Skip to content

Allah bizi nə üçün yaratmışdır? Mövcudluğumuzun qayəsi nədir?

محاور التعريف بالإسلام
الغاية من خلق الإنسان ومعنى الحياة
مصدر الإجابة
قسم الإيمان | كتاب: الإسلام دين رب العالمين، ص 9
الباب / الفصل
(قسم الإيمان)

السؤال

Allah bizi nə üçün yaratmışdır? Mövcudluğumuzun qayəsi nədir?

الجواب

Hər şeyi bilən və hər şeydən xəbərdar olan Allah, yaradılışımızın hikməti və mövcudluğumuzun qayəsi barədə bizə xəbər vermişdir. Belə ki, O, Öz əziz kitabında buyurur:

"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım."

[Zariyat 51 surəsi, ayə 56].

Beləliklə, Allahın cinləri və insanları yaratmasındakı və bütün elçiləri ona çağırmaq üçün göndərməsindəki qayə budur: Bu da özündə Onu tanımağı və sevməyi, Ona üz tutmağı və yönəlməyi, habelə Ondan başqasından üz çevirməyi ehtiva edən, Ona ibadət etməkdir.

Kim bu məqsəddən üz döndərərsə, Allahın cəzasına məruz qalar, kim də tabe olarsa, əbədi nemətlərə layiq olar. Uca Allah buyurur:

"Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq."

(Nəhl 16 surəsi, ayə 97).

المصدر

قسم الإيمان كتاب: الإسلام دين رب العالمين، ص 9 قسم الإيمان كتاب: الإسلام دين رب العالمين، ص 9