Skip to content

İslam, Məsihin - aleyhi-ssəlam - çarmıxda öldüyünü iddia edənlərin görüşünü dəstəkləyirmi?

مصدر الإجابة
قسم الأديان والفرق
الباب / الفصل
(قسم الأديان والفرق)

السؤال

İslam, Məsihin - aleyhi-ssəlam - çarmıxda öldüyünü iddia edənlərin görüşünü dəstəkləyirmi?

الجواب

İslam Məsihin - aleyhi-ssəlam - zamanında çarmıxa çəkilmə hadisəsinin baş verdiyini inkar etmir. Lakin yəhudilər Məsihi - aleyhissəlam - öldürmək və çarmıxa çəkmək istəmişdilər. Allah onu onlardan xilas etdi və Öz dərgahına qaldırdı. Beləliklə də onlar ona heç bir zərər yetirə bilmədilər. Allah onun surətini başqa bir kişiyə verdi. Yəhudilər də o dövrdəki bütpərəst Roma hakimi ilə əlbir olaraq həmin kişini tutdular. Onu öldürüb çarmıxa çəkdilər və beləliklə də Məsihi - aleyhi-ssəlam - öldürüb çarmıxa çəkdiklərini zənn etdilər. Uca Allah buyurur:

"İsa onlardakı küfrü hiss etdikdə, dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın (dininin) yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanıq!

Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və (göndərdiyin) elçinin ardınca getdik. Bizi də, şahidlərlə bir yerdə yaz!”

Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah (qarşılıqlı olaraq) hiylə işlədənlərin ən xeyirlisidir.

O vaxt Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracaq, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də, ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm.

(Ali-İmran 3 surəsi, ayələr 52-55). Uca Allah buyurur:

Bir də: “Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər). Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir bilgisi yoxdur. Həqiqətdə isə onu öldürməmişdilər.

Əksinə, Allah onu Özünə tərəf qaldırmışdı. Allah qüdrətlidir, hikmət sahibidir.

"Kitab əhlindən hər kəs (öz ölümündən yaxud İsanın) ölümündən əvvəl ona iman gətirəcək. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır."

(Nisa 4 surəsi, ayə 163).

Belə ki, Məryəm oğlu Məsih İsa - aleyhi-ssələm - çarmıxa (xaça) çəkilməmiş və öldürülməmişdir. Əksinə, Allah onu öz dərgahına qaldırmışdır. O, hazırda ikinci səmadadır və Qiyamət günündən əvvəl yer üzünə enəcəkdir. Onun enişi Qiyamətin böyük əlamətlərindən olacaqdır. O, Məsih Dəccalı öldürəcək, Allahdan başqa ibadət edilən və nəsranilərin onun üzərində çarmıxa (xaça) çəkildiyinə dair iftira atdıqları xaçı sındıracaq, donuzları öldürəcək və İslam şəriəti ilə hökm verəcəkdir. Peyğəmbər, sallallahu aleyhi va səlləm, demişdir:

"Məryəm oğlu yer üzünə enərək sizin aranızda ədalətlə hökm verməyincə, xaçı sındırmayınca, donuzları öldürməyincə, cizyəni aradan qaldırmayınca, bolluğa görə heç kimin mal-dövlətə ehtiyacı olmayınca Qiyamət qopmaz".

Səhih Buxari: (2476) və Müslim: (155).

المصدر

قسم الأديان والفرق

ملاحظات

--