Skip to content

İnsanın həyatdakı hədəf və məqsədi bilmədən xoşbəxtlik əldə etməsi mümkündürmü?

محاور التعريف بالإسلام
الغاية من خلق الإنسان ومعنى الحياة
مصدر الإجابة
قسم المسلمين
الباب / الفصل
(قسم المسلمين)

السؤال

İnsanın həyatdakı hədəf və məqsədi bilmədən xoşbəxtlik əldə etməsi mümkündürmü?

الجواب

İnsanın Allaha iman etmədən, Allahın onu nə üçün yaratdığını, bu həyata nə üçün gəldiyini və öldükdən sonra hara gedəcəyini bilmədən həqiqi xoşbəxtliyə nail olması mümkün deyildir.

İnsan cürbəcür nemətlərdən və səadətə səbəb olan müxtəlif vasitələrdən nə qədər faydalansa və ləzzət alsa da, yenə də onda özündən heç vaxt ayrılmayan bir bədbəxtlik qalacaqdır. Sual verən kəs deyə bilər: "Sizdəki bu qətiyyət nədəndir?" Biz isə deyirik: Çünki insan nəfsini xəlq edən Allah bu barədə xəbər vermiş və Uca Allah belə buyurmuşdur:

"Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı daralar və Biz Qiyamət günü onu kor olaraq həşir edərik."

(Ta ha 20 surəsi, ayə 5).

Uca Allah, iman gətirmədiyi təqdirdə onu çətinliyə və davamlı bədbəxtliyə düçar edəcəyini xəbər vermişdir. Uca Allah buyurur:

"Kim də (malını Allah yolunda xərcləməyə) xəsislik edib, (Rəbbinə) ehtiyacı olmadığını güman etsə

və ən gözəl olanı (Lə iləhə illəllah kəlməsini) yalan hesab edərsə,

Biz onu ən çətin olana (şər əmələ) müyəssər edəcəyik.

(Cəhənnəmə) düşdükdə var-dövləti ona fayda verməyəcək."

[Leyl 92 surəsi, ayələr 8-11].

Bu xəbər Sübhan olan Haqqdandır. Çünki insan nəfsini yaradan, ona nəyin fayda verəcəyini və nəyin onu bədbəxt edəcəyini bilən məhz Odur. Uca Allah buyurur:

"Məgər yaradan (Allah) yaratdığını bilməzmi? O, Lətifdir (hər şeyi incəliyinə qədər biləndir) və (hər şeydən) Xəbərdar."

[Mülk 67 surəsi, ayə 14].

O, onu xeyir, fəzilət, doğru yol və haqq sevgisi üzrə yaratmış, batili, küfrü və rəzil xüsusiyyətləri isə ona nifrət etdirmişdir. Uca Allah buyurur:

"Sən batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilməz."

[Rum 30 surəsi, ayə 32].

Kim öz yaradılış qayəsini bilməzsə, o kəs həyatın ləzzətindən, razılıq duyğusundan və saleh əməllər etməyin – bəhrəsinə dünyada olmasa da, axirətdə mütləq nail olacağını yəqinliklə bildiyi – nailiyyət sevincindən məhrum olar. Uca Allah buyurur:

Allah buyuracaq: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər vardir”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur.

(Maidə 5 surəsi, ayə 44).

Uca Allah buyurur:

"Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq."

[Nəhl 16 surəsi, ayə 97].

Xoşbəxtliyin həqiqətini, imanın dadını və mal-dövlətin, eləcə də oğul-uşağın fayda verməyəcəyi bir gün üçün saleh əməl toplamağın ləzzətini Uca Allaha iman gətirən kimsədən başqa heç kim bilməz.

Kimsə deyə bilər: “Biz Allaha iman etmədikləri halda xoşbəxtlik və səadətin zirvəsində olan insanlar görürük”. Biz isə deyirik: “Bəli, həqiqəti bilməyən qafil kimsə vardır və o, Uca Allahın belə buyuraraq barələrində xəbər verdiyi kimsələrdəndir:”

"Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar başlarını qatsın. (Onlar ziyana uğradıqlarını) tezliklə biləcəklər."

(Hicr 15 surəsi, ayə 3).

"Qoy kafirlərin (rifah içində) diyarbədiyar gəzib dolaşması səni aldatmasın!

Bu, az bir mənfəətdir. Sonra isə onların gedəcəkləri yer Cəhənnəmdir. Ora necə də pis yataqdır!"

(Ali-İmran 3 surəsi, ayə 81).

Həqiqətən də, cəhalət içində olub əyləncəyə uyan bu qafil kimsə ləzzətlərdən zövq alır. Əgər o, ölüm anında və ölümdən sonra onu nələrin gözlədiyini bilsəydi, heç bir nemətdən ləzzət almazdı. Lakin bu hal ona yalnız ölüm anında aydın olar. Uca Allah buyurur:

Kaş ki sən, mələklər kafirlərin canını alarkən görəydin. Mələklər onların üzlərinə və yanlarına vuraraq deyirdilər: “Dadın atəşin əzabını!".

(Ənfal 8 surəsi, ayə 50).

Hər bir müsəlmanın bildiyi və yəqinliklə inandığı həqiqət ona aşkar olduqda, o, Uca Allahın onun haqqında xəbər verərək buyurduğu kimi deyəcək:

Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar.

Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx (həyatı) vardır.

Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar.

(O gün) tərəziləri ağır gələnlər nicat tapacaqlar.

Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar Cəhənnəmdə əbədi qalacaqlar.

(Muminun 23 surəsi, ayələr 99 - 103).

Buna görə də tam əminliklə yəqin edirik ki, həyatın qayəsini bilməyən kimsə nə qədər səy göstərsə və nə qədər çalışsa belə, həqiqi səadətə nail ola bilməyəcəkdir. Allahdan diləyirik ki, bizi bədbəxtliyə düçar etməsin və Öz dərgahından bizə rəhmət bəxş etsin!

المصدر

قسم المسلمين

ملاحظات

--