Skip to content

"Rəbbin qula ən yaxın olan vaxtı gecənin sonudur

Əbu Umamədən rəvayət edilir ki, o, belə dedi: Amr ibn Əbəsə (Allah ondan razı olsun) mənə dedi ki, o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdi:

"Rəbbin qula ən yaxın olan vaxtı gecənin sonudur, əgər sən o vaxt Allahı zikr edənlərdən ola bilirsənsə, ol".

«أَقْرَبُ مَا يَكُونُ الرَّبُّ مِنَ العَبْدِ فِي جَوْفِ اللَّيْلِ الآخِرِ، فَإِنْ اسْتَطَعْتَ أَنْ تَكُونَ مِمَّنْ يَذْكُرُ اللَّهَ فِي تِلْكَ السَّاعَةِ فَكُنْ».

Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xəbər verir ki, Rəbbin qula ən yaxın olduğu vaxtı gecənin son üçdə biridir. Ey mömin, əgər sən həmin vaxta müvəffəq olmusansa və bu vaxt ibadət edən, namaz qılan, zikr edən və tövbə edənlərdən olmağı bacarırsansa, (bil ki) həqiqətən də bu faydalanmağın və çalışmağın lazım olduğu bir fürsətdir.

Hədisin faydalarından

Müsəlmanı gecənin sonunda zikr etməyə həvəsləndirmək.

Zikr, dua və namaz üçün vaxtların bəzilərinin digərindən daha üstün olması.

Mayrak (Allah ona rəhmət etsin) demişdir: "Rəbbin qula ən yaxın olan vaxtı" sözü ilə "Qulun Rəbbinə ən yaxın olan halı səcdə halıdır" sözləri arasında fərq budur: Birincidən məqsəd Rəbbin qula ən yaxın olan vaxtın bəyanıdır ki, bu gecənin son vaxtıdır, ikincidən məqsəd isə qulun Allaha ən yaxın olan halının bəyanıdır ki, o da səcdə halıdır".

Mənbələr

Sünən Ət-Tirmizi (5/ 537) (3579).

Sünən Əbi Davud (2/ 454) (1277).

Sünən Ən-Nəsai (1/ 279) (572).

Əlavə (8)

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (2/ 1019).

شرح رياض الصالحين.

لابن عثيمين (5/ 509).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (17/ 535).

مشكاة المصابيح.

للتبريزي (1/ 387).