Skip to content

"Məndən sonra kişilər üçün ən təhlükəli fitnə (yoldan çıxaran) qadınlar olacaq".

Usamə bin Zeyddən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

"Məndən sonra kişilər üçün ən təhlükəli fitnə (yoldan çıxaran) qadınlar olacaq".

«مَا تَرَكْتُ بَعْدِي فِتْنَةً أَضَرَّ عَلَى الرِّجَالِ مِنَ النِّسَاءِ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, özündən sonra kişilər üçün qadınlardan daha zərərli sınaq və imtahan yoxdur. Məsələn qadın kişinin öz ailəsindəndirsə, o qadına şəriətə zidd olan məsələlərdə tabe olur, və yaxud qadın yad biridirsə, kişinin o qadınla bir məkanda olması və tək qalması fitnə-fəsada gətirib çıxara bilir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Müsəlman, qadınların fitnəsindən ehtiyat etməlidir, fitnəyə aparan hər bir vasitənin qarşısını almalıdır.

Mömin Allaha sarılmalı və fitnələrdən qorunmaq üçün Ona sığınmalıdır.

Mənbələr

Sahihul-Buxari (7/ 8) (5096).

Sahihu Muslim (4/ 2097) (2740).

Əlavə (3)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (373).

فتح الباري لابن حجر (9/ 138).