Skip to content

Allah cəhənnəmi nə üçün yaratdı?

محاور التعريف بالإسلام
اليوم الآخر والمصيرالنار
مصدر الإجابة
قسم البعث
الباب / الفصل
(قسم البعث)

السؤال

Allah cəhənnəmi nə üçün yaratdı?

الجواب

Od iki növdür: Dünya alovu və axirət odu. Dünya alovuna gəldikdə isə, onun böyük faydaları vardır. Bunlardan ən başlıcası, onun Qiyamət günü dirilməyə dəlalət etməsidir. Uca Allah buyurur:

Onun ağacını siz yaradırsınız, yoxsa Bizik yaradan!

Biz onu (Cəhənnəmi) xatırlamaq və müsafirlərin faydalanması üçün yaratdıq."

(Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!"

[Vaqiə 56 surəsi, ayələr 72-74].

Uca Allah buyurur:

O Bizə bir məsəl çəkdi, lakin öz yaradılışını unutdu. O: “Çürümüş sümükləri kim dirildə bilər?”– dedi.

De: “Onları ilk dəfə yaradan (Allah) dirildəcəkdir. O, hər bir məxluqu yaxşı tanıyandır.

O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.

[Yasin 36 surəsi, ayələr 78-80].

Allah insanlara xatırlatdı ki, soyuq yaşıl ağacdan isti, yandırıcı odu çıxaran Allah, Öz izni ilə ölüləri diriltməyə də qadirdir.

Dünya alovunun ən məşhur faydaları bunlardır: Qaranlıqda onun işığından faydalanmaq, yemək və içkiləri bişirmək, soyuqda isinmək, insanın yox etməyə ehtiyac duyduğu şeyləri məhv etmək, metalları yumşaltmaq, sənətkarlıq işlərini asanlaşdırmaq və bəzi xəstəlikləri müalicə etmək.

Axirət alovuna gəldikdə, Allah onu saysız-hesabsız hikmətlərə görə yaratmışdır, lakin biz onlardan bəzilərini qeyd etməyə çalışacağıq. Onlardan bəziləri bunlardır:

Birincisi: Allahın elçisi, Allahın salavatı və salamı onun üzərinə olsun, buyurur:

«Cəhənnəm və cənnət mübahisə etdi. Cəhənnəm dedi: "Mənə zalımlar və təkəbbürlülər daxil olacaq". Cənnət isə dedi: "Mənə zəiflər və miskinlər daxil olacaq". Uca Allah cəhənnəmə dedi: "Sən Mənim əzabımsan, səninlə istədiyimə əzab verərəm – və bəlkə də belə buyurdu: səninlə istədiyimi cəzalandıraram –". Cənnətə isə dedi: "Sən Mənim rəhmətimsən, səninlə istədiyimə rəhm edərəm. Və sizin hər biriniz dolacaqsınız».

Səhih Müslim: (170).

O, Allahın əzabıdir, orada kafirlərdən və günahkarlardan istədiyinə əzab verir.

İkincisi: İnsanların qəlblərindən eləsi var ki, daşdan da daha sərtdir. Bu üsyankar və təkəbbürlü qəlbləri yalnız bu əzəmətli od əridə və ədəbləndirə bilər.

Üçüncüsü: Allahın Cəhənnəmi yaratması Onun hikməti və rəhmətindəndir. Çünki Allah bu dünyanı imtahan və sınaq məskəni etmiş, insanı yaradaraq onun fitrətinə şəhvətlər yerləşdirmiş və ona şəhvətini təmin edə biləcəyi yollar təyin etmişdir. O, bunlardan bəzisini halal, bəzisini isə haram buyurmuş, qullarını haram şəhvətlərə yaxınlaşmaqla Ona asi olmaqdan, eləcə də Uca Allahın haqqı olan ibadətdə səhlənkarlığa yol verməkdən çəkindirmişdir. İstər haram işlədərək, istərsə də itaətdə səhlənkarlıq edərək Ona asi olan hər kəsi isə Cəhənnəmə daxil edəcəyi ilə təhdid etmişdir. Beləliklə, Cəhənnəmin varlığı sağlam ağıl sahibləri üçün günah işlətməkdən və səhlənkarlıqdan ən yaxşı çəkindirici vasitə olmuşdur. Uca Allah buyurur:

"(Ey insanlar!) Mən sizi alov saçan bir odla qorxutdum.

Ona ancaq ən bədbəxt kimsə (kafir) daxil olar.

O kimsə ki, (haqqı) yalan sayar və (ondan) üz döndərər.

Allahdan ən çox qorxan isə (o Oddan) uzaqlaşdırılacaqdır.

O kimsə ki, malını (Allah yolunda) verir, (günahlardan) təmizlənir."

[Leyl 92 surəsi, ayələr 8-11].

Bunu bildikdə dərk edərsən ki, onun mövcudluğu Uca Allahı qəzəbləndirən əməllərdən çəkinməyə, Onun əmr etdiyi və sevdiyi əməlləri yerinə yetirməyə bir səbəbdir. Həmçinin, kafir və zalıma Cəhənnəmdə əzab verilməsində dünyada ikən zülmə məruz qalmış məzlumun qisasının alınması və qəzəbinin soyuması vardır. Eləcə də bu, kafirin öz Rəbbinə asi olduğuna görə layiq olduğu əzabını alması üçündür.

المصدر

قسم البعث

ملاحظات

--