Müsəlmanlar "əsli xəta" əqidəsinə iman edirlərmi?
- محاور التعريف بالإسلام
- الشبهات والاعتراضات
- مصدر الإجابة
- قسم المسلمين
- الباب / الفصل
- (قسم المسلمين)
السؤال
Müsəlmanlar "əsli xəta" əqidəsinə iman edirlərmi?
الجواب
(Miras qalan günah) adlandırılan məfhum heç bir həqiqəti olmayan bir xülyadır. Bu, yəhudi və nəsranilər tərəfindən müqəddəs sayılan kitabın xurafatlarındandır. Belə ki, onlar Adəm və Həvvanın böyük bir xəta etdiklərini və Adəmi ağacın meyvəsindən yeməyə sövq etdirərək azdıranın məhz Həvva olduğunu iddia edirlər. Onların bu yalançı iddiasının nəticəsi olaraq, Adəm öz xətasının günahını daşımış və onu özündən sonra zürriyyətinə miras qoymuşdur. Onlar həmçinin iddia edirlər ki, Allah qadını əri Adəmi azdırdığına görə cəzalandırmış və cəza olaraq onun hamilə qalıb övlad dünyaya gətirməsini qərar vermişdir. Şeytan Cənnətə daxil olmaq istədikdə ilanın cildinə girdiyi üçün, Allah ilanı da cəzalandırmış, onun qarnı üstə sürünməsini və torpaq yeməsini təyin etmişdir. Adəmin xətası səbəbindən isə yer üzünü lənətləmişdir və s. Bu uydurma əfsanə, yəhudilərin təhrif edilmiş müqəddəs kitabının iftiralarındandır.
Sonra nəsranilik bütpərəst dinlərdən götürdüyü böyük bir fəlakətlə gəldi, o da budur ki: Allah atalarının günahına görə insanlara rəhm etdi və Öz oğlunu qurban vermək istədi. Buna görə də oğlunu endirib onu Məsihin cəsədində təcəssüm etdirdi, sonra da Adəmin günahına kəffarə olaraq, onu öldürüb çarmıxa çəkmələri üçün yəhudiləri ona müsəllət etdi.
Həqiqət budur ki, Allah məxluqatı yaradıb, göylərin, yerin və mələklərin yaradılışını tamamladıqda, mələklərə yer üzündə bir xəlifə bərqərar edəcəyini xəbər verdi. Bu zaman mələklər orada təbiətində şəhvət olan və fəsad törədəcək kəsi necə bərqərar edəcəyini soruşdular. Allah isə mələklərə Özünün daha yaxşı bildiyini və daha hikmətli olduğunu, bu xəlifənin yer üzündə törəyib çoxalacağını, zürriyyətinin artacağını, biri-birinə xələf olacaqlarını və onların arasında islah edənlərin olacağını xəbər verdi. Allah, Adəmi və zövcəsi Həvvanı yaratmazdan əvvəl Lövhül-Məhfuzda yer üzünü abadlaşdırmaq və orada xəlifəlik vəzifəsini yerinə yetirmələri üçün onları yerə endirəcəyini yazmışdı. Adəmi yaratdıqda isə onu Cənnətdə məskunlaşdırdı ki, ona öz nəfsi və yer üzündə qarşılaşacağı düşməni Şeytan haqqında bir dərs versin. Belə ki, qidalanması üçün Cənnətin bütün ağaclarını ona halal etdi, lakin digərlərindən heç bir üstünlüyü olmayan tək bir ağacdan yeməyi ona qadağan etdi. Bunu ona yalnız sınaq və imtahan məqsədilə qadağan etmişdi. Şeytan onu aldadıb yalan danışaraq ağacdan yeməyə sövq etdikdə, Adəm xəta etdiyini və Allahın xəbərdarlığını unutduğunu anladı. Allah ona bu xətadan necə tövbə edəcəyini öyrətdi. O da Allahın əmr etdiyi kimi dedi. Sonra Allah onun tövbəsini qəbul etdi və bununla da məsələ bitdi.
Uca Allah buyurur:
Bir zaman Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada, fəsad törədib qan tökəcək kəsmi bərqərar edəcəksən?”– demişdilər. O, buyurdu: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”
Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!”
Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Hikmətlisən!”
Allah buyurdu: “Ey Adəm, bunların adlarını mələklərə bildir!” O, bunların adlarını mələklərə bildirdikdə Allah buyurdu: “Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?!”
Bir zaman Biz mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafirlərdən oldu.
Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.
Şeytan isə onları o ağaca yaxınlaşdırmaqla aldadıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır”.
Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Həqiqətən də, O, tövbələri qəbul edəndir, Rəhmlidir.
Biz dedik: “Hamınız oradan (yerə) enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdən sonra Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.
(Bəqərə 2 surəsi, ayə 129).
Bu qissənin hadisələri Allahın yer üzü üçün bir xəlifə yaratması və onun ilk yaradılışını Cənnətdə etməsi ətrafında cərəyan edir. Allah ona öyrətdikdən və o da öyrəndikdən sonra, ona əmr etdi və qadağa qoydu. Bunun ardınca ondan bir xəta baş verdi ki, Quran onu (zəllə) adlandırdı və günah adlandırmadı. Uca Allah buyurur:
"Şeytan isə onları o ağaca yaxınlaşdırmaqla aldadıb"
O, qədərinə yazılmış sınağa düçar olduqda, Allah ona xəta etdikdən sonra səhvini necə düzəldəcəyini və Rəbbinə necə tövbə edəcəyini öyrətdi. Allah da onun tövbəsini qəbul edib, onu doğru yola yönəltdi və ona lütf etdi. Tövbəsini qəbul etdikdən sonra isə, uğrunda yaradıldığı vəzifəni tamamlamaq üçün onu yer üzünə endirdi.
Yəhudilərin kitabında övladın atasının günahına varis olmasını və ya bəşəriyyətin günaha varis olmasını təkzib edən – onları qeyd etməyə lüzum yoxdur – bir çox mətnlər vardır. Elə isə yəhudilər və onlara tabe olan nəsranilər bu iftiranı necə uydurmuşlar?!
Qurani-Kərimdə heç kəs başqasının günahını daşımaz və övlad atasının günahına varis olmaz. Uca Allah buyurur:
"Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermərik."
(İsra 17 surəsi, ayə 88).
Bu bəyandan sonra yəqinliklə deyirik: İrsi və ya əsli günah məsələsi mövcud deyildir. O, sadəcə yəhudi iftirası üzərində qurulmuş bir xurafatdır ki, Məsihin - aleyhissəlam - təcəssüm etməsi və Adəmin - aleyhissəlam - günahına fidyə olaraq çarmıxa çəkilməsi ilə əlaqədar nəsrani iftirası onu daha da gücləndirmişdir. Həqiqətdə xurafat olan və iftira üzərində qurulan bir şeyin heç bir dəyəri yoxdur. Əksinə, biz bu iddia və iftiraya görə Allahdan bağışlanma diləyirik.
Allahın dininə tabe olan, Rəbbinin ədəbləndirdiyi (tərbiyələndirdiyi), haqqı batildən ayırd etməsi üçün ona furqan bəxş etdiyi, dəlil-sübuta əsaslanan haqq bir dinlə şərəfləndirdiyi, saxtakarlığı və xurafatı sevməyən insan, bu xurafata zərrə qədər də əhəmiyyət verməz və bunun uydurulmuş bir iftira olduğunu bilir. Buna görə də bu, onun dünyagörüşünə və məqsədlərinə təsir etməz. Əksinə, o, bunu peyğəmbərlərə və elçilərə (onlara Allahın salavatı və salamı olsun) qarşı bir təhqir (hörmətsizlik) hesab edir. Çünki bundan belə bir məna çıxır ki, bütün peyğəmbərlər və elçilər (onlara Allahın salavatı və salamı olsun), İsa Məsih onlar üçün fəda olaraq onları təmizləyənə qədər, iddia edilən irsi günahla çirklənmişdilər. Elə isə, İsa Məsihin dövründən əvvəl vəfat etmiş peyğəmbərlər necə təmizlənə bilərdilər?!
Allahın dininə tabe olan ağıllı insan, bu yayılmış xətanı düzəltməyə, eləcə də bununla və digər məsələlərlə bağlı haqqı batildən ayırıb bəyan etməyə həris olmalı, ona doğru dinini öyrətdiyinə və onu peyğəmbərlərin və rəsulların -aleyhimussalatu vəssalam- ardıcıllarından etdiyinə görə Allaha həmd etməlidir.
المصدر
ملاحظات
--