Skip to content

Nə üçün Uca Allah Qurani-Kərimi Peyğəmbərə nazil etmişdir? Bu, həm Tövratın, həm də İncilin nəsx edilməsi deməkdirmi? Və bu o deməkdirmi ki, Tövrat və İncilə tabe olanlar Allah tərəfindən doğru yolda deyildilər və elə buna görə də Uca Allah Quranı Peyğəmbər Muhəmmədə nazil etmişdir?

مصدر الإجابة
قسم القرآن والكتب السابقة
الباب / الفصل
(قسم القرآن والكتب السابقة)

السؤال

Nə üçün Uca Allah Qurani-Kərimi Peyğəmbərə nazil etmişdir? Bu, həm Tövratın, həm də İncilin nəsx edilməsi deməkdirmi? Və bu o deməkdirmi ki, Tövrat və İncilə tabe olanlar Allah tərəfindən doğru yolda deyildilər və elə buna görə də Uca Allah Quranı Peyğəmbər Muhəmmədə nazil etmişdir?

الجواب

Sual verən kimsəyə belə deyilir: "Nə üçün özündən əvvəl İbrahimin səhifələri olduğu halda Uca Allah Tövratı nazil etdi? Və nə üçün özündən əvvəl Tövratın mövcud olmasına baxmayaraq Uca Allah İncili nazil etdi?" Cavab birdir: Uca Allah hər bir dövrdə o dövrün əhli üçün yararlı olanı şəriət olaraq müəyyən edir. Amma iman əsaslarına gəldikdə isə, bu, bütün elçilər arasında eynidir. Onların hamısı tək Uca Allaha ibadət etməyə və tağutu inkar etməyə dəvət edir. Uca Allah Tövrat və İncilin qorunmasını İsrail oğullarının alimlərinə həvalə etmiş, lakin onlar bu kitabları təhrif etmiş və dəyişdirmişlər. Onlar Uca Allahın axırzamanda elçilərin sonuncusu olan bir elçi göndərəcəyini bilirdilər. Bu da Peyğəmbər Muhəmməddir, sallallahu aleyhi və səlləm. Beləliklə, Uca Allah ona əvvəlki şəriətləri nəsx edən, Qiyamət qopana qədər hər bir zaman və məkan üçün yararlı olan və İsa - əleyhi-ssəlam - axırzamanda yerə endiyi zaman onunla hökm edəcəyi bir Kitab nazil etdi. Uca Allah bir çox səbəblərlə onun qorunmasını Öz öhdəsinə götürdü. Bəzi insanlar onu təhrif etməyə nə qədər cəhd etsələr də, əməlləri ifşa olunmuş və rüsvay olmuşlar. Buna əsasən, İslam dininə yetişib ona daxil olmayan hər bir yəhudi və ya nəsrani hidayət üzrə deyildir. Uca Allah bu barədə belə buyurmuşdur:

"Kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra, içlərindəki həsəd üzündən sizi, imanınızdan sonra küfrə qaytarmaq istərlər. Allah Öz əmrini verincəyə qədər (onları) əfv edib bağışlayın! Həqiqətən, Allah hər şeyə qadirdir."

(Bəqərə 2 surəsi, ayə 129).

Allahın elçisi, Allahın salavatı və salamı onun üzərinə olsun, buyurur:

"Muhəmmədin canı əlində olan Allaha and olsun ki, bu ümmətdən, istər yəhudi olsun, istərsə də nəsrani, mənim haqqımda eşidib sonra da mənimlə göndərilən dinə iman etmədən ölərsə Cəhənnəm əhlindən olar".

[Hədisi Müslim rəvayət etmişdir].

Bu ümmət dedikdə Muhəmmədin, sallallahu aleyhi va səlləm, ümməti, yəni: onun peyğəmbər olaraq göndərildiyi kimsələr nəzərdə tutulur və bu, dəvət ümməti adlanır. Onlardan ona iman gətirənlər isə icabət ümməti adlanır. Buna əsasən, öz zamanında yəhudi və ya nəsrani olub, Tövratı və İncili nazil olduğu kimi, dəyişdirmədən və təhrif etmədən təsdiq edən və Peyğəmbər Muhəmməd, sallallahu aleyhi va səlləm, peyğəmbər olaraq göndərilməzdən əvvəl vəfat edən kimsə hidayət üzərədir. İslama yetişib müsəlman olmayan hər kəs isə zəlalət içindədir.

المصدر

قسم القرآن والكتب السابقة

ملاحظات

--