Kəbə nədir? Müsəlmanlar Kəbəyə ibadət edirlərmi?
- محاور التعريف بالإسلام
- محاسن الإسلاممحاسن العبادة
- مصدر الإجابة
- قسم أركان الإسلام
- الباب / الفصل
- (قسم أركان الإسلام)
السؤال
Kəbə nədir? Müsəlmanlar Kəbəyə ibadət edirlərmi?
الجواب
Müqəddəs Kəbə, müsəlmanların namazlarında qibləsidir. Allahu Təala buyurur:
"Səni razı qalacağın qibləyə tərəf yönəldəcəyik. Artıq üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa, olun, üzünüzü ona tərəf çevirin!"
(Bəqərə 2 surəsi, ayə 21).
Həcc və ümrə fərzini yerinə yetirərkən onun ətrafında təvaf edirlər. Uca Allah belə buyurur:
"Qədim Evi (Kəbəni) təvaf etsinlər."
(Həcc 22 surəsi, ayə 5).
O, Allahın Öz peyğəmbəri və xəlili İbrahimə (Allahın ona salamı olsun) inşa etməsini əmr etdiyi Məkkədəki əzəmətli binadır. Uca Allah buyurur:
Bir zaman Biz İbrahimə (müqəddəs) Evin yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, Evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”– (demişdik).
O, yer üzərində Uca Allaha ibadət etmək üçün ilk bina olunan evdir. Uca Allah buyurur:
"Həqiqətən, aləmlərə bərəkət və hidayət qaynağı olaraq insanlar üçün ilk bina edilən ev Bəkkədəki evdir."
(Əli İmran 3 surəsi, ayələr 3-4).
Amma ikinci sualın cavabına gəldikdə isə, müsəlmanlar Kəbəyə və Həcərul-Əsvədə ibadət etmirlər. Onlar bu ikisinə boyun əymir və kiçilmirlər. Əksinə, yalnız onlara dəyər verir və hörmət edirlər. Onlar Kəbədən və Həcərul-Əsvəddən heç bir əmr və ya qadağa almırlar. Çünki onlar, nə fayda, nə də zərər verə bilərlər. Onlardan yol göstərəcək və ya irşad edəcək heç bir şey də hasil olmur. Həcərul-Əsvədi öpmək, Kəbəyə dəyər vermək və ora tərəf dönmək yalnız müsəlmanların birliyinin və məqsədlərinin birliyinin təzahürlərindəndir. Müsəlmanlar Uca Allahın onlara etdiyi əmrə uyğun olaraq oranı ziyarət edir və ətrafında təvaf edirlər. İbadət Kəbə üçün deyil, yalnız Uca Allah üçün edilir. Müsəlmanlar onun, nə fayda, nə də zərər verə bilməyən bir daş olduğunu bilirlər. Lakin müsəlman Uca Allahın əmrinə tabe olur. Çünki bu, aləmlərin Rəbbi olan Uca Allaha qulluğun tələblərindəndir.
Buna Ömərin (Allah ondan razı olsun) Qara daşı öpərkən belə deməsi də aiddir:
«Mən bilirəm ki, sən bir daşsan, nə zərər, nə də xeyir verə bilirsən. Əgər mən Peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, səni öpdüyünü görməsəydim, səni öpməzdim».
Hədisi Buxari: (2620) və Müslim: (1003) rəvayət etmişdir.
Allahın salatı və salamı Peyğəmbərimiz Muhəmmədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun!
المصدر
ملاحظات
--