Skip to content

"Həqiqətən, Allah hər bir şeydə və əməldə gözəl davranmağı əmr edib

Şəddad bin Əvs (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) iki şey əzbərlədim: O buyurdu:

"Həqiqətən, Allah hər bir şeydə və əməldə gözəl davranmağı əmr edib, əgər (haqlı olaraq kimisə) öldürəcəksinizsə onu gözəl qaydada öldürün, heyvan kəsəcəksinizsə, onu gözəl üslubla kəsin. Sizdən biriniz bıçağını itiləsin, heyvanı kəsdikdə ona əziyyət verməsin".

«إِنَّ اللهَ كَتَبَ الْإِحْسَانَ عَلَى كُلِّ شَيْءٍ، فَإِذَا قَتَلْتُمْ فَأَحْسِنُوا الْقِتْلَةَ، وَإِذَا ذَبَحْتُمْ فَأَحْسِنُوا الذَّبْحَ، وَلْيُحِدَّ أَحَدُكُمْ شَفْرَتَهُ، فَلْيُرِحْ ذَبِيحَتَهُ».

Muslim rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) uca Allahın bütün işlərdə ihsanı bizə vacib buyurduğunu xəbər verir. İhsan- insanın ibadətdə, xeyir əməl etməkdə, məxluqata əziyyət verməməkdə daima Allahın nəzarəti altında olduğunu bilməsidir. Qətldə və heyvanın kəsilməsində də ihsan məhz bu qəbildəndir. Qisas hökmünün həyata keçirilməsində ihsan: məhkum üçün ən asan, ən yüngül və ən sürətli qətl vasitəsini seçməkdir. Heyvanı kəsərkən ihsan: kəsici aləti heyvandan aralı məsafədə itiləmək, həmçinin onu digər heyvanların gözü önündə kəsməməklə şəfqət göstərməkdir.

Kəlmələrin mənası

الشفرة: السكين العريضة.

Hədisin faydalarından

İzzət və Cəlal sahibi Allahın qullarına lütfü və rəhməti.

Qətl və heyvan kəsimində ihsan, şəriətə uyğun olmasıdır.

Şəriətin kamiliyyi və bütün xeyirləri əhatə etməsi. Heyvana rəhmət və şəfqət də buna misaldır.

Bir insanın öldürüldükdən sonra orqanlarını kəsməyin (eybəcərləşdirməyin) qadağan edilməsi.

Heyvana əziyyət verən hər bir şeyin haramlığı.

Mənbələr

Sahihu Muslim (3/ 1548) (1955).

Əlavə (8)

التحفة الربانية في شرح الأربعين حديثا النووية (ص38).

شرح الأربعين النووية.

لابن عثيمين (ص185).

فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.

للعباد (ص65).

فتح الباري.

لابن حجر (9/ 644).

شرح النووي على مسلم (13/ 107).