"Cəhənnəm şəhvətlərlə (nəfsə xoş gələn şeylərlə), Cənnət isə nəfsin istəmədiyi şeylərlə əhatə edilmişdir".
Əbu Hureyradən - Allah ondan razı olsun - rəvayət edildiyinə görə, Allah Rəsulu - salləllahu aleyhi va səlləm - belə buyurmuşdur:
"Cəhənnəm şəhvətlərlə (nəfsə xoş gələn şeylərlə), Cənnət isə nəfsin istəmədiyi şeylərlə əhatə edilmişdir".
«حُجِبَتِ النَّارُ بِالشَّهَوَاتِ، وَحُجِبَتِ الْجَنَّةُ بِالْمَكَارِهِ».
Peyğəmbər - salləllahu aleyhi va səlləm - Cəhənnəmin haramları etmək və fərzlərə laqeyd və səhlənkar yanaşmaq kimi nəfsin arzuladığı şeylər ilə əhatə edildiyini xəbər vermişdir. Kim nəfsinin istəklərinə uyarsa, Cəhənnəmə layiq olar. Cənnət isə əmr edilənləri yerinə yetirməyə səbr etmək, haramları tərk edib bunda qərarlı olmaq kimi nəfsin xoş görmədiyi şeylər ilə əhatə edilmişdir. Kim bu çətin yolları aşar və bu işdə nəfsi ilə mücadələ edərsə,Cənnətə daxil olmağa layiq olar.
حُجبت: حُفت وأُحيطت.
İnsanı şəhvətinin arxasınca sürükləyən səbəblərdən biri də şeytanın insana şər və çirkin şeyləri gözəl göstərməsidir. Beləcə, nəfs onu gözəl görür və ona meyil edir.
Hədisdə nəfsə xoş gələn haramlardan uzaq durmaq əmr edilmişdir. Çünki bu, Cəhənnəmə aparan yoldur. Həmçinin nəfsə xoş gəlməyən şeylərə də səbr etmək əmr edilmişdir. Çünki bu da Cənnətə aparan yoldur.
Hədisdə nəfslə mücadilə etməyin, ibadətlərə həris olmağın, nəfsin xoşlamadığı şeylərə və itaətləri əhatə edən çətinliklərə səbr etməyin fəziləti bəyan edilmişdir.
Sahihul-Buxari (8/ 102) (6487).
Sahihu Muslim (4/ 2174) (2822).
Sünən Əbi Davud (7/ 122) (4744).
Sünən Ət-Tirmizi (4/ 274) (2560).
Sünən Ən-Nəsai (7/ 3) (3763).
Əlavə (10)
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (2/ 449).
شرح رياض الصالحين.
لابن عثيمين (2/ 87).
المنهاج شرح صحيح مسلم بن الحجاج.
للنووي (17/ 165).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 183).
نزهة المتقين شرح رياض الصالحين.
لمصطفى الخِن وغيره (1/ 134).