Skip to content

İslamın beş əsası hansılardır?

محاور التعريف بالإسلام
الشبهات والاعتراضات
مصدر الإجابة
قسم أركان الإسلام
الباب / الفصل
(قسم أركان الإسلام)

السؤال

İslamın beş əsası hansılardır?

الجواب

İslam, Peyğəmbərin, sallallahu aleyhi və səlləm, bu sözləri ilə bəyan etdiyi beş əsas üzərində qurulmuşdur:

«İslam beş (əsas) üzərində qurulmuşdur: Allahdan başqa (ibadətə haqqı olan) məbud olmadığına və Muhəmmədin (sallallahu aleyhi və səlləm) Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq»

Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Birinci rükun: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna şəhadət verməkdir. Yəni: bunun mənasını və tağutu inkar etmək, Uca Allahın şəriətinə tabe olmaq, məhəbbət və təzim ilə yanaşı Uca Allaha ixlasla ibadət etmək kimi tələblərini bilməklə bərabər, Uca Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına etiqad etmək, insanın yalnız Allahın Rəbb, Malik, İdarəedən, Xaliq və Rəzzaq olduğuna etiqad etməsi, Onun Özü üçün isbat etdiyi və ya Rəsulunun Onun üçün isbat etdiyi bütün gözəl adları və uca sifətləri Onun üçün isbat etməsi, və Ondan qeyrisinin yox, yalnız Allahın ibadətə layiq olduğuna etiqad etməsidir. Çünki Xaliq yalnız Odur, Onun heç bir şəriki yoxdur. Uca Allah belə buyurur:

"O, göyləri və yeri (misilsiz olaraq) yaradandır. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi biləndir.

O Allah sizin Rəbbinizdir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Hər şeyi xəlq edən Odur! (Elə isə) Ona ibadət edin! O, hər şeyi qoruyandır."

[Ənam 6 surəsi, ayə 103].

Və Məhəmməd bin Abdullah bin Əbdülmüttəlib əl-Haşimi əl-Qureyşinin peyğəmbərlərin sonuncusu və rəsulların ən şərəflisi olduğuna şəhadət etmək, laqeydliyə və ifrata yol vermədən onun şəriətinə əməl etməyi və şəriətdə varid olduğu kimi ona təzim etməyi ehtiva edir. Belə ki, onun sünnəsinə əməl etməmək laqeydlik, Uca Allahı qoyub ona ibadət etmək isə ifratdır. Məsələn: ona and içmək, ona dua etmək və ya Uca Allahdan başqasına yönəldilməsi caiz olmayan digər əməllər kimi.

İnsan, Uca Allahın Öz rəsulu Muhəmmədi, sallallahu aleyhi və səlləm, göndərdiyinə, ona Quranı nazil etdiyinə və bu dini bütün insanlara çatdırmağı ona əmr etdiyinə etiqad etdiyi kimi, Allahı və rəsulunu sevməyin, onlara itaət etməyin hər kəsə vacib olduğuna və Allahın sevgisinin ancaq Onun rəsuluna, sallallahu aleyhi və səlləm, tabe olmaqla gerçəkləşəcəyinə də etiqad edir. Uca Allah belə buyurmuşdur:

De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da, sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir”.

(Əli İmran 3 surəsi, ayələr 3-4).

Və onun əmrlərinə itaət etmək, verdiyi xəbərləri təsdiqləmək, qadağan edib çəkindirdiklərindən uzaq durmaq və Allaha insanların uydurduqları bidətlərlə deyil, yalnız onun gətirdiyi şəriətlə ibadət etmək vacibdir.

Peyğəmbərin göndərilməsində hikmət, insanları dinlərində və dünyalarında onlar üçün xeyirli və faydalı olan şeylərə, habelə Rəbblərini razı salan işlərə yönəltmək və onlara doğru yolu göstərməkdir.

İkinci rükun: Namaz qılmaq. Namaz - Xususi söz və əməllərdən ibarət, təkbir (Allahu əkbər sözü) ilə başlayıb, salam (əs-Sələmu aleykum va rahmatullah sözü) ilə qurtaran, Allaha edilən bir ibadətin adıdır.

Bunlar gecə və gündüz ərzində beş vaxt namazdır: fəcr, zöhr, əsr, məğrib və işa namazlarıdır.

Namaz qılmaq hər bir müsəlmana vacibdir.

Uca Allah buyurur:

"Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir."

(Nisa 4 surəsi, ayə 163).

Namazın hikmətlərindən biri də, onun qul ilə Rəbbi arasında bir bağ, rahatlıq və xatircəmlik olması, fəhşa və münkərdən (çirkin və pis əməllərdən) çəkindirməsi və sairədir.

Üçüncü rükun: Zəkat vermək - bu, müəyyən bir malda, müəyyən bir qrup üçün, müəyyən bir vaxtda vacib olan haqdır. O, İslamın rükunlarından biridir və zənginlərdən alınıb, yoxsullara verilən vacib bir sədəqədir.

"Onların mallarından sədəqə götür ki, bununla onları (günahlarından) pak edib təmizə çıxarasan..."

[Tövbə 9 surəsi, ayə 103].

Zəkatın hikmətlərindən biri də odur ki, o, malı təmizləyir və artırır, nəfsləri simiclik və xəsislikdən təmizləyir, zənginlər ilə fəqirlər arasındakı sevgi bağlarını qüvvətləndirir, beləliklə də kin aradan qalxır, əmin-amanlıq hökm sürür və ümmət səadətə qovuşur.

Dördüncü rükun: Ramazan orucu, Hicri ilinin doqquzuncu ayının gündüzlərində yemək, içmək və cinsi əlaqə kimi orucu pozan şeylərdən çəkinməkdir.

"İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Qoy sizlərdən bu aya yetişən kəslər həmin ayı oruc tutsunlar."

(Bəqərə 2 surəsi, ayə 21).

Orucun hikmətlərindən biri də budur ki, oruc Uca Allaha qarşı təqva əldə etmək üçün bir vasitədir.

Oruc tutana Uca Allahın ona olan nemətini hiss etdirir.

Oruc tutana fəqir və miskin qardaşlarını xatırladır.

Oruc müsəlmanların hisslərini birləşdirir.

Oruc bədənə sağlamlıq və qüvvət qazandırır.

Buna oxşar digərlərini də qeyd etmək olar.

Beşinci rükun: Həcc - gücü çatana ömüründə bir dəfə, müəyyən ayinləri yerinə yetirmək üçün Məkkeyi-mükərrəmədə yerləşən müqəddəs məkanları ziyarət etməkdir.

"Yoluna gücü çatan hər kəsin (müqəddəs) Evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur."

Həccin hikmətlərindən biri də, onda Uca Allahın tövhidini gerçəkləşdirmək, Pak və Nöqsansız Allaha qarşı təqvanı həyata keçirmək, Qüdrətli və Əzəmətli Allahın zikrini bərqərar etmək, insan nəfsini saflaşdırmaq, ümməti doğru birlik anlayışı əsasında tərbiyə etmək və digər bu kimi hikmət, fayda və mənfəətlərin olmasıdır.

Bu, qısa bir xülasədir. Rüknların hər birinin öz şərtləri, rüknları və bir çox təfərrüatları vardır.

Allahın salatı və salamı Peyğəmbərimiz Muhəmmədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun!

المصدر

قسم أركان الإسلام

ملاحظات

--