Skip to content

İslam dini təbəqələşmə anlayışını dəstəkləyirmi?

محاور التعريف بالإسلام
الشبهات والاعتراضات
مصدر الإجابة
قسم الإسلام
الباب / الفصل
(قسم الإسلام)

السؤال

İslam dini təbəqələşmə anlayışını dəstəkləyirmi?

الجواب

Həmd Allaha məxsusdur! Təbəqəçilik insanların mal, irq və ya mənsəbə görə elə təbəqələrə bölünməsidir ki, insan öz təbəqəsini dəyişə bilmir. İslam isə təbəqəçiliyi cahiliyyət dövrünün qalıqlarından biri hesab edir.

İslam dini müsəlmanlar arasında təbəqələşmənin olmasını qadağan edir. Çünki Allah insanları, bir-birimizə qarşı haqsızlıq etmək üçün yox, bir-birimizi tanıyaq deyə, bir kişi və bir qadından yaratmışdır. Uca Allah buyurur:

"Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (Ondan) ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır."

(Hucurat 49 surəsi, ayə 13).

Peyğəmbər, sallallahu aleyhi və səlləm, bildirmişdir ki, qohumluq insanı sadəcə qohumluğuna görə irəli aparmaz, onu irəli aparan ancaq əməli və insanların faydası üçün etdiyi xeyir əməllərdir. Peyğəmbər, sallallahu aleyhi və səlləm, belə buyurmuşdur:

«Kimin əməli onu geri salarsa, nəsəbi onu irəli aparmaz».

Səhih Müslim: (170).

Yaradılmışların zənginlik, məqam və digər səbəblərə görə bir-birindən fərqli olmasına gəlincə, bu, öz-özlüyündə nə təqdir edilir, nə də qınanır. Bu, ancaq o zaman təqdir edilir ki, insan Allahın ona bəxş etdiyi yüksək məqamı, vəzifəni və mal-dövləti Allaha itaət etməyə və insanlara xidmət göstərməyə sərf etsin. Və o zaman qınanır ki, Rəbbinə asi olsun, insanlara qarşı təkəbbürlük göstərsin, onlara qarşı azğınlıq edib bu səbəbdən onlara zülm etsin. Əks halda, insanların dünya malı baxımından bir-birindən fərqli olması, Uca Allahın yer üzünü abadlaşdırmaq üçün iradə etdiyi bir kainat qanunudur. Uca Allah buyurur:

"Yoxsa Rəbbinin rəhmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Rəbbinin rəhməti onların yığdıqlarından daha xeyirlidir.

Əgər insanlar (kafirlərə verdiyimiz nemətlərə baxıb küfürdə birləşən) vahid bir ümmət olmasaydı, Rəhmanı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik,

evlərinin qapılarını və söykəndikləri taxtları da,

zinət də (verərdik). Bütün bunlar dünya həyatının keçici zövqüdür. Axirət isə Rəbbinin yanında yalnız Allahdan qorxanlar üçündür.

(Zuxruf 43 surəsi, ayə 61).

Allah bəyan etmişdir ki, dünya malındakı bu fərqlilik Onun tədbiri ilədir. Şeyx Əbdürrəhman əs-Sədi, Allah ona rəhmət etsin, demişdir:

"Allah Təala xəbər verir ki, dünya Onun yanında heç bir dəyərə malik deyildir və əgər heç nəyi ondan üstün tutmadığı, qullarına olan lütfü və rəhməti olmasaydı, küfr edən kimsələr üçün dünyanı çox genişləndirər, (...evlərinə gümüşdən tavanlar və nərdivanlar...) yəni: gümüşdən pilləkənlər yaradardı ki, (...onunla yuxarı çıxsınlar) yəni: damlarına qalxsınlar. Yəni: onların dünyasını cürbəcür bəzəklərlə bəzəyər və arzuladıqları hər şeyi onlara verərdi. Lakin qullarına olan rəhməti, dünya sevgisi ucbatından onların küfrə tələsmələrindən və günahlarının çoxalmasından ehtiyat edərək buna mane olmuşdur. Bunda, Uca Allahın qullarının xeyri üçün bəzi dünya işlərini ümumi və ya xüsusi olaraq onlara qadağan etdiyinə dair bir dəlil vardır. Dünya Allahın yanında bir ağcaqanad qanadına belə dəyməz və bütün bu sadalananlar dünya həyatının sıxıntılı, kədərli və fani olan keçici bir zövqüdür. Uca Allahın yanında isə Axirət yurdu, Rəbbinin əmr etdiyini yerinə yetirib, qadağan etdiyi əməlləri tərk edərək Ondan qorxan kimsələr üçün daha xeyirlidir. Çünki oranın nemətləri hər cəhətdən tam və kamildir. Cənnətdə nəfslərin arzuladığı və gözlərin ləzzət aldığı hər şey vardır və onlar orada əbədi qalacaqlar. Bu iki yurd arasındakı fərq nə qədər də böyükdür!".

Təfsir əs-Səadi, Təysir əl-Kərim ər-Rəhman (səh: 765).

İslam dini insanların zəngin və fəqir olaraq bölünməsini ləğv etməyə, məsələn: onların hamısını zəngin və ya fəqir etməyə çalışmır. Lakin şəriət zənginlərin fəqirlərə yardım etməsini buyurmuşdur. İnsanlar arasındakı adi və təbii fərqliliklərlə mübarizə aparmaq və onları aradan qaldırmağa çalışmaq isə kainatın qanunlarına ziddir. Buna görə də İslam dini bu fərqliliklərlə ən düzgün rəftar qaydasını gətirmişdir. Peyğəmbərimiz Məhəmmədə Allahın salavatı və salamı olsun.

المصدر

قسم الإسلام

ملاحظات

--