İslam əqidəsinə əsasən, qeyri-müsəlman ailəm axirətdə Cənnətə girməyəcək. Bu doğrudurmu?
- محاور التعريف بالإسلام
- اليوم الآخر والمصيرالجنةموانع الدخول في الإسلامالتعلق بالدين الموروث
- مصدر الإجابة
- قسم الإسلام
- الباب / الفصل
- (قسم الإسلام)
السؤال
İslam əqidəsinə əsasən, qeyri-müsəlman ailəm axirətdə Cənnətə girməyəcək. Bu doğrudurmu?
الجواب
Həmd Allaha məxsusdur. Oxucu bilməlidir ki, insanın Axirət yurdundakı aqibəti Allaha aiddir. Çünki Allah, göylərin, yerin və onlarda nə varsa hamısının sahibidir. Hər bir halda həmd Ona məxsusdur. Uca Allah buyurur:
"Həmd, göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsusdur. O, Hikmət sahibidir, (hər şeydən) Xəbərdardır."
(Səba 34 surəsi, ayə 28).
Hökm Ona məxsusdur və məxluqatın hamısı – əməlisalehi və günahkarı, mömini və kafiri Onun hüzuruna qaytarılacaqdır. Uca Allah buyurur:
"O, Allahdır. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız."
[Qasas 28 surəsi, ayə 70].
Tam mülk yalnız Allaha məxsusdur və O, Qiyamət gününün sahibidir. Onunla yanaşı heç bir idarə edən yoxdur. Onun izni olmadan nə bir himayədar, nə də bir şəfaətçi var. Uca Allah buyurur:
"Din gününün Sahibinə!"
(Fatihə 1 surəsi, ayələr 5-7).
Bu məlum oldusa, artıq yəqinliklə bildik ki, Uca Allah insanları Öz rübubiyyəti fitrətində yaratmış, onlara elçilər göndərmiş və kitablar nazil etmiş, insanlara qarşı höccət qalxmış olsun deyə onlara eşitmə, görmə və qəlblər bəxş etmişdir. Uca Allah insanlara yaradılış qayəsinin yalnız Ona ibadət edib, Ona heç bir şeyi şərik qoşmamaq olduğunu bəyan etmişdir. Uca Allah, öz elçilərinə – onlara salam olsun – insanları Allahın əzabından xəbərdar etməyi, onları pis aqibətdən qorxutmağı və onlara genişliyi göylər və yer qədər olan Cənnətlə müjdə verməyi tapşırmışdır. Elə bir peyğəmbər olmamışdır ki, öz qövmünü müjdələyib, onlara xəbərdarlıq etməsin. Uca Allah buyurur:
"(Biz) müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah qüdrətlidir, hikmət sahibidir."
(Nisa 4 surəsi, ayə 163).
Allah əzzə və cəllə bəyan etdi ki, qiyamət günü insanların son dönüş yeri bu iki dəstədən və iki aqibətdən kənara çıxmayacaqdır. Uca Allah belə buyurur:
"Beləliklə, Biz, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları xəbərdar edəsən və (barəsində) heç bir şübhə olmayan məhşər günü ilə qorxudasan deyə, sənə ərəbcə Quran vəhy etdik. Bir qismi (möminlər) Cənnətdə, digər qismi (kafirlər) isə Odda olacaqdır."
(Şura 42 surəsi, ayə 13).
Uca Allah buyurur:
"Şübhəsiz ki, bu deyilənlərdə, axirət əzabından qorxanlar üçün bir ibrət vardır. Bu, insanların bir yerə cəm ediləcəyi, həm də, hamının şahid olacağı bir gündür.
Biz onu sadəcə müəyyən olunmuş vaxtadək gecikdirmişik.
Qiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. (O gün) onlardan kimisi bədbəxt (Cəhənnəmlik), kimisi də xoşbəxt (Cənnətlik) olacaqdır.
Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada zarıyacaq və bağıracaqlar.
Rəbbinin istədiyi (kimsələr) müstəsna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir.
Xoşbəxt olanlara gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin istədiyi (kimsələr) müstəsna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, tükənməz bir bəxşişdir."
[Hud 11 surəsi, ayələr 118-119].
Bu, peyğəmbərlərin və elçilərin, Allahın salavatı və salamı onların üzərinə olsun, üzərində ittifaq etdikləri bir məsələdir və sonuncu elçi, Allahın salavatı və salamı onun üzərinə olsun, bunu qətiyyətlə təkid etmişdir. Belə ki, Muaz ibn Cəbəldən -Allah Ondan razı olsun- rəvayət olunur ki, o demişdir:
Mən Peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, tərkində ikən, mənimlə onun arasında yəhərin arxa hissəsindən başqa heç nə yox idi, O: “Ey Muaz ibn Cəbəl!” - deyə mənə xitab etdi. Mən: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm” - dedim. Sonra bir qədər yol getdi və dedi: “Ey Muaz!”. Mən: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm” - dedim. O, yenə bir qədər yol getdi və dedi: “Ey Muaz!”. Mən: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm” - dedim. O buyurdu: “Bilirsən Allahın qulları üzərindəki haqqı nədir?”. Dedim: “Allah və Rəsulu ən doğrusunu bilir”. O buyurdu: “Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır”. Sonra bir qədər yol getdi və dedi: “Ey Muaz ibn Cəbəl!”. Mən: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm” - dedim. O buyurdu: “Bilirsən, bunu etdikləri təqdirdə qulların Allah üzərindəki haqqı nədir?”. Dedim: “Allah və Rəsulu ən doğrusunu bilir”. O buyurdu: “Qulların Allah üzərindəki haqqı onlara əzab verməməsidir”.
Muazın rəvayət etdiyi hədis, Səhih Buxari: (5967) və Müslim: (48) rəvayət etmişdir.
Cabir belə demişdir:
Peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, yanına bir kişi gəlib belə dedi: "Ey Allahın rəsulu! (insanı cənnətə və cəhənnəmə salan) iki vacib edən səbəb nədir?". Dedi: "Kim Allaha şərik qoşmadan ölərsə Cənnətə daxil olar. Kim Allaha şərik qoşaraq ölərsə Cəhənnəmə daxil olar".
Səhih Müslim: (170).
Bu hökm və aqibət müsəlmanların uydurması deyildir. Əksinə, o, gördüyün və bildiyin kimi, İlahi bir hökmdür. Odur ki, bunların Cənnətdə, onların isə Cəhənnəmdə olacağına hökm verən müsəlman deyildir. Əksinə, dünyada və axirətdə hökm ancaq Allaha məxsusdur.
Allah bir insanı İslama hidayət etdikdə, onun üzərinə düşən vəzifə, valideynlərini və yaxınlarını İslama dəvət etmək üçün cəhd göstərməsidir. Ola bilsin ki, Allah onları, Özünün doğru yolu və elçilərin, onlara salam olsun, yolu olan İslama hidayət edər. Əgər sənin ailən İslam üzərə olmadan vəfat etmişdirsə, ümid edirik ki, onlara İslam dəvəti çatmamışdır. Kim ki, İslam dəvəti ona çatmadan və bunu bilmədən vəfat edərsə, bil ki, Allah ona əsla zülm etməz. Əksinə, Qiyamət günü olduqda və Allah bütün məxluqatı diriltdikdə, İslam dəvəti çatmayan kimsələri sınağa çəkib imtahan edəcəkdir. Kim qəbul edərsə, Cənnətə daxil olar. Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, buyurur:
"Cənnətə yalnız müsəlman kimsə daxil olar".
Hədisi Buxari: (2620) və Müslim: (1003) rəvayət etmişdir.
Əgər asi olub təkəbbürlük göstərərsə, təkəbbürlüyünə, inadkarlığına və küfrünə görə onu Cəhənnəmə daxil edər. Peyğəmbərimiz Muhəmmədə Allahın salavatı və salamı olsun.
المصدر
ملاحظات
--