Skip to content

İslamı qəbul edən kimi namaz qılmağım vacibdirmi?

محاور التعريف بالإسلام
محاسن الإسلاممحاسن العبادة
مصدر الإجابة
قسم الإسلام
الباب / الفصل
(قسم الإسلام)

السؤال

İslamı qəbul edən kimi namaz qılmağım vacibdirmi?

الجواب

Bəli, müsəlman İslama daxil olduqda namazı əda etməlidir. Çünki İslamın ikinci şərti namazdır. Namaz, Allahın bütün peyğəmbərlərə və elçilərə – onlara salavat və salam olsun – və Qiyamət gününə qədər onların ardıcıllarına fərz qıldığı bir ibadətdir. Müsəlman İslama daxil olduqda beş vaxt namazı vaxtı-vaxtında qılmalıdır, Çünki namaz möminlər üzərinə müəyyən vaxtlarda fərz edilmişdir. Uca Allah belə buyurmuşdur:

"Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir."

(Nisa 4 surəsi, ayə 163).

Namaz, Musa Rəbbi ilə danışdığı zaman Allahın ona, Allahın ona salamı olsun, verdiyi ikinci əmrdir. Uca Allah belə buyurmuşdur:

"(Musa) oda yaxınlaşdıqda (Allah) ona belə nida etdi: “Ey Musa!

Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!

Mən səni seçmişəm. (Sənə) vəhy olunanı dinlə!

Həqiqətən, Mən Allaham! Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!"

(Ta ha 20 surəsi, ayələr 11-14). Uca Allah belə buyurur:

"Biz Musaya və onun qardaşına: “Qövmünüz üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!”– deyə vəhy etdik."

(Yunus 10 surəsi, ayə 68).

Namazın böyük səmərələri (faydaları) vardır. Onlardan ən mühümü, insana doğru yolda olmağa, çirkin işlərdən və günahlardan uzaq durmağa kömək etməsidir. Uca Allah belə buyurmuşdur:

"Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis işlərdən çəkindirir. Allahı zikr etmək daha əzəmətlidir. Allah nə etdiklərinizi bilir."

[Ənkəbut 29 surəsi, ayə 48].

Peyğəmbərimiz Muhammədə Allahın salavatı və salamı olsun.

المصدر

قسم الإسلام

ملاحظات

--