İslama qarşı müharibə etməyən qeyri-müsəlmanlar barəsində İslamın mövqeyi nədir?
- محاور التعريف بالإسلام
- الشبهات والاعتراضات
- مصدر الإجابة
- قسم ما يتعلق بغير المسلمين والشرك والعبادة
- الباب / الفصل
- (قسم ما يتعلق بغير المسلمين والشرك والعبادة)
السؤال
İslama qarşı müharibə etməyən qeyri-müsəlmanlar barəsində İslamın mövqeyi nədir?
الجواب
İslam dininin qeyri-müsəlmanlara qarşı mövqeyi Uca Allahın kəlamında belə bəyan edilmişdir:
"Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətlə davranmanızı sizə qadağan etməz. Şübhəsiz ki, Allah ədalətli olanları sevər."
(Mumtəhinə 60 surəsi, ayə 8).
Onlara edilən yaxşılığa onlarla yaxşı davranmaq, onlara sədəqə vermək, onlarla gözəl qonşuluq etmək, ehtiyaclarını ödəməkdə onlara yardım etmək, dinləri ilə əlaqəli olmayan mərasimlərində iştirak etmək, toy və bu kimi digər məclislərə etdikləri dəvətə icabət etmək daxildir. Bir şərtlə ki, insan orada öz dinindən arxayın olsun və orada şərab içmək kimi münkər əməllər olmasın. Əsma bint Əbu Bəkr, Allah ondan razı olsun, rəvayət edir:
"Qüreyşin əhd bağladığı dövrdə, anam müşrik olduğu halda mənim yanıma gəldi. Mən bu məsələ ilə bağlı Allahın rəsuluna, sallallahu aleyhi va səlləm, müraciət etdim və dedim: “Ya Rəsulullah, anam gəlib, ona qayğı göstərməyimi istəyir. Mən anamla əlaqə saxlaya bilərəmmi?”. O dedi: «Bəli, ananla əlaqə saxla».
Hədisi Buxari: (2620) və Müslim: (1003) rəvayət etmişdir.
Onlara edilən ən böyük ehsan və yaxşılıqlardan biri də onları İslama dəvət etməkdir. Şübhəsiz ki, dəvət və fiqh kitablarında ətraflı izah edildiyi kimi, İslama dəvət mərhələlərlə edilir.
Zimmi və ya müahid kafirin müsəlmanlar üzərində hüquqları vardır. Onu qətlə yetirmək bir yana, ona zərər vermək icazəli deyildir. Rəsulullah, sallallahu aleyhi və səlləm, demişdir:
"Kim əhd verilən birini öldürərsə, Cənnətin iyini almaz. Halbuki onun iyi qırx illik məsafədən hiss edilir".
Hədisi Buxari: (3166) rəvayət etmişdir.
İslam, ədalət, mötədillik və rəhmət dinidir.
المصدر
ملاحظات
--