdim ki, əlif, ləm, mim bir hərfdir, lakin əlif bir hərf, ləm bir hərf, mim də bir hərfdir" deyərək bəyan edir ki, üç savab burada otuz savaba bərabər olur.

Hədisin faydalarından

Quran tilavətini artırmağa təşviq.

Quran oxuyan kəsin oxuduğu sözlərdə hər hərfə qarşılıq on qat savab vardır.

Allahın rəhmət və lütfünün genişliyi, çünki qula lütfündən və fəzilətindən dolayı onun əcrini qat qat artırmışdır.

Quranın digər sözlərdən üstünlüyü, onu tilavət etmək ibadətdir, çünki o uca Allahın kəlamıdır.

Mənbələr

Sünən Ət-Tirmizi (5/ 33) (2910).

Əlavə (8)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 229).

سلسلة الأحاديث الصحيحة.

للألباني (7/ 970).

شرح رياض الصالحين.

لابن عثيمين (4/ 655).

نزهة المتقين شرح رياض الصالحين.

لمصطفى الخِن وغيره (1/ 742).