Skip to content

"Kişi ilə şirk və küfür arasında namazı tərk etməsi vardır".

Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:

"Kişi ilə şirk və küfür arasında namazı tərk etməsi vardır".

«إِنَّ بَيْنَ الرَّجُلِ وَبَيْنَ الشِّرْكِ وَالْكُفْرِ تَرْكَ الصَّلَاةِ».

Muslim rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) fərz namazların tərk edilməsindən çəkindirmiş, kişi ilə şirkə və küfrə düşməsi arasında namazın tərk edilməsi olduğunu xəbər vermişdir. Namaz İslamin ikinci rükunudur. Namazın İslamda yeri əzəmətlidir. Kim namazın vacib olunduğunu inkar edərək tərk edərsə, o, müsəlmanların icması ilə kafir olar. Namazı səhlənkarlıq və tənbəllikdən dolayı bütünlüklə tərk edən kimsə də kafirdir. Bu məsələdə bizə səhabələrin icması nəql edilmişdir. Əgər bir kimsə namazı bəzən qılıb, bəzən də tərk edərsə, o, bu şiddətli təhdidə məruz qalar.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Hədisdə namazın əhəmiyyəti və namazları vaxtı-vaxtında qılmasının vacibliyi ifadə edilmişdir. Namaz, iman ilə küfür arasını ayıran bir özəllikdir.

Namazı tərk etmək və namaza qarşı səhlənkar yanaşmaq qadağan edilmişdir.

Mənbələr

Sahihu Muslim (1/ 88) (82).

Əlavə (2)

المفهم لما أشكل من تلخيص كتاب مسلم (1/ 271).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (2/ 622).