Muhəmməd peyğəmbərin Quranı yazdığı və onu İncildən (Yeni Əhd - Gospel) köçürdüyü doğrudurmu?
- محاور التعريف بالإسلام
- التعريف بمحمد صلى الله عليه وسلمالتعريف بالنبي محمد صلى الله عليه وسلمالتعريف بالقرآن الكريمالشبهات والاعتراضاتشبهات حول القرآن
- مصدر الإجابة
- قسم القرآن والكتب السابقة
- الباب / الفصل
- (قسم القرآن والكتب السابقة)
السؤال
Muhəmməd peyğəmbərin Quranı yazdığı və onu İncildən (Yeni Əhd - Gospel) köçürdüyü doğrudurmu?
الجواب
Bu suala cavab olaraq belə deyirik:
Birincisi: Bu sualı verən şəxs nə Quranı, nə də İncili bilir. Çünki Quran İncildən tamamilə fərqlidir. İncil də tək bir incil deyil, əksinə, müxtəlif incillərdir. Sual verən şəxs, Muhəmməd Peyğəmbərin, sallallahu aleyhi və səlləm, Markosdan, Luqadan, Mattadan və ya Yuhannadan, yaxud Bulisin risalələrindən və ya Yaqubun risalələrindən nəql etdiyini nəzərdə tutur?
İkincisi: İncillər olduqca çox məsələlərdə bir-biri ilə ziddiyyət təşkil edirlər. Bunlardan biri də odur ki, Yuhanna incili Məsihin Allahın oğlu olmasını əsaslandırmaq üçün gəlmişdir – Uca Allah onların dediklərindən çox-çox ucadır. Halbuki, digər üç incil oğulluq məsələsini açıq şəkildə ifadə etmir. Həmçinin, onlar çarmıx məsələsində də qorxunc bir şəkildə ziddiyyətlidirlər. Belə olan halda, Peyğəmbər, sallallahu aleyhi və səlləm, hansı incildən nəql etmişdir?
Üçüncüsü; Əzəmətli Quran, yəhudilərin və nəsranilərin əksinə etiqad etdikləri bəzi məsələləri düzəltmək üçün gəlmişdir. Uca Allah buyurur:
"Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin çoxunu anlatmaqdadır."
(Nəml 27 surəsi, ayə 76).
Bu məsələlərdən biri də Siddiqənin (Məryəmin) ona nisbət edilənlərdən pak olmasıdır. Uca Allah buyurur:
"Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə Allaha (sidq) ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyərdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da, gör onlar (haqdan) necə üz çevirirlər."
(Maidə 5 surəsi, ayə 44).
Həmçinin, axır zamanda Məsihin -aleyhissələm- enməsi məsələsində nəsranilər onun bəndələri hesaba çəkmək üçün Allahın oğlu olaraq enəcəyinə etiqad edirlər. Halbuki Quran onun Qiyamət saatının əlamətlərindən bir əlamət olaraq enəcək bir bəşər və peyğəmbər olduğunu isbat etmişdir. Uca Allah buyurur:
"Həqiqətən, o, (İsanın yer üzünə enməsi) Qiyamət saatının bir əlamətidir. Ona (Qiyamətə) şəkk etməyin, mənə tabe olun. Bu, doğru yoldur!"
(Zuxruf 43 surəsi, ayə 61).
Dördüncü: Əzəmətli Quran Məsih, Allahın ona salamı olsun, və anası, Allahın ona salamı olsun, haqqında nəsranilərin bilmədikləri məsələləri qeyd etmişdir. Bunlara Məsihin doğulduqdan sonra danışması və göydən süfrənin nazil olması aiddir. Uca Allah buyurur:
Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir dəlil olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən xeyirlisisən!”
Beşinci: Əzəmətli Quran incillərdə yer alan xətalardan və İncilin ehtiva etdiyi çoxlu ziddiyyətlərdən uzaqdır.
Altıncısı: Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, oxuma və yazma bilmirdi və bu, Əzəmətli Quranda qeyd edilmişdir. Uca Allah buyurur:
"Sən bundan əvvəl nə bir kitab oxuya bilir, nə də onu sağ əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər."
[Ənkəbut 29 surəsi, ayə 48].
Onun ümməti ümmi idi, onların arasında oxumaq geniş yayılmamışdı. Kitab əhlinin kitabları Məkkədə dolaşımda deyildi və onlar Kitab əhlində olanlardan xəbərdar deyildilər.
Bu açıqlamadan sonra insaflı bir kimsənin: "Peyğəmbər, sallallahu aleyhi və səlləm, Quranı İncildən yazmış və ondan köçürmüşdür!"– deməsi mümkündürmü? Biz tam əminik ki, insaflı bir insan qələmə aldığımız bu cavabı oxuduğu zaman, mütləq sual verənin nə əzəmətli Quranı, nə də İncili bilmədiyi hökmünü verəcəkdir.
İncildə mövcud olan və Qurani-Kərimlə uyğun gələn məsələlərə gəldikdə, bunlar, yalnız Uca Allaha ibadət etməyə dəvət əmri kimi Məsihin -aleyhissalam- gətirdiyi haqqın qalıqlarıdır. Təəccüblüdür ki, Qurana qarşı çıxanlar və nəsraniləri Rəsul Muhəmmədin, sallallahu aleyhi va səlləm, Qurani-Kərimi İncildən köçürdüyünə inandırmağa çalışanlar, İncilin Rəsul Muhəmmədin, sallallahu aleyhi va səlləm, gəlişini açıq şəkildə bildirdiyini, onu müjdələdiyini və göndərildiyi zaman ardıcıllarına Rəsul Muhəmmədə, sallallahu aleyhi va səlləm, iman gətirməyi əmr etdiyini görməzlikdən gəlirlər. Lakin onlar bunları qeyd etmirlər, əksinə, var gücləri ilə onları gizlətməyə və təhrif etməyə çalışırlar.
المصدر
ملاحظات
--