Skip to content

Həyat [necə başladı] və ya yaradılış necə başladı?

محاور التعريف بالإسلام
الشبهات والاعتراضات
مصدر الإجابة
قسم الخلق
الباب / الفصل
(قسم الخلق)

السؤال

Həyat [necə başladı] və ya yaradılış necə başladı?

الجواب

Həqiqətən, Uca Allah var idi və Ondan öncə heç bir şey yox idi. Sonra bütün kainat yox ikən Öz məxluqatını yaratdı. Pak, Müqəddəs və Uca Allah onu daha öncə belə bir yaradılış olmadan, misilsiz bir şəkildə yaratmışdır. Uca Allah buyurur:

"Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Şübhəsiz ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah (ən əzəmətli), xeyiri və bərəkəti bol olandır".

(Əraf 7 surəsi, ayə 54).

Buxari öz "Səhih" əsərində İmran bin Husayndan Peyğəmbərin, sallallahu aleyhi və səlləm, belə dediyini rəvayət etmişdir:

"Allah var idi və Ondan öncə heç bir şey yox idi, Ərşi suyun üzərində idi, sonra göyləri və yeri yaratdı və Zikrdə hər şeyi yazdı".

Allah bəşəriyyətin atası olan Adəmi yaratmışdır. Belə ki, "Səhih Müslim"də Əbu Hüreyrədən rəvayət edilən hədisdə Peyğəmbər, sallallahu aleyhi və səlləm, belə buyurur:

«Günəşin üzərinə doğduğu ən xeyirli gün cümə günüdür, Adəm həmin gün yaradılıb, həmin gün Cənnətə daxil edilib. Həmin gün oradan çıxarılıb».

Uca Allah insanın yaradılışını bəyan edərək buyurur:

"Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq.

Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik.

Sonra nütfədən laxtalanmış qan yaratdıq; sonra o laxtalanmış qandan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sümüklər yaratdıq; sonra da sümükləri ət ilə örtdük; sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!".

(Muminun 23 surəsi, ayələr 12-14).

Pak və nöqsansız olan Allah buyurur:

"Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib (yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah üzərinizdə nəzarətçidir".

(Nisa 4 surəsi, ayə 1).

Allah bu ayələrdə insanın yaradılışının başlanğıcından çatacağı son hala qədər keçdiyi mərhələləri və haldan-hala keçməsini zikr etmişdir. Belə ki, O, bəşər növünün atası olan Adəmin - aleyhissəlam - xəlq edilməsinin başlanğıcını və onun...

"palçıq cövhərindən" - [yaradılmasını],

Yəni: Bütün yer üzündən çıxarılmış və götürülmüşdür. Buna görə də onun övladları yerin təbiətinə uyğun olaraq dünyaya gəldilər. Onlardan təmiz və xəbis olanlar, eləcə də bu ikisinin arasında olanlar, həmçinin yumşaq və sərt olanlar, eləcə də bu ikisinin arasında olanlar vardır.

Allah göyləri, yeri və onların arasında olanları yaratdığını qeyd etmişdir:

"O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaratmış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada müxtəlif növ gözəl bitkilər bitirdik".

[Loğman 31 surəsi, ayə 10].

Allahın salatı və salamı Peyğəmbərimiz Muhəmmədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun!

المصدر

قسم الخلق

ملاحظات

--