Dəstəmazın alınma qaydası necədir?
- محاور التعريف بالإسلام
- محاسن الإسلاممحاسن العبادة
- مصدر الإجابة
- قسم أركان الإسلام
- الباب / الفصل
- (قسم أركان الإسلام)
السؤال
Dəstəmazın alınma qaydası necədir?
الجواب
Dəstəmazın tam alınma qaydasının təfsilatı aşağıdakı kimidir:
- İnsan təmizlik və hədəsin aradan qaldırılması üçün niyyət etməli, niyyəti dil ilə deməməlidir. Çünki onun yeri qəlbdir. Digər ibadətlər də həmçinin.
- “Bismilləh” (Allahın adı ilə) deyir.
- Sonra əllərini üç dəfə yuyur.
- Sonra üç dəfə mədməda edir. (Mədməda suyu ağızda dövr etdirməkdir)
Üç dəfə istinşaq edir və sol əli ilə suyu burnundan ifraz edir. İstinşaq: suyu burnun daxilinə çatdırmaqdır, istinsar isə: onu burundan çıxartmaqdır.
- Üzünü üç dəfə yuyar. Üzün hüdudları uzunluğuna başın adətən saç bitən yerindən alt çənə sümüklərinin və çənənin aşağısına qədər, eninə isə sağ qulağın hüdudundan sol qulağın hüduduna qədərdir. Kişi saqqalının tüklərini yuyar, çünki o da üzə daxildir. Əgər (saqqal) seyrək olarsa, onun zahirini və batinini yumaq vacibdir. Əgər sıx, yəni dərini örtəcək qədər qalın olarsa, yalnız zahirini yumaq və barmaqlarla aralarını açaraq suyu çatdırmaq lazımdır.
- Sonra əlləri dirsəklərə qədər üç dəfə yumaq. Əlin hüdudu dırnaqlarla birlikdə barmaqların ucundan bazunun başlanğıcına qədərdir. Yumazdan əvvəl ələ yapışmış, suyun dəriyə çatmasına mane olan xəmir, palçıq, boya və bu kimi şeyləri mütləq təmizləmək lazımdır.
- Bundan sonra yeni su ilə başına və qulaqlarına bir dəfə məsh çəkmək.
Başa məsh çəkilmə qaydası: su ilə isladılmış əllərini başının ön hissəsinə qoyur və başının arxasına qədər çəkir, sonra isə əllərini geri qaytarıb başladığı yerə çatdırır. Sonra şahadət barmaqlarını qulaq kanalına salır və baş barmaqları ilə qulaqların xarici hissəsini məsh edir.
Qadının saçına gəlincə, saç istər sallanmış, istərsə də yığılmış olsun, başın ön hissəsindən boynundakı saç bitən yerə qədər onun üzərinə məsh edir. Kürəyinə uzanan saçlarına məsh etmək isə vacib deyil.
- Sonra ayaqları topuqlara qədər üç dəfə yumaq. Topuqlar baldırın aşağı hissəsindəki iki çıxıntılı sümükdür.
- Su tapmayan kəs təyəmmüm etməlidir. Təyəmmüm: Su tapmadıqda və ya sudan istifadə etməyə qadir olmadıqda, təmizlənmək üçün pak torpaq və ya yer üzünün pak əşyalarından istifadə etməkdir.
Uca Allah buyurur:
"...su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır."
(Nisa 4 surəsi, ayə 1).
Təyəmmümün qaydası: İki əlin ovuc nahiyəsi ilə bir dəfə torpağa vurduqdan sonra, onları üzə və əlin üst nahiyəsinə (əvvəlcə sol əlin ovcunu sağ əlin üstünə, sonra sağ əlin ovucunu sol əlin üstünə) bir dəfə sürtməklə edilir. Peyğəmbərin, sallallahu aleyhi və səlləm, Əmmar bin Yasirə, Allah ondan razı olsun, buyurduğu kimi:
"Sənə belə etmək kifayət edərdi". Peyğəmbər, sallallahu aleyhi və səlləm, əllərini yerə vurdu və onlara üfürdü, sonra əlləri ilə üzünə və əllərinə məsh etdi.
Hədisi Buxari: (2620) və Müslim: (1003) rəvayət etmişdir.
Yuxarıda deyilənlərə dəlil, Osmanın azad etdiyi qulu Humranın rəvayət etdiyi hədisdir ki, Osman bin Əffan, Allah ondan razı olsu:
«Dəstəmaz almaq üçün su istədi və dəstəmaz aldı. Əllərini üç dəfə yudu, sonra ağzını yaxaladı və suyu burnundan ifraz etdi. Sonra üç dəfə üzünü yudu. Sonra sağ əlini dirsəyə qədər üç dəfə yudu, sonra sol əlini də bunun kimi yudu. Sonra başına məsh çəkdi. Sonra sağ ayağını topuqlara qədər üç dəfə yudu, sonra sol ayağını da bunun kimi yudu. Sonra da belə dedi: Mən, Allah rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, mənim bu aldığım dəstəmaz kimi dəstəmaz aldığını gördüm. Sonra Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə dedi: "Kim mənim bu aldığım dəstəmaz kimi dəstəmaz alar, sonra qalxıb iki rükət namaz qılarsa və o namazda nəfsi ilə (öz-özünə) danışmazsa, Allah onun keçmiş günahlarını bağışlayar"»
[Hədisi Müslim rəvayət etmişdir].
"Ey iman gətirənlər! Namaza qalxdığınız zaman üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və ayaqlarınızı da topuqlara qədər yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaqyolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, fəqət O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz."
(Maidə 5 surəsi, ayə 46).
Allahın salatı və salamı Peyğəmbərimiz Muhəmmədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun!
المصدر
ملاحظات
--