عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
473 Hədislər
Peyğəmbər Hədisləri Ensiklopediyası
Kateqoriyalar
Hədisin dərəcəsi
Rəvayət olunduğu mənbə
Ravi
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu:
"Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan mütəşabih ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər".[Əli İmran: 7]. (Aişə) dedi: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Əgər mütəşabihlərdən yapışanları görsən, bil ki, onları Allah bu cür adlandırdı və onlardan uzaq durun.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Adəm övladı qarnından daha şərli bir qab doldurmamışdır. İnsana, belini dik tutacaq bir neçə loxma kifayət edər. Əgər bu kifayət etməzsə, o zaman qarnının üçdə birini yeməyinə, üçdə birini içkisinə, üçdə birini isə nəfəsinə ayırmalıdır".
Səhih İmam Əhməd, Tirmizi, Nəsai və İbn Maca rəvayət etmişdir.
"Alimlərin qarşısında lovğalanmaq, səfehlərlə mübahisə etmək, məclislərdə seçilmək üçün elm öyrənməyin. Kim belə edərsə, o oddadır, oddadır".
Səhih İbnu Məcə rəvayət etdi.
"Məndən sonra kişilər üçün ən təhlükəli fitnə (yoldan çıxaran) qadınlar olacaq".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Sizin heç biriniz nəfsi istəkləri mənim gətirdiyimə tabe olmadıqca, iman etmiş olmaz”.
Nəvavi: “Hədis səhihdir” – demişdir. Biz bu hədisi «Huccə» kitabında səhih isnadla rəvayət etmişik.
Allah doğru yola misal çəkir. Yolun iki tərəfində iki divar, divarlarda açılmış qapılar, qapıların üzərinə isə endirilmiş qeyri şəffaf pərdələr vardır. Yolun qapısında bir bələdçi çağırış edir: Ey insanlar, hamınız doğru yola yönəlin, ondan dönməyin. Kimsə bu qapılardan birini açmaq istədikdə, yolun yuxarısından başqa bir bələdçı səslənir: Vay olsun sənə, qəti o qapını açma, çünki açsan ora girəcəksən.
Yol-İslamdır, divarlar isə -Allahın qoyduğu hüdudlardır, açılmış qapılar- haramlardır. Yolun başında duran bələdçi- Allahın kitabıdır. Yolun yuxarısındakı bələdçi isə hər bir müsəlmanın qəlbindəki nəsihətçidir.
Səhih Ət-Tirmizi və Əhməd rəvayət ediblər.