İslam cəbr (məcburiyyət) müqabilində azad iradə düşüncələrinə münasibətdə hansı mövqedədir?
- محاور التعريف بالإسلام
- الشبهات والاعتراضاتشبهات حول القضاء والقدر
- مصدر الإجابة
- قسم الإسلام
- الباب / الفصل
- (قسم الإسلام)
السؤال
İslam cəbr (məcburiyyət) müqabilində azad iradə düşüncələrinə münasibətdə hansı mövqedədir?
الجواب
Allaha həmd olsun. Pak və müqəddəs Uca Allah göyləri və yeri yaratmazdan əvvəl hər bir şeyin qədərini yazmış, elçilər göndərmiş, kitablar nazil etmiş, qullarını xeyri sevmək və şərə nifrət etmək fitrətində yaratmış, məxluqata xeyri və şəri tanımaq yolunu göstərmiş və onlara bunlar arasında fərq qoymaq bacarığı vermişdir. Uca Allah buyurur:
Biz ona iki yolu (haqqı və batili) göstərmədikmi?!"
(Bələd 90 surəsi, ayələr 8-10).
Uca Allah buyurur:
"Biz ona haqq yolu göstərdik! (Bundan sonra o,) istər şükür etsin, istər nankor olsun."
[İnsan 76 surəsi, ayə 3].
Firon Musadan - aleyhissəlam - "Rəbbiniz kimdir?" deyə soruşduqda, o, Allahın onun haqqında xəbər verdiyi kimi belə dedi:
"(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!”"
(Ta ha 20 surəsi, ayə 50).
Uca Allah hər bir insanı yaratmış və onu öz xeyrinə olan şeylərə yönəltmişdir. Hər bir insan bunu öz daxilində dərk edir. Hətta, Uca Allah heyvanları belə onların vəziyyətini yaxşılaşdıran, növlərini qoruyub saxlayan, nəsillərinin davamlılığını və çoxalmasını təmin edən şeylərə yönəltmişdir.
Uca Allah yaradılmışlar üzərində hüccəti bərqərar etmiş, xoşbəxt insanlar üçün asan olanı asanlaşdırmış və onları çətinlikdən uzaqlaşdırmış, bədbəxt insanlar üçün isə çətin olanı asanlaşdırmışdır. Uca Allah buyurur:
"And olsun (günəşi) örtüb-bürüyən gecəyə!
And olsun göyə və onu bina edənə!
And olsun yerə və onu döşəyənə!
And olsun nəfsə və ona (gözəl) biçim verənə,
ona (nəfsə) günahlarını və (Allahdan) qorxmasını təlqin edənə!
Nəfsini (günahdan) təmizləyən nicat tapmışdır.
Onu (günaha) batıran isə ziyana uğramışdır".
(Şəms 91 surəsi, ayələr 4-10).
Səhabələrdən biri, Allah onlardan razı olsun, Allah rəsulundan, sallallahu əleyhi va səlləm, insanın əvvəlcədən yazılmış qədər qarşısındakı mövqeyi barədə soruşdu: Biz ona arxalanıb əməli tərk edək, yoxsa əməl edək? Cavab isə bu hədisdədir, Əlidən, Allah ondan razı olsun, belə dediyi rəvayət edilir:
Biz Bəqi əl-Qərqəddə bir cənazədə idik. Allahın rəsulu, sallallahu aleyhi və səlləm, yanımıza gəldi. O oturdu və biz də onun ətrafında oturduq. Onun əlində bir çubuq var idi. O, başını aşağı saldı və çubuğu ilə yeri cızmağa başladı. Sonra buyurdu: “Sizdən elə bir kəs, yaradılmış elə bir can yoxdur ki, Allah onun Cənnətdəki və ya Cəhənnəmdəki yerini artıq yazmamış olsun və onun bədbəxt yaxud xoşbəxt olacağı artıq yazılmamış olsun”. (Ravi) dedi: Bir nəfər soruşdu: “Ya Rəsuləllah, elə isə biz yazılmış olana arxalanıb əməli tərk etməyəkmi?”. Peyğəmbər, sallallahu aleyhi və səlləm, buyurdu: “Kim xoşbəxtlərdəndirsə, o, xoşbəxtlərin əməlinə yönələcəkdir. Kim bədbəxtlərdəndirsə, o da bədbəxtlərin əməlinə yönələcəkdir”. Sonra buyurdu: “Əməl edin! Çünki hər bir kəs asanlaşdırılmışdır. Xoşbəxtlərə xoşbəxtlərin əməli asanlaşdırılar, bədbəxtlərə isə bədbəxtlərin əməli asanlaşdırılar”. Sonra Peyğəmbər, sallallahu aleyhi və səlləm, bu ayələri oxudu: (Amma kim (malını) verər və (Allahdan) qorxarsa, ən gözəl olanı təsdiq edərsə, Biz onu ən asan olana müyəssər edərik! Amma kim xəsislik edib möhtac olmadığını sanarsa və ən gözəl olanı yalan sayarsa, Biz onu ən çətin olana müyəssər edərik).
Səhih Müslim: (170).
Belə ki, Uca Allahın hər hansı bir kəsi məcbur etməyə ehtiyacı yoxdur. Çünki itaətlər Ona heç bir fayda vermədiyi kimi, günahlar da Ona əsla heç bir zərər verməz. Lakin Allah məxluqatı yaratmış və onlara asanlaşdırmışdır. O, zəngindir və məcbur etməyə möhtac deyil.
Uca və Pak Allah məxluqatın nə edəcəyini onları yaratmazdan öncə bilmiş və bunu lövhi-məhfuzda yazmışdır. Onun istəyi olmadan heç bir şey baş verməz. Baş verən hər bir şey Allahın xəlq etməsi, iradəsi və idarəsi ilədir və bunda Onun kamil hikməti vardır. İnsanın istək və iradəsi vardır və o, Allahın istəyinə tabedir. Uca Allah buyurur:
"Aləmlərin Rəbbi olan Allah (doğru yolda olmağınızı) istəməyincə, siz istəyə bilməzsiniz!"
(Təkvir 81: 29).
O, seçdiyi və istədiyi şeylərə görə haqq-hesaba çəkilir.
Hər bir insan öz iradəsi və seçimi ilə etdiyi əməllərlə, xəstəlik və yıxılmaq kimi iradəsi xaricində baş verən hadisələr arasında fərqi dərk edir. Demək, insan istədiyini seçir, istəmədiyi şeydən isə öz seçimi ilə uzaqlaşır.
Beləliklə, insan öz iradəsi və seçimi ilə hərəkət edir və Qiyamət günündəki məsuliyyət və haqq-hesab da məhz buna görədir. Amma xəstəlik və ya vacib bir əməli yerinə yetirməkdən aciz qalmaq kimi insanın başına gələn və qarşısını ala bilmədiyi qədərə gəlincə, Qiyamət günü o, buna görə cavabdehlik daşımır. Allahın salavatı və salamı Peyğəmbərimiz Məhəmmədə olsun.
المصدر
ملاحظات
--