Skip to content

İslamda yumşaqlığın növləri hansılardır?

محاور التعريف بالإسلام
الشبهات والاعتراضات
مصدر الإجابة
قسم الإسلام
الباب / الفصل
(قسم الإسلام)

السؤال

İslamda yumşaqlığın növləri hansılardır?

الجواب

Allaha həmd olsun. İslamda yumşaqlıq bəşəriyyətin gördüyü ən ali və ən kamil yumşaqlıqdır. Şəriətdə onun qarşılığı asanlıqdır. İslamda asanlıq bir çox sahələrdə özünü göstərir, onlardan bəziləri bunlardır:

Allahın İslam şəriətində ibadətləri asanlaşdırması, belə ki, o, əvvəlki şəriətlərdə olduğu kimi ağır yüklər və buxovlar şəriəti olmamışdır. Uca Allah buyurur:

"O kəslər ki, əllərindəki Tövrat və İncildə (vəsfləri) barəsində yazılmış gördükləri ummi (yazıb-oxumaq bilməyən) peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan (məşəqqətlərdən) xilas edər."

[Əraf 7 surəsi, ayə 158].

Məsələn: əvvəlki şəriətlərdə namaz qılan kimsə yalnız ibadət yerində namaz qılırdı. Halbuki bu dində müsəlmana havada, dənizdə və ya quruda, namaz vaxtı ona harada yetişərsə, istənilən yerdə namaz qılmaq icazəlidir. Eləcə də əvvəlki şəriətlərdə hədəsi yalnız su aradan qaldırırdı. Lakin Allah İslamda təyəmmüm etməyi gətirdi və bu, bir rəhmət oldu. Səfər və xəstəlik zamanı namazı qısaltmaq və oruc tutmamaq da belədir.

İslam dininin asanlığından və mülayimliyindəndir ki, Allah günahkara tövbə etməyi buyurmuşdur. İsrail oğullarının tövbəsi isə, Allahın onların tövbəsini qəbul etməsi üçün bir-birlərini öldürmələri idi. Uca Allah belə buyurmuşdur:

"O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzova ibadət etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Həqiqətən də, O, tövbələri qəbul edəndir, Rəhmlidir."

(Bəqərə 2 surəsi, ayə 129).

İslam dinində isə insan tövbə edərsə, Allah onun tövbəsini qəbul edər və pis əməllərini savaba çevirər. Uca Allah buyurur:

"Onlar Allahla yanaşı başqa məbuda dua etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər. Kim bunu (və ya bunlardan birini) edərsə cəzaya məruz qalar.

Qiyamət günü onun əzabı qat-qat artırılar və onun (əzabın) içində zəlil olaraq əbədi qalar.

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!

Kim tövbə edib saleh əməl edərsə, o, tövbəsi qəbul edilmiş olaraq Allaha tərəf dönər."

(Furqan 25 surəsi, ayələr 68-71).

Asanlığın nümunələrindən biri də odur ki, Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:

"Kim İslamda yaxşı işlər görərsə, cahiliyyədə etdiklərinə görə hesaba çəkilməz, kim İslamda pis işlər görərsə, cahilikdə və İslamda etdiyi əməllərə görə hesaba çəkilər".

Hədisi Buxari: (2620) və Müslim: (1003) rəvayət etmişdir.

Belə ki, hədisdəki pislik günaha qayıtmaq deyil, dindən dönmək deməkdir. Əgər o, İslam dinindən dönərsə, həm əvvəlkinə, həm də sonrakına görə cəzalandırılar. Amma dindən dönmədən bir günaha qayıdarsa, o, ondan əvvəl etdiyinə görə deyil, yalnız İslamda olarkən qayıtdığı günaha görə cəzalandırılar. Allah rəsulunun, sallallahu aleyhi va səlləm, bu sözünə əsasən:

«Məgər bilmirdin ki, İslam özündən əvvəlki günahları silib aparır?».

[Hədisi Müslim rəvayət etmişdir].

İslamın asanlığındandır ki, o, asanlıq dinidir. Belə ki, onda nə buxovlar, nə də ağır yüklər vardır. Buna görə də Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə demişdir:

“Din asandır. Kim dini çətinləşdirərsə, din ona üstün gələr. Düzgünlüyə riayət edin, (bacarmasanız çalışın ona) yaxınlaşın və sevinin. Səhər tezdən, günorta vaxtı və gecənin bir hissəsindən istifadə edin”.

Səhih Buxari: (3445).

Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, Muazı və Əbu Musa əl-Əşərini, Allah onlardan razı olsun, Yəmənə göndərərkən onlara belə buyurmuşdur:

“(İnsanlara) asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etdirməyin, həmrəy olun və ixtilaf etməyin”.

Səhih Buxari: (2476) və Müslim: (155).

İslam dininin asanlığı və mülayimliyindəndir ki, övlada öz valideynlərinin - hətta onlar kafir olsalar və onu İslamdan döndərməyə cəhd göstərsələr belə - qayğısına qalmağı tövsiyə etmişdir. Uca Allah buyurur:

"Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara tabe olma! Dünya işlərində onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də etdikləriniz barədə sizə xəbər verəcəyəm."

(Loğman 31 surəsi, ayə 15).

Əsma bint Əbu Bəkrin, Allah onların hər ikisindən razı olsun, anası onu ziyarət etməyə gəldikdə, o, anası ilə əlaqə saxlamaq üçün Allah rəsulundan, Allahın salavatı və salamı onun üzərinə olsun, icazə istədi. O demişdir: “Anam müşrik olduğu halda – Qureyşin Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, ilə əhd bağladıqları sülh müddəti zamanında – atası ilə birlikdə mənim yanıma gəldi.” O, bu məsələ ilə bağlı Allah rəsuluna, Allahın salavatı və salamı onun üzərinə olsun, müraciət etdi və dedi: “Ey Allahın rəsulu, anam yanıma gəlib və o, İslama meyl göstərir. Mən onunla əlaqə saxlaya bilərəmmi?” O belə buyurdu:

“Bəli, onunla əlaqə saxla”.

Səhih Buxari: (3) və Səhih Müslim: (252).

Həmçinin, ərə yəhudi və nəsrani zövcəsi ilə gözəl rəftar etməsi, dininə görə onu sıxışdırmaması, ona tənə etməməsi və ya onu alçaltmaması tövsiyə edilmişdir.

İslam dininin asanlığı və tolerantlığındandır ki, müsəlmana dinə görə vuruşmayan qeyri-müsəlmanlarla gözəl şəkildə əməkdaşlıq etməyi tövsiyə etmiş, onlarla ədalətlə rəftar etməyi ona vacib qılmış və onlara yaxşılıq etməyə təşviq etmişdir. Uca Allah buyurur:

"Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətlə davranmanızı sizə qadağan etməz. Şübhəsiz ki, Allah ədalətli olanları sevər."

(Mumtəhinə 60 surəsi, ayə 8).

Peyğəmbərimiz Muhammədə Allahın salavatı və salamı olsun.

المصدر

قسم الإسلام

ملاحظات

--