Skip to content

Uca Allahın tövhidinin vacibliyinə dəlil nədir?

محاور التعريف بالإسلام
توحيد الله وإبطال الشرك
مصدر الإجابة
قسم الإيمان
الباب / الفصل
(قسم الإيمان)

السؤال

Uca Allahın tövhidinin vacibliyinə dəlil nədir?

الجواب

Uca Allahın rübubiyyət tövhidinin vacibliyinə və Onun, tək, heç bir şəriki olmayan, yaradan, (hər şeyin) sahibi və işləri idarə edən olduğuna dəlil.

Bunlardan biri Uca Allahın belə buyurmasıdır:

"Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı (ibadətə layiq olan) heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır."

(Muminun 23 surəsi, ayələr 12-14).

Bu ayə, alimlərin "ət-təmanu" dəlili adlandırdıqlarını özündə ehtiva edir: Bunun mənası odur ki, Allahla yanaşı başqa ilahların olduğunu fərz etsək, onlar:

O (fərz edilən digər ilahlar) ya Onun üluhiyyətini (ilahlığını) qəbul edib təslim olarlar, ya da bu barədə Onunla çəkişərlər. Birinci fərz onların ilahlığını ləğv edir. Çünki tabe olan kimsə ilah deyil, üzərində ilahlıq ediləndir (quldur). Əgər Onunla mülkü və səltənəti üzərində çəkişərlərsə, bu çəkişmənin təsiri kainatda ilahların bir-birinə üstün gəlməyə çalışmasında və hər bir ilahın öz yaratdıqlarını da özü ilə aparmasında özünü göstərər. Belə ki, ilahların hər biri öz yaratdığına təkbaşına sahib çıxar və onun üzərində müstəqil hökmranlıq edərdi. Siz də onlardan hər birinin mülkünün digərlərinin mülkündən ayrı olduğunu görərdiniz. Mülkləri bir-birindən ayrı olan və bir-birlərinə üstün gəlməyə çalışan dünya hökmdarlarının vəziyyətini gördüyünüz kimi, onların da bəzisi digərlərinə üstün gələrdi. Mülklərin ayrı-ayrı olmasının və ilahların bir-birinə üstün gəlməsinin heç bir təsirini (əlamətini) görmədiyiniz halda bilin ki, O, hər şeyin mülkünü (səltənətini) Öz əlində saxlayan Tək bir İlahdır.

Əgər bir kimsə desə ki, ilahlar arasında bir növ razılaşma olmuş və hər bir ilah heç bir ixtilaf və çəkişmə olmadan yalnız öz yaratdıqlarını təkbaşına idarə etmişdir, bu da onların ilahlığının batil olduğuna dair ən böyük dəlil olardı. Çünki hər bir ilahın ilahlığı özünün yaratmadığı məxluqlara nisbətdə naqis olacaqdır. Bu isə ilahların hər birində naqisliyin olmasına gətirib çıxarar ki, bu da mümkün deyildir. Çünki ilahlıq naqisliyi deyil, kamilliyi tələb edir.

  • Uca Allahın uluhiyyət tövhidinin vacibliyinə dair dəlilə gəldikdə, bu, ibadət tövhididir. Yəni: İzzətli və Uca Allahı ibadətin bütün zahiri və batini növlərində təkləşdirmək, namaz qılmaq, dua etmək, zəlil olmaq, təvəkkül etmək, boyun əymək, qorxmaq və ümid etmək, qurban kəsmək, nəzir vermək, yardım diləmək, sığınıb qorunmaq, imdad diləmək və s. bu kimi ibadətin bütün növlərini yalnız heç bir şəriki olmayan tək Allaha etməkdir.

Uca Allah buyurur:

"Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Ondan qorxasınız."

(Bəqərə 2 surəsi, ayə 21).

Məhz Rəbb ibadət olunmağa layiqdir. Ondan başqası isə yaradılmış və idarə olunan bir məxluqdur, ibadətə layiq deyildir.

Uca Allah, müşriklərin Allahdan başqa ilahlar qəbul etmələrini bir çox əqli dəlil ilə batil etmişdir. Onlardan bəziləri aşağıdakılardır:

Onların özlərinə məbud olaraq qəbul etdikləri şeylərin heç birində ilahi xüsusiyyətləri yoxdur. Onlar yaradılmışdırlar. Yarada bilməz, onlara ibadət edənlərə bir mənfəət verə bilməz, onlardan bir zərəri uzaqlaşdıra bilməzlər. İnsanların nə həyatları, nə də ölümləri onların əlində deyil, səmalarda və yerdə olan heç nəyə sahib deyillər.

Bunlardan biri də Uca Allahın bu ayəsidir:

"(Kafirlər) Allahı qoyub heç bir şey yarada bilməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud qəbul etdilər."

[Furqan 25 surəsi, ayə 3].

De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Onların (göylərin və yerin yaradılışında) heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımçı olanı da yoxdur.

(Səba 34 surəsi, ayə 22).

"Yoxsa onlar heç bir şey yaratmağa qadir olmayan, özləri yaradılmış olan bütləri Allaha şərik qoşurlar?"

(Əraf 7 surəsi, ayə 54).

Yəni: Məgər bu müşriklər ibadətdə Allaha Onun yaratdıqlarını şəriklərmi qoşurlar, halbuki onlar heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri məxluqdurlar?

Əgər o məbudların halı belədirsə, onları tanrı kimi qəbul etmək ən böyük axmaqlıq və batil əməllər arasında ən böyük batildir.

  • Uca Allahın ad və sifətlərində tövhidinin vacib olmasının dəlilinə gəldikdə isə, bu, Xaliqin məxluqdan fərqli olduğunu bilməyimizdir.

"Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir."

[Şura 42 surəsi, ayə 11].

"Onun heç bir bənzəri yoxdur." -

Yəni: Məxluqatından heç bir şey nə zatında, nə isimlərində, nə sifətlərində, nə də fellərində Ona bənzəməz. Çünki Onun isimlərinin hamısı ən gözəldir, sifətləri isə kamil və əzəmətli sifətlərdir. Uca Allah Öz felləri ilə əzəmətli məxluqatı heç bir şəriki olmadan yaratmışdır. Buna görə də Onun heç bir tayı və bənzəri yoxdur, çünki O, hər cəhətdən kamillikdə tək və yeganədir.

Şəriətin dəlalət etdiyi ad və sifətlərin təsdiqinə dair əqli dəlillərdən biri də belə deyilməsidir:

  1. Bu əzəmətli məxluqatların müxtəlif və növbənöv olması, öz vəzifələrini nizam-intizamla yerinə yetirməsi və onlar üçün cızılmış yolla hərəkət etməsi Uca Allahın əzəmətinə və qüdrətinə, elminə və hikmətinə, iradəsinə və istəyinə dəlalət edir.
  2. Nemət vermək, yaxşılıq etmək, zərəri və sıxıntıları aradan qaldırmaq, bu şeylər mərhəmətə, comərdliyə və səxavətə dəlalət edir.
  3. Günahkarlara əzab verilməsi və onlardan intiqam alınması, Allahın onlara olan qəzəbini və nifrətini göstərir.
  4. İtaət edənlərə ikram edilməsi və onların mükafatlandırılması, Allahın onlardan razı qaldığını və onları sevdiyini göstərir.

"Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir."

(Rum 30 surəsi, ayə 27). Yəni: Vəsf olunduğu hər bir şeydə ən uca sifətlər Uca Allaha məxsusdur, Onun heç bir bənzəri yoxdur. Ən uca sifətlərdə iki varlığın şərik olması qeyri-mümkündür. Çünki əgər onlar bərabər olsalar, onlardan biri digərindən daha uca olmaz. Əgər bərabər olmasalar, o zaman ən uca sifətlərlə vəsf olunan yalnız onlardan biridir. Beləliklə, ən uca sifətlər Özünə məxsus olanın, tayı və bənzərinin olması qeyri-mümkündür.

المصدر

قسم الإيمان

ملاحظات

--