Muhəmməd, Allahın salavatı və salamı onun üzərinə olsun, kimdir?
- محاور التعريف بالإسلام
- التعريف بمحمد صلى الله عليه وسلمالتعريف بالنبي محمد صلى الله عليه وسلم
- مصدر الإجابة
- قسم النبوة
- الباب / الفصل
- (قسم النبوة)
السؤال
Muhəmməd, Allahın salavatı və salamı onun üzərinə olsun, kimdir?
الجواب
Muhəmməd, sallallahu aleyhi va səlləm: İbrahimin oğlu İsmayilin, Allahın onlara salamı olsun, nəslindən olan Muhəmməd bin Abdullah bin Abdulmuttalib əl-Qureşidir. O, peyğəmbərlərin sonuncusu və Adəm övladlarının seyyididir. O, Qiyamət günü şəfaət edən və şəfaəti qəbul olunandır. Allahın elçisi, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
"Heç bir peyğəmbər olmamışdır ki, bu dünyada etmiş olduğu (qəbul olunmuş) bir duası olmasın. Mən isə duamı ümmətimə şəfaət etmək üçün saxladım. Mən Qiyamət günü Adəm övladının ağası olacağam, (bunu) öyünmək üçün demirəm. Mən yerdən (qəbrdən) ilk çıxacaq insan olacağam, (bunu) öyünmək üçün demirəm. Həmd bayrağı mənim əlimdə olacaqdır, (bunu) öyünmək üçün demirəm. Adəm və ondan aşağı olanlar mənim bayrağımın altında olacaqlar, (bunu) öyünmək üçün demirəm".
İmam Əhmədin "Müsnəd" kitabı, "Risalə" nəşri: (2546) və ət-Tirmizinin "Sünən" kitabı: (3148).
Muhəmməd Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, rəsulların ən əzəmətlisidir. Allah bütün peyğəmbərlərdən - aleyhimu-ssəlam - əhd almışdır ki, Allah onu elçi göndərdiyi zaman ona tabe olsunlar. Uca Allah buyurur:
Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə, ona mütləq iman gətirib yardım edəcəksiniz”– deyə əhd almış və (onlara): “Təsdiq etdinizmi, (bu) əhdimi öhdənizə götürdünüzmü?” – demişdi. Onlar: “İqrar etdik!” – deyə cavab vermişdilər. (Allah da) belə buyurmuşdu: “Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”.
(Ali-İmran 3 surəsi, ayə 81).
İbn Kəsir, Allah ona rəhmət etsin, demişdir:
"Uca Allah xəbər verir ki, O, göndərdiyi hər bir peyğəmbərdən – Adəmdən, aleyhi-ssəlam, tutmuş İsaya, aleyhi-ssəlam, qədər – əhd almışdır ki, Allah onlardan birinə nə qədər kitab nazil etsə də, nə qədər hikmət bəxş etsə də və o, hansı dərəcəyə çatırsa-çatsın, bundan sonra ona özündən sonra bir elçi gəldikdə, ona mütləq iman gətirib yardım edəcəkdir. Sahib olduğu elm və peyğəmbərlik məqamı onu özündən sonra göndərilənə tabe olmaqdan və ona yardım etməkdən çəkindirməz... Daha sonra demişdir: Əli ibn Əbi Talib və əmisi oğlu Abdullah ibn Abbas - Allah onlardan razı olsun - demişlər: "Allah peyğəmbərlərdən elə bir peyğəmbər göndərməmişdir ki, ondan əhd almasın: əgər o, sağ ikən Muhəmməd göndərilərsə, ona mütləq iman gətirib yardım edəcəkdir. Həmçinin, ona öz ümmətindən də əhd almağı əmr etmişdir: əgər onlar sağ ikən Muhəmməd - səllallahu aleyhi və səlləm - göndərilərsə, ona mütləq iman gətirib yardım edəcəklər".
Təfsir İbn Kəsir (2/67).
Allahın rəsulu Muhəmməd, Allahın salavatı və salamı onun üzərinə olsun, özündən əvvəlki kitabları və risalətləri təsdiq edərək gəlmiş və özündən əvvəlki elçilərə, Allahın salamı onların üzərinə olsun, iman gətirməyə çağırmışdır. O, elçilərin, Allahın salamı onların üzərinə olsun, gətirdiklərinə uyğundur. Uca Allah buyurur:
"Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik."
(Nisa 4 surəsi, ayə 163).
Uca Allah buyurur:
"(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dini doğru-dürüst tutun və onda bölünüb firqə-firqə olmayın!”. Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər."
(Şura 42 surəsi, ayə 13).
Uca Allah onu peyğəmbər göndərməklə aləmlərə rəhm etmişdir. O, Məkkədə doğulmuş və orada bütün cinlərə və insanlara peyğəmbər göndərilmişdir. Peyğəmbər göndərilərkən qırx yaşında idi. Mədinəyə hicrət etmiş və altmış üç yaşında orada vəfat etmişdir.
Kim Peyğəmbərin, sallallahu aleyhi va səlləm, peyğəmbərliyinə yetişərsə, ona iman edib ona tabe olmaqdan başqa Cənnətə heç bir yolu yoxdur. Allahın rəsulu, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
"Muhəmmədin canı əlində olan Allaha and olsun ki, bu ümmətdən, istər yəhudi olsun, istərsə də nəsrani, mənim haqqımda eşidib sonra da mənimlə göndərilən dinə iman etmədən ölərsə Cəhənnəm əhlindən olar".
[Hədisi Müslim rəvayət etmişdir].
"Nun. And olsun qələmə və (insanların qələmlə) yazdıqlarına!
(Ey Peyğəmbər!) Sən Rəbbinin neməti sayəsində dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat vardır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!".
(Qələm 68 surəsi, ayə 1-4).
Abdullah bin Sələm, Allah ondan razı olsun, belə demişdir:
«Allahın rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, Mədinəyə gəldikdə, insanlar ona tərəf qaçdılar və: “Allahın rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, gəldi” - deyə səsləndilər, mən də camaatın arasında ona baxmağa gəldim və Allahın rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, üzünü görəndə bildim ki, onun üzü yalançı birisinin üzü deyil».
[Hədisi ət-Tirmizi: (2485) və İbn Məca: (1334) rəvayət etmişdir].
Bu səhih hədisdir. Peyğəmbərimiz Muhammədə Allahın salavatı və salamı olsun.
Bax: İbni Kəsirin (Əl-Fusul fi Siratir-Rəsul) və əl-Mübarəkfurinin (Ər-Rahiqul-Məxtum) kitablarına.
المصدر
ملاحظات
--