Skip to content

İslamda ibadət anlayışı nə deməkdir?

محاور التعريف بالإسلام
محاسن الإسلاممحاسن العبادة
مصدر الإجابة
قسم أركان الإسلام
الباب / الفصل
(قسم أركان الإسلام)

السؤال

İslamda ibadət anlayışı nə deməkdir?

الجواب

İbadət — məhəbbət və təzimlə yanaşı Uca Allaha təvazö və itaət göstərməkdir. Uca Allahın sevdiyi və razı qaldığı bütün zahiri və batini söz və əməllər ibadət məfhumuna daxildir. Əməllərdən namaz və həcc kimi xalis ibadət olanları vardır. Elə əməllər də vardır ki, əgər insan onun savabını Allahdan umarsa, buna görə savab qazanar. Məsələn: ibadət üçün güc toplamaq niyyəti ilə yatmaq və eyni niyyətlə yemək yemək kimi. Əgər bu əməllər həmin niyyətlə yerinə yetirilərsə, Uca Allah üçün sevimli olar. Əgər insan savabını umaraq halala yönələr və haramı tərk edərsə, həqiqətən də buna görə savab qazanır. Əbu Zərrdən rəvayət edir ki,

Peyğəmbərin, sallallahu aleyhi va səlləm, səhabələrindən bir dəstə adam ona belə dedi: “Ey Allahın rəsulu, var-dövlət sahibləri bizdən çox savab qazanırlar. Onlar bizim kimi namaz qılır, bizim kimi oruc tutur və üstəlik mallarının artığını sədəqə verirlər”. Peyğəmbər, sallallahu aleyhi va səlləm, dedi: "Məgər Allah sizə sədəqə edəcək şey verməmişdirmi?! Həqiqətən, hər bir təsbih (sübhənallah kəlməsi) sədəqədir, hər bir təkbir (Allahu Əkbər kəlməsi) sədəqədir, hər bir təhmid (Əlhəmdulilləh kəlməsi) sədəqədir, hər bir təhlil ("Lə iləhə illəllah" kəlməsi) sədəqədir, yaxşılığı əmr etmək sədəqədir, pis işlərdən çəkindirmək sədəqədir, habelə, sizdən birinizin (öz zövcəsi ilə) yaxınlıq etməsi də sədəqədir". Səhabələr soruşdular: “Ey Allahın rəsulu! Birimiz (öz zövcəsi ilə) yaxınlıq edir və buna görə savabmı qazanır?” Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə dedi: "Məgər haram yolla yaxınlıq etdikdə, buna görə günah qazanmır?! Eləcə də, halalı ilə yaxınlıq etdikdə, savab qazanır".

Səhih Müslim: (170).

Əməllərin bəzisi oruc tutmaq kimi qəsd edərək çəkinmək və tərk etməkdir. Sözlər isə zikr etmək və Quran oxumaq kimidir. Batini, yəni qəlb əməlləri: müsəlmanın qəti şəkildə qəbul etdiyi etiqadlar və məsələlərdir; dirilmə, qeybə iman və tövhid kimi. Qəlbin əməlləri isə təvəkkül, qorxu və ümid kimidir. İbadəti Uca Allahdan başqasına yönəltmək icazəli deyildir. İbadət ancaq üç şərtlə qəbul olunar: Birinci: İslam. İkinci: İxlas. Üçüncü: Sünnəyə müvafiq olmaq.

المصدر

قسم أركان الإسلام

ملاحظات

--