Cənnət və Cəhənnəmdə nə baş verir?
- محاور التعريف بالإسلام
- اليوم الآخر والمصيرالجنةاليوم الآخر والمصيرالنار
- مصدر الإجابة
- قسم البعث
- الباب / الفصل
- (قسم البعث)
السؤال
Cənnət və Cəhənnəmdə nə baş verir?
الجواب
Cənnət – Axirətdə möminlərin mükafatlandırılacağı və əbədi olaraq nemətləndiriləcəyi yurd, Cəhənnəm atəşi isə kafirlərin cəzalandırılacağı və əbədi olaraq əzab çəkəcəyi yurddur. Günahkar müvəhhidlər orada əzab çəkər, sonra isə Cənnətə çıxarılarlar. Cənnətdə heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşər övladının qəlbindən keçirmədiyi nemətlər vardır. Qurani-Kərim və Peyğəmbər sünnəsi Cənnətdə baş vermiş və baş verəcək bir çox şeyləri bəyan etmiş, nəfslərin oraya həsrət etməsi üçün onu ətraflı şəkildə açıqlamışdır. Eləcə də Cəhənnəm atəşinin içərisindəki əzablar, nəfsləri qorxutmaq və ondan çəkinmək məqsədilə insanları xeyirxah əməllərə sövq etmək üçün ətraflı şəkildə vəsf edilmişdir. Uca Allah buyurur:
"Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nə cür nemətlər saxlandığını heç kəs bilməz."
[Səcdə 32 surəsi, ayə 21].
Uca Allah buyurur:
"Həqiqətən, müttəqilər üçün qurtuluş vardır."
(Nəbə 78 surəsi, ayə 31).
"Həqiqətən, Cəhənnəm pusquda dayanıb (kafirləri) gözləyir.
O, həddi aşanların qayıdacağı yerdir.
Onlar orada əsrlər boyu qalacaqlar.
Onlar orada nə bir sərinlik, nə də içəcək bir şey dadacaqlar.
(İçdikləri) yalnız qaynar su və irin (olacaqdır) –
(Dünyada ikən etdikləri əməllərə) müvafiq bir cəza olaraq.
Çünki, onlar hesaba çəkiləcəklərini güman etmirdilər.
Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.
Biz hər bir şeyi hesablayıb (lövhi-məhfuzda) yazmışıq.
Elə isə dadın (əzabı)! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
(Həmçinin) bağlar və üzümlüklər.
Sinələri yenicə qabarmış həmyaşıd qızlar.
(Cənnət şərabı ilə) ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!
Onlar orada nə boş bir söz, nə də bir yalan eşidəcəklər.
(Bunlar) Rəbbindən olan mükafat, bol bol verilən töhfədir."
"Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir: Orada tamı dəyişməyən sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvələr və Rəbbi tərəfindən bağışlanma vardır. Məgər o, od içində əbədi qalacaq və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?!"
(Muhəmməd 47 surəsi, ayə 27).
"O gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır."
[Furqan 25 surəsi, ayə 3].
Pak və nöqsansız olan Allah buyurur:
Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar Cəhənnəmdə əbədi qalacaqlar.
Od onların üzünü yandıracaq və onlar orada (dodaqları əzabdan qıc olub) dişləri ağarmış bir halda qalacaqlar."
(Muminun 23 surəsi, ayələr 12-14).
Allahın elçisi, Allahın salavatı və salamı onun üzərinə olsun, buyurur:
«İzzət və cəlal sahibi olan Allah Cənnəti yaradanda Cəbrayıla dedi: "Get, ona bax". O gedib ona baxdı, sonra qayıdıb dedi: "Ey Rəbbim, izzətinə and olsun ki, onu eşidən ora daxil olmaq istəyəcək". Sonra (Uca Allah) onu nəfsin sevmədiyi şeylərlə əhatələdi, sonra dedi: "Ey Cəbrayıl, get ona bax". O gedib ona baxdı, sonra qayıdıb dedi: "Ey Rəbbim, izzətinə and olsun ki, ora kimsənin daxil olmayacağından qorxuram". Dedi: Allah Cəhənnəmi yaratdıqda dedi: "Ey Cəbrayıl, get ona bax". O gedib ona baxdı, sonra qayıdıb dedi: "Ey Rəbbim, izzətinə and olsun ki, onu eşidən heç kəs ora girməyəcək". Sonra (Uca Allah) onu şəhvətlərlə əhatələdi, sonra dedi: "Ey Cəbrayıl, get ona bax". O gedib ona baxdı, sonra qayıdıb dedi: "Ey Rəbbim, izzətinə and olsun ki, bir nəfər belə qalmayıb hər kəsin ora girəcəyindən qorxuram"».
Müsnəd: (8398), Hədisi Əbu Davud: (4744) həsən sənədlə rəvayət etmişdir.
«Qiyamət günü Cəhənnəm əhlindən olub dünyada ən çox nemət içində yaşamış şəxs gətiriləcək və Cəhənnəm atəşinə bir dəfə batırılacaq. Sonra deyiləcək: “Ey Adəm övladı, sən heç xeyir gördünmü? Sən heç nemət daddınmı?” O deyəcək: “Xeyr, Allaha and olsun, ey Rəbbim”. Və Cənnət əhlindən olub dünyada ən çox sıxıntı çəkmiş şəxs gətiriləcək və Cənnətə bir dəfə batırılacaq. Sonra ona deyiləcək: “Ey Adəm övladı, sən heç sıxıntı gördünmü? Sən heç çətinlik daddınmı?” O deyəcək: “Xeyr, Allaha and olsun, ey Rəbbim, mən heç vaxt sıxıntı dadmadım və heç vaxt çətinlik görmədim”».
[Hədisi Müslim rəvayət etmişdir].
Əlavə məlumat üçün bax: İbn Qəyyim əl-Cövziyyənin "Hadi əl-Ərvah ilə Bilad əl-Əfrah" və Ömər əl-Əşqərin "Cənnət və Cəhənnəm" adlı əsərlərinə.
المصدر
ملاحظات
--