Skip to content

İnsan nə üçün Uca Allaha ibadət etməlidir?

محاور التعريف بالإسلام
الشبهات والاعتراضات
مصدر الإجابة
قسم ما يتعلق بغير المسلمين والشرك والعبادة
الباب / الفصل
(قسم ما يتعلق بغير المسلمين والشرك والعبادة)

السؤال

İnsan nə üçün Uca Allaha ibadət etməlidir?

الجواب

Bu sualın cavabı böyük bir cavabdır, geniş izah və çoxlu təfsilat tələb edir, lakin biz imkan daxilində müxtəsər edəcəyik. Tövfiq Allahdandır, beləliklə deyirik:

Dindarlıq zəruri bir məsələdir. O mənada ki, nəfs onu tələb edir, ruh ona can atır, ağıl onu vacib sayır və insanın dinsiz yaşaması qəbuledilməzdir. Buna görə də bütün xalqların ibadət etdiyini görürsən. Onların ibadət etməsi bu mənaya gəlmir ki, ibadətləri doğrudur. Əksinə, bu, ibadət etməyin fitri və zəruri bir məsələ olduğunu göstərir.

Uca Allahın ən gözəl adları və ali sifətləri vardır. O: Rəbb, ruzi verən, idarə edən, hər şeyin sahibi, dirildən və öldürəndir. Bildiyimiz və bilmədiyimiz bütün nemətləri bizə lütf edən Odur. Əgər bu belədirsə və insan ibadət etməyə möhtacdırsa, o zaman ibadəti haqq edənə – Uca Allaha ibadət etməsi vacibdir. Uca Allah buyurur:

"Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Ondan qorxasınız."

O Rəbbinizə ki, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunu) bildiyiniz halda (heç kəsi) Allaha tay tutmayın."

(Bəqərə 2 surəsi, ayə 129).

İnsanın bütün işlərində doğru yola ehtiyacı vardır, doğru yola yönəldən isə Allahdır. Əgər o, Ona ibadət etmirsə, Ondan necə doğru yol istəyə bilər?! Müsəlman isə hər namazda Uca Allahın buyurduğu kimi deyir:

"Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.

Bizi doğru yola yönəlt!

Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!"

(Fatihə 1 surəsi, ayələr 5-7).

Əgər Allah onu doğru yola yönəltməzsə, işləri çətinləşər.

İnsan təbiətinə görə gözəl və firavan bir həyat arzulayır. Gözəl həyat isə yalnız iman əhli üçün mümkündür. Uca Allah belə buyurmuşdur:

"Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq."

[Nəhl 16 surəsi, ayə 97].

Gözəl bir həyatda insan üçün dinclik, razılıq və salamatlıq gerçəkləşir.

Həyatın təbiətində müsibətlər və bəlalar vardır. İman və Allaha ibadət – Allahın izni ilə – bəla zamanı öz sahibinə müvazinət bəxş edir ki, o, müsibət zamanı müvazinətini itirməsin. Çünki iman insana səbat və səbr qazandırır. Uca Allah buyurur:

"Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Kitabda (lövhi-məhfuzda) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır."

[Hədid 57 surəsi, ayə 22].

Uca Allah buyurur:

"Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi biləndir."

(Təğabun 64 surəsi, ayə 11).

İnsanın dünya və axirət həyatında Rəbbinin və Xaliqinin razılığını qazanmağa ehtiyacı vardır. Rəbbin razılığı yalnız Ona iman gətirən və Onun əmr etdiyi kimi Ona ibadət edən kimsə üçün gerçəkləşər. Uca Allah buyurur:

"İman gətirib saleh əməllər edənlərə gəlincə isə onlar məxluqatın ən xeyirliləridirlər.

Onların Rəbbinin yanındakı mükafatı (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələr üçündür!".

(Bəyyinə 98 surəsi, ayələr 7-8).

Allaha iman və ibadət etmək, insana haqq ilə batili, hidayət ilə zəlaləti bir-birindən ayırd edən bir meyar bəxş edir. İnsan bütün hallarında bu meyara möhtacdır ki, hər hansı bir işə layiq olduğundan artıq dəyər verməsin, təzimə layiq olmayan bir şeyi ucaltmasın, yaxud ehtiram göstərilməsi və tabe olunması haqq olan işlərdə səhlənkarlıq etməsin.

İnsanın bir əcəli vardır və o, mütləq onunla qarşılaşacaq, ölüm saatı ona gəlib yetişəcəkdir. Ölüm öz-özlüyündə dəhşətli bir hadisədir. Lakin Rəbbinə ibadət edən möminin ölümü, kafirin ölümündən fərqlənir. Möminlə kafirin bu iki aqibəti barədə düşün. Uca Allah buyurur:

"O gün Cəhənnəm gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaq. Lakin (bu) xatırlamanın ona nə faydası?

O: “Kaş (axirət) həyatım üçün öncədən hazırlıq görəydim!”– deyəcəkdir.

O gün Allahın verdiyi əzabı kimsə verə bilməz. Onun bağladığı kimi kimsə bağlaya bilməz.

(O gün möminə deyiləcəkdir:) “Ey arxayın olan nəfs!

Razı qalmış və razılıq qazanmış halda Rəbbinə tərəf dön!

(Saleh) qullarımın arasına keç!

(Onlarla birgə) Cənnətimə daxil ol!

(Fəcr 89 surəsi, ayələr 23-30).

Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə (ölüm anında) mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!

(Fussilət 41 surəsi, ayə 30).

Kaş ki sən, mələklər kafirlərin canını alarkən görəydin. Mələklər onların üzlərinə və yanlarına vuraraq deyirdilər: “Dadın atəşin əzabını!".

(Ənfal 8 surəsi, ayə 50).

Allah xəbər vermişdir və Onun xəbəri doğrudur, vəd etmişdir və Onun vədi haqdır ki, Allah qəbirlərdə olanları dirildib çıxaracaqdır. O, buna dair saysız-hesabsız dəlillər göstərmişdir və bunlar əzəmətli Quranda geniş şəkildə bəyan edilmişdir. İnsanın öz Rəbbinin hüzuruna aparılacağı bir gün mütləq gələcəkdir. Kim mömindirsə, onun üçün əbədi Cənnətdə əbədi səadət vardır. Kim asidirsə, onun üçün Cəhənnəm odunda əbədi əzab vardır.

المصدر

قسم ما يتعلق بغير المسلمين والشرك والعبادة

ملاحظات

--