Müsəlmanlar bütün dinlərin eyni aqibətə apardığına inanırlarmı?
- محاور التعريف بالإسلام
- الشبهات والاعتراضات
- مصدر الإجابة
- قسم الأديان والفرق
- الباب / الفصل
- (قسم الأديان والفرق)
السؤال
Müsəlmanlar bütün dinlərin eyni aqibətə apardığına inanırlarmı?
الجواب
Allahın bəndələrinə qanun olaraq göndərdiyi və ardıcıllarına çatdırmaları üçün bütün elçilərinə - onlara Allahın salamı olsun - tapşırdığı din İslamdır. Belə ki, bütün peyğəmbərlər İslam dinində olmuşlar. Uca Allah buyurur:
"(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dini doğru-dürüst tutun və onda bölünüb firqə-firqə olmayın!”. Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər."
(Şura 42 surəsi, ayə 13).
Uca Allah buyurur:
İbrahim də, Yəqub da, bunu oğullarına vəsiyyət etdilər: “Oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!”
(Bəqərə 2 surəsi, ayə 129).
Yoxsa siz Yəquba ölüm gəldiyi zaman onun yanında idiniz? O zaman o, öz oğullarına demişdi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, ataların – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!”
Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun nəslinə nazil olanlara, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların heç birini digərindən fərqləndirmirik. Biz yalnız Ona təslim olanlarıq!”
Kim İslamdan başqa bir dinə iman gətirərsə, onun dini batildir və əməli rədd olunar. Uca Allah buyurur:
"Kim İslamdan başqa bir din arayarsa, (bilsin ki,) o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar."
(Ali-İmran 3 surəsi, ayə 81).
Müsəlman iman edir ki, bütün dinlər batildir və haqq din birdir. Axirət yurdunda gözəl aqibət, uca məqam və böyük uğur Allaha müsəlman olaraq qovuşanlar üçündür. Kim Allaha kafir olaraq və başqasını Ona şərik qoşaraq qovuşarsa, dünyasını və axirətini ziyana uğratmışdır. Uca Allah bu barədə belə buyurmuşdur:
"Şübhəsiz ki, Kitab əhlindən və müşriklərdən kafir olanlar, içində əbədi qalacaqları Cəhənnəm odunda olacaqlar. Onlar məxluqatın ən şərliləridirlər."
(Bəyyinə 98 surəsi, ayələr 7-8).
De: “Mən dinimi məhz Allaha məxsus edərək yalnız Ona ibadət edirəm.
Siz də Ondan başqa istədiyinizə ibadət edin. De: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”
(Zumər 39 surəsi, ayə 65).
Uca Allah haqqdır və O, doğru yoldadır. Uca Allahın ədalətindəndir ki, Qiyamət günü Allaha iman gətirən və elçiləri, aleyhimus-salətu və-ssələm, təsdiq edən bütün möminlərin aqibətini Cənnət edəcək. Uca Allah buyurur:
"Allaha və Peyğəmbərə itaət edənlər – məhz onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır!"
(Nisa 4 surəsi, ayə 163).
Kafirlərin sonunu Cəhənnəm etmişdir. Ora nə pis məskəndir! Uca Allah buyurur:
"Allah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların gedəcəkləri yer Cəhənnəmdir. (Onun alovu) azaldıqca onlar üçün alovu artıracağıq.
Bu, ayələrimizi inkar etdiklərinə və: “Məgər biz sür-sümük və çürüyüb toz-torpaq olduğumuz halda yeni bir məxluq olaraq dirildiləcəyik?”– dediklərinə görə onların cəzasıdır.
(İsra 17 surəsi, ayə 88).
"Şübhəsiz ki, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə toplayacaqdır."
Möminləri Cənnətdə, kafirləri isə Cəhənnəmdə toplaması Uca Allahın tam ədalətidir. Allahdan bizi Cəhənnəm əzabından qorumasını diləyirik.
المصدر
ملاحظات
--