Müsəlmanlar tək bir kitaba tabe olduqları halda nə üçün firqələrə və məzhəblərə bölünürlər?
- محاور التعريف بالإسلام
- الشبهات والاعتراضات
- مصدر الإجابة
- قسم الأديان والفرق
- الباب / الفصل
- (قسم الأديان والفرق)
السؤال
Müsəlmanlar tək bir kitaba tabe olduqları halda nə üçün firqələrə və məzhəblərə bölünürlər?
الجواب
Birincisi: Ayrılıq və ixtilaf Allahın bəşəriyyəti üzərində yaratdığı bir kainat qanunudur. Uca Allah buyurur:
"Əgər Rəbbin istəsəydi, insanları (eyni dində olan) vahid bir ümmət edərdi. Onlar isə hələ də ixtilafdadırlar.
Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. (Allah) onları bunun üçün (bu ixtilafla imtahan etmək üçün) yaratdı. Rəbbinin: “Mən Cəhənnəmi bütün (günahkar) cinlər və insanlarla dolduracağam!” sözü tamamilə yerinə yetdi.
[Hud 11 surəsi, ayələr 118-119].
Əbu Hureyrə, Allah ondan razı olsun, rəvayət edir ki, Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurmuşdur:
"Yəhudilər yetmiş bir və ya yetmiş iki firqəyə bölündü. Nəsranilər də eyni şəkildə. Mənim ümmətim isə yetmiş üç firqəyə bölünəcəkdir".
Hədisi Tirmizi rəvayət etmiş və bu hədisin: "Həsən-səhih hədis" olduğunu demişdir.
İkincisi: Əgər din Allah tərəfindən olan bir haqqdırsa, ardıcıllarının ixtilafa düşməsi səbəbilə dini ayıblamaq olmaz. Yalnız haqq dindən ayrılan və camaatı tərk edən kimsə məzəmmət olunur.
Üçüncüsü: Allah rəsulu, sallallahu aleyhi va səlləm, insanlar ixtilafa düşdükdə kimə tabe olacağımızı, kiminlə birlikdə olacağımızı və ixtilaf edənlər çoxaldıqda haqqın kiminlə olduğunu bizə bəyan etmişdir. O, parçalanmanı qeyd etdikdən sonra, haqq üzərində olan tək bir firqə istisna olmaqla bütün firqələrin zəlalətdə olduğunu bəyan etmişdir. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
"Bir millət istisna, onların hamısı oddadır (Cəhənnəmdədir)". Səhabələr dedilər: Ey Allahın Rəsulu! Onlar kimlərdir? O, dedi: "Mənim və səhabələrimin üzərində olduğumuz yol".
Sunən Tirmizi: (2641).
Peyğəmbər, sallallahu aleyhi va səlləm, başqa bir hədisdə belə buyurmuşdur:
"İki Kitab əhli öz dinlərində yetmiş iki firqəyə bölündü. Bu ümmət isə yetmiş üç firqəyə – yəni: həvayi-nəfslərə – bölünəcəkdir. Bunlardan biri müstəsna olmaqla qalanların hamısı odda olacaqdır. O da Camaatdır."
Hədisi Əhməd: (16937) və Əbu Davud: (4597) rəvayət etmişdir.
«Məndən sonra sizdən kim yaşasa, çoxlu ixtilaflar görəcəkdir. Dinə əlavə edilmiş yeniliklərdən çəkinin, çünki bunlar zəlalətdir. Sizdən kim buna yetişərsə, mənim sünnəmə və doğru yolda olan raşidi xəlifələrin sünnəsinə sarılsın. Ondan azı dişlərinizlə yapışın».
Sünən Tirmizi: (2676) və Sünən İbn Macə: (43). Tirmizi bu hədisin: "Həsən-Səhih hədis" olduğunu demişdir.
Bu tayfa haqq İslamı təmsil edir. Bu isə həyatın bütün sahələrində Peyğəmbərin, sallallahu aleyhi va səlləm, və onun səhabələrinin üzərində olduğu yoldur və onlar Əhli-Sünnə vəl-Camaatdır.
Dördüncüsü: Yəhudilər və nəsranilər ixtilafa düşdülər və onlardan haqq üzərində heç bir dəstə qalmadı. Halbuki bu dində və İslam ümməti arasında, Peyğəmbərin, sallallahu aleyhi va səlləm, bu barədə müjdə verdiyi kimi, Allahın əmri gələnədək ümmətdən bir dəstə daim doğru din üzərində olacaqdır:
"Ümmətimdən, Allahın dini üzərində sabit qalan bir dəstə olacaq. Onları rəzil etmək istəyənlər onlara heç bir zərər verə bilməyəcək. Allahın əmri gələnədək onlar bu hal üzərində qalacaqlar".
Səhih Müslim: (170).
Uca Allah buyurur:
"Onlar öz ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər. Kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaqdır.
Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini hidayətlə və haqq dinlə göndərən Odur."
(Saff 61 surəsi, ayə 6).
Beşincisi: İslamda ixtilaf iki qismə bölünür: Məqbul ixtilaf. Bu ixtilafda müxalif olan kəs azğın və ya yoldan çıxmış hesab olunmur. Bu, bəzi fiqhi məsələlərdə, yəni: təharət, namaz, alış-veriş və qəza məsələləri kimi əməli fər'i hökmlərdəki ixtilaf kimidir. Bu ixtilafın səbəblərindən biri anlayışların (fəhimlərin) fərqli olmasıdır. Belə ki, insanlardan eləsi var ki, ağlı və anlayışı geniş və dəqiq olur, nəticədə başqasının tapa bilmədiyi doğruya yönəlir. Digər səbəblərlə yanaşı, dəlilin gizli qalması da buna bir səbəb ola bilər. İxtilaf baş verən bu növ məsələlər alimlərin ictihad etməsi üçün bir sahədir.
İkinci növ: Haram olan ixtilaf. Bu, bir neçə ayədə məzəmmət edilmişdir, o cümlədən Uca Allah buyurur:
"Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (qiyamət günü) Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir."
(Ənam 6 surəsi, ayə 18).
"O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə özündə olanlarla sevinər."
[Rum 30 surəsi, ayə 32].
Bu, nübüvvət, iman, qədər, sifətlər və səhabələr kimi etiqad məsələlərindən olan böyük məsələlərdə olan ixtilafdır. Firqələrdən elələri vardır ki, sələfin icmasına zidd olduğuna görə onların bu məsələlərdəki ixtilafı, onları İslam dairəsindən çıxaran hesab edilir, onlardan elələri də vardır ki, belə hesab edilmir.
Peyğəmbərimiz Muhammədə Allahın salavatı və salamı olsun.
المصدر
ملاحظات
--