Peyğəmbər Muhəmmədin, sallallahu aleyhi və səlləm, peyğəmbərlərin və elçilərin sonuncusu olduğu doğrudurmu? Əgər bu doğrudursa, bunun səbəbi nədir? Düşünmürsənmi ki, günümüzdə bəşəriyyətin daha çox peyğəmbərə ehtiyacı var?
- محاور التعريف بالإسلام
- الغاية من خلق الإنسان ومعنى الحياةالخير والشرالتعريف بمحمد صلى الله عليه وسلمالتعريف بالنبي محمد صلى الله عليه وسلم
- مصدر الإجابة
- قسم النبوة
- الباب / الفصل
- (قسم النبوة)
السؤال
Peyğəmbər Muhəmmədin, sallallahu aleyhi və səlləm, peyğəmbərlərin və elçilərin sonuncusu olduğu doğrudurmu? Əgər bu doğrudursa, bunun səbəbi nədir? Düşünmürsənmi ki, günümüzdə bəşəriyyətin daha çox peyğəmbərə ehtiyacı var?
الجواب
Muhəmməd Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, peyğəmbərlərin, Allahın salavatı və salamı onların üzərinə olsun, sonuncusudur. Onun vasitəsi ilə göndərilən din dinlərin ən kamili olduğu üçün hər zamana və məkana uyğun olması bu dinin xüsusiyyətlərindəndir. Rəbbani alimlər isə dini insanlar arasında yayır və onu bəyan edirlər.
Soruşan sanki aləmlərin Rəbbi olan Allaha belə deyir: “Mən Səndən daha yaxşı bilirəm, niyə peyğəmbərlikləri ardıcıl göndərmədin?”. Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Uca Allah buyurur:
Onlara bir ayə gəldikdə: “Allahın peyğəmbərlərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”– dedilər. Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir.
(Ənam 6 surəsi, ayə 18).
Qüdrətli və Uca Allah bizə xəbər vermişdir ki, O, İbrahim, Musa və İsanın - aleyhimu-ssəlam - risalətləri kimi əvvəlki risalətləri yalnız onların öz qövmlərinə aid xüsusi risalətlər etmiş və onlar üçün bitəcəkləri müəyyən bir müddət təyin etmişdir. Allah onları qorumağı Öz öhdəsinə götürməmiş, əksinə, onların qorunmasını insanlara həvalə etmiş, onlar isə bu risalətləri zay etmişlər. Uca Allah buyurur:
"Şübhəsiz ki, Biz, içində hidayət və nur olan Tövratı nazil etdik. Özlərini (Allaha) təslim edən peyğəmbərlər bununla yəhudilər arasında hökm edərdilər. Din xadimləri və elm adamları isə Allahın kitabından qorunub saxlanılanlarla hökm verərdilər. Onlar buna şahiddirlər."
(Maidə 5 surəsi, ayə 44).
Allah Öz elçilərinə, Allahın salamı onların üzərinə olsun, xəbər vermişdir ki, ilahi risalələr Peyğəmbərimiz Muhəmmədin, sallallahu aleyhi və səlləm, risaləsi ilə sona çatacaqdır. Uca Allah ilahi risalələri elə etmişdir ki, onlar bir-birini tamamlasın və sonradan gələn əvvəlkinin qurduğunu kamilləşdirsin. Buna görə də Davud peyğəmbər, Allahın salamı onun üzərinə olsun, bu barədə xəbər verərək demişdir: «Bənnaların rədd etdiyi daş küncün baş daşı oldu. Bu, Rəbb tərəfindən oldu və gözlərimizdə möcüzəvidir» - (Məzamir: 118: 22).
Bu müjdənin mənası: İlahi risalətlərin ən çox bir binaya bənzəməsi və hər bir peyğəmbərin özündən əvvəlki peyğəmbərin başladığı işi tamamlamasıdır. Nəhayət, peyğəmbərlərin göndərilməsi tamama yetdikdə, sonuncu peyğəmbərdən başqa heç kim qalmadıqda, bina kamil olmağa yaxınlaşdıqda və ondan yalnız bir kərpic qaldıqda, Uca Allah Öz elçisini və xəlilini – Məhəmmədi, sallallahu aleyhi va səlləm, göndərdi. Onunla din kamil oldu, nemət tamamlandı, peyğəmbərliklərə son qoyuldu və bina bütövləşdi. Beləliklə, Allahın rəsulu, sallallahu aleyhi va səlləm, peyğəmbərlərin və elçilərin, onlara salavat və salam olsun, sonuncusu oldu. Davudun, aleyhi-ssəlam, kəlamında işarə edilən daşla məsəl çəkilən də məhz odur.
Bu xəbər İncillərdə də yer almışdır. Belə ki, İncillərdə peyğəmbərlərin sonuncusu olan Peyğəmbər Muhammədin, sallallahu aleyhi va səlləm, gəlişi müjdələnmişdir. Məsih, Allahın ona salamı olsun, bəyan etmişdir ki, sonuncu Peyğəmbər Muhammədin, sallallahu aleyhi va səlləm, göndərilməsi ilə ilahi risalətlər tamamlanacaq, din kamil olacaq və nemət onunla tamamlanacaqdır. Buna görə də, Mattanın nəql etdiyi kimi, o, belə demişdir: "İsa onlara dedi: "Məgər siz ilahi kitablarda bunu heç oxumamısınız: "Bənnaların rədd etdiyi daş, küncün baş (əsas) daşı oldu. Bu, Rəbbin işidir. Gözümüzdə heyrətamiz bir işdir". (Matta, 21:42).
Bu xəbər həmçinin Peterin birinci məktubunda (2:7) qeyd edilmişdir.
Allahın rəsulu Məhəmməd, sallallahu aleyhi va səlləm, özündən əvvəlki peyğəmbərlərin başladığı işi necə kamilləşdirdiyini və öz əməlinin onların əməlini necə tamamladığını bəyan edərək belə buyurmuşdur:
"Mənim və məndən əvvəlki peyğəmbərlərin məsəli, gözəl və mükəmməl bir ev tikən, lakin onun künclərindən birində bir kərpic yeri boş qoyan kişinin məsəli kimidir. İnsanlar onun ətrafında dolanır, ona heyran qalır və deyirlər: “Kaş bu kərpic də yerinə qoyulaydı!”. (Sonra) Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, davam edib dedi: Mən o kərpicəm və mən peyğəmbərlərin sonuncusuyam".
[Səhih Buxari: (3535) ləfz onundur, Səhih Müslim: (2286)].
Hətta Peyğəmbərimiz Muhəmmədin, sallallahu aleyhi va səlləm, göndərilməsi ilə din tamamlandıqda və nemət kamil olduqda, Uca Allah buyurur:
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim."
Rəsul Məhəmmədə, sallallahu aleyhi va səlləm, gəldikdə isə, Uca Allah hökm etmişdir ki, o, Allahın bütün insanlara göndərdiyi elçisidir. Uca Allah buyurur:
"Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) olaraq göndərdik. Lakin insanların çoxu (bunu) bilməz."
(Səba 34 surəsi, ayə 28).
Uca Allah buyurur:
De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınıza göndərilmiş Allahın elçisiyəm..."
[Əraf 7 surəsi, ayə 158].
Məhz buna görə də Uca Allah, Muhəmməd peyğəmbərin, sallallahu aleyhi və səlləm, risalətinin Qiyamət qopana qədər qalmasına hökm etmiş, onu qoruyacaq və Qiyamət qopana qədər saxlayacaq kövni və şəri tədbirlərlə təmin etmişdir. Bunlardan biri də odur ki, sağlığında Peyğəmbərə, sallallahu aleyhi və səlləm, iman gətirən, onunla görüşən, ondan (dini) öyrənən və onun risalətini nəql edənlərin sayı yüz mindən çox olmuşdur. Onlar bu risaləti ondan alaraq özlərindən sonrakılara çatdırmışlar. Halbuki İsa, ona salam olsun, ilə birlikdə olan həvarilərin sayı yetmiş həvaridən çox olmamış, Musaya, ona salam olsun, isə yalnız az sayda insan iman gətirmişdi.
Muhəmməd peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, sonuncu risaləti istər etiqad, istər ibadətlər, istər müamilələr, istərsə də davranış və hallarla bağlı olsun, nəsillər boyu mütəvatir şəkildə nəql edilmişdir. Elə buna görə də, bu günkü gündə insan görür ki, müsəlmanların ibadət olaraq yerinə yetirdikləri şüarlar, məhz Peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, səhabələrinin, Allah onlardan razı olsun, həyatlarında tətbiq etdikləri əməllərdir. Həmçinin, Peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, gətirdiyi vəhy, istər Qurani-Kərim, istərsə də Peyğəmbər sünnəsi olsun, Allahın hifzi ilə qorunmuş və ondan bir hərf belə itirilməmişdir.
Əgər vəziyyət belədirsə, risalət qorunub saxlanılaraq qalırsa, hər bir əsrə və zamana, eləcə də hər bir ətraf mühitə uyğundursa və onu hər cür şəraitdə tətbiq etmək mümkündürsə, o zaman bu günlərdə insanların onun, sallallahu əleyhi va səlləm, dininə möhkəm sarılmağa və sünnəsinə əməl etməyə ehtiyacı vardır və bu, onlara kifayət edər. Hətta bir peyğəmbər gəlsəydi belə, o, yenə də onun, sallallahu əleyhi va səlləm, ümmətindən olar və şəriəti ilə əməl edərdi. Uca Allah buyurur:
Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə, ona mütləq iman gətirib yardım edəcəksiniz”– deyə əhd almış və (onlara): “Təsdiq etdinizmi, (bu) əhdimi öhdənizə götürdünüzmü?” – demişdi. Onlar: “İqrar etdik!” – deyə cavab vermişdilər. (Allah da) belə buyurmuşdu: “Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”.
(Ali-İmran 3 surəsi, ayə 81).
Peyğəmbərimiz Muhammədə Allahın salavatı və salamı olsun.
المصدر
ملاحظات
--