Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 5

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün aramızda ikən ayağa qalxıb bizə, qəlblərimizi titrədən, gözlərimizi yaşardan bəlağətli bir xütbə söylədi. Ona dedilər ki: Ey Allahın Rəsulu, bizə sanki vida xütbəsi verdin, ona görə bizə vəsiyyət et. O dedi: “Sizə Allahdan qorxmağı tövsiyyə edirəm, (rəhbəriniz) həbəşi bir kölə olsa belə, ona tabe olub, itaət edin. Məndən sonra şiddətli ixtilaflar görəcəksiniz, mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun və ondan azı dişlərinizlə yapışın. Dinə artırılmış yeniliklərdən çəkinin, çünki hər bir yenilik zəlalətdir”.
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
“Sizə Allahdan qorxmağı, əmiriniz bir kölə olsa belə, ona tabe olub, itaət etməyi tövsiyyə edirəm. Məndən sonra sizdən kim yaşasa çoxlu ixtilaflar görəcəkdir. Belə olduğu təqdirdə siz mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun. Bundan azı dişlərinizlə yapışın. Dinə əlavə edilmiş yeniliklərdən çəkinin, çünki hər bir yenilik zəlalətdir”.
Səhih Əbu Davud, Ət-Tirmizi rəvayət etdilər.
Peyğəmbərin - salləllahu aleyhi va səlləm - vəfat etməzdən beş gün öncə belə dediyini eşitdim: "Mən aranızda sizlərdən birinin dostumun (xəlil) olmasından Allaha sığınıram. Çünki Uca Allah İbrahimi Özünə dost etdiyi kimi məni də Özünə dost etmişdir. Əgər ümmətimdən birini özünə dost tutsaydım, əlbəttə ki, Əbu Bəkiri özümə dost tutardım. Agah olun ki, sizdən öncəkilər peyğəmbərlərinin və aralarındakı saleh kimsələrin qəbirlərini məscidlərə çevirdilər. Diqqət edin! Qəbirləri əsla məscidlərə çevirməyin. Mən sizi bundan çəkindirirəm".
Səhih Muslim rəvayət etdi.
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) Ənsar haqqında belə dediyini rəvayət edilir: "Onları yalnız mömin sevər və münafiqdən başqa heç kim onlara nifrət etməz. Kim onları sevsə, Allah da onu sevər. Kim onlara nifrət edərsə, Allah da ona nifrət edər”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Sabit bin Qeysi bir neçə gün görmədi. Bir kişi: “Ey Allahın Rəsulu! Mən onun xəbərini öyrənib sənə gətirərəm” dedi. Kişi Sabitin evinə gedib baxdığında onu başını aşağı salıb, oturmuş bir halda olduğunu görüncə: “Sənə nə olub?” diyə soruşdu. O da: “Yaxşı deyiləm" dedi. Çünki mən səsimi Peyğəmbərin səsindən yuxarı qaldırırdım. Mənim əməlim batil oldu, Cəhənnəm əhlindən oldum” dedi. Kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib, Sabitin dediklərini bir-bir xəbər verərək durumu Ona anlatdı. Kişi ikinci dəfə Sabitin yanına böyük bir müjdə ilə qayıtdı. Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) «Get onun yanına, ona de ki: “Sən Cəhənnəm əhlindən deyilsən, sən Cənnət əhlindənsən» deyə buyurdu.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)