Allah kimdir?
- محاور التعريف بالإسلام
- التعريف بالله تعالىصفات الله تعالى
- مصدر الإجابة
- قسم الإيمان
- الباب / الفصل
- (قسم الإيمان)
السؤال
Allah kimdir?
الجواب
İslamda Allah aləmlərin və bütün məxluqatın Rəbbidir, onları Öz nemətləri ilə tərbiyə edir. Uca Allah buyurur:
"Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur" –
(Fatihə 1 surəsi, ayə 2).
O, məxluqatın tək Xaliqi (Yaradıcısı), Maliki (Sahibi), Ruzi verəni və təkbaşına bütün işləri idarə edəndir; Onun heç bir şəriki də yoxdur. Allah-Taala belə buyurmuşdur:
"O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!"
(Məryəm 19 surəsi, ayə 65).
O, tək ibadət olunan İlahdır (məbud), Ondan başqa ibadət olunmağa haqqı olan məbud yoxdur; çünki O, uluhiyyət və kamal sifətlərinə sahibdir. Yaratmaq, əmr, hökm və şəriət (qanunvericilik) yalnız Ona məxsusdur və Onun şəriki yoxdur.
Uca Allah buyurur:
"...Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur..."
(Rum 39 surəsi, ayə 27).
O ən əzəmətli, ən böyük və hər bir işində kamil olan Uca Allahdır. Bütün həmd-sənalar, bütün kamillik, ən gözəl ad və sifətlər yalnız Ona məxsusdur. Uca Allah buyurur:
"Allahın ən gözəl adlarları vardır. Ona bu adlarla dua edin..."
(Əraf 7 surəsi, ayə 54).
O, eşitməsində kamil olan əs-Səmi, görməsində kamil olan əl-Bəsir, elmində kamil olan əl-Alim, hər bir şeyə qadir olan əl-Qadirdir. Heç bir şey Onu aciz qoya bilməz, O, Pak və Ucadır. Rəhməti hər bir məxluqatı və canlını əhatə edən, möminlərə qarşı rəhmli olan ər-Rahmən və ər-Rəhimdir. O, heç vaxt ölməyən əl-Həyydir. O, Özündən əvvəl heç bir şey olmayan əl-Əvvəl və Özündən sonra heç bir şey olmayan əl-Axırdır. Uca Allah buyurur:
"O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir".
(Hədid 57 surəsi, ayə 3)
O, Öz yaratdıqlarını qüsursuz, mükəmməl və ən gözəl şəkildə xəlq edən Hikmət sahibidir. Yaratmaqda və əmrində hikmət Onundur.
Onun nə tayı-bənzəri, nə zövcəsi, nə övladı, nə də valideyni vardır. Heç bir şey pak və müqəddəs Allaha bənzəməz. Uca Allah belə buyurur:
"(Ey Peyğəmbər!) De: “O Allah Təkdir!
Allah Möhtac deyildir.
O, nə doğub, nə də doğulub,
Onun heç bir bənzəri də yoxdur”.
(İxlas 112 surəsi, ayələr 1-4), Uca Allah buyurur:
"Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir."
[Şura 42 surəsi, ayə 11].
O, səmada (mütləq ucalıqda), bütün məxluqatın fövqündə, ərşin üzərindədir. Bu haqda Uca Allah belə buyurur:
"Rəhman Ərşin üzərində ucaldı."
(Ta ha 20 surəsi, ayə 5).
Həmçinin O demişdir:
"O, Öz qulları üzərində mütləq hakimiyyət sahibidir (onların üzərindədir). O, Hikmətlidir, (hər şeydən) Xəbərdardır."
(Ənam 6 surəsi, ayə 18).
المصدر
ملاحظات
--