Qiyamət günü nədir?
- محاور التعريف بالإسلام
- اليوم الآخر والمصيرالحساب
- مصدر الإجابة
- قسم البعث | كتاب: الإسلام دين رب العالمين، ص 17-18.
- الباب / الفصل
- (قسم البعث)
السؤال
Qiyamət günü nədir?
الجواب
Həmd Allaha məxsusdur. Qiyamət günü Qurani-Kərimdə çoxlu adları olan böyük gündür. Bu da yalnız həmin gün baş verəcək dəhşətlərin və hadisələrin çoxluğuna görədir. Belə ki, o, Qiyamət günü və Təğabun (Qarşılıqlı aldanma) günüdür, eləcə də Saxxa (Qulaqbatırıcı bir səs), Qariə (Qorxuya salan), Bəas (Dirilmə günü), Həşr (Toplanma), Nüşur (Qayıdış), Tənəd (Fəryad günü), Zəlzələ, Tammə (Fəlakət) və bundan başqa çoxlu adları vardır.
Bu günün vaxtını Allahdan başqa heç kəs bilmir, onu nə göndərilmiş bir peyğəmbər, nə də yaxın bir mələk bilir. Uca Allah buyurur:
"Qiyamət saatı mütləq gələcəkdir! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala (Özümdən belə) gizlədirəm."
(Ta ha 20 surəsi, ayə 50).
Uca Allah buyurur:
Səndən Qiyamət saatının nə zaman qopacağı barəsində soruşurlar. De: “Bu haqda bilgi yalnız Rəbbimə aiddir. (Qiyamətin) qopacağı vaxtı yalnız O, aşkara çıxara bilər. (Bu bilgi) göylərə və yerə ağır gəlimişdir. O sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi yalnız Allaha aiddir. Lakin insanların əksəriyyəti (bunu) bilməz”.
(Əraf 7 surəsi, ayə 54).
Qiyamətdən əvvəl onun əlamətləri olacaqdır. Bunlar Qiyamətin nişanələridir. Qiyamətin əlamətləri çoxdur, onlardan bəziləri baş verib keçmişdir, bəziləri isə Qiyamətə yaxın baş verəcək on böyük əlamətdir. Bunlar Huzeyfə bin Əsid əl-Ğifaridən rəvayət edilən bu hədisdə qeyd edilmişdir. O, belə demişdir:
"Biz aramızda söhbət edərkən Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) yanımıza gəldi və soruşdu: "Nə barədə danışırsınız?" Onlar dedilər: "Qiyamət haqqında danışırıq". O buyurdu: "Qiyamətdən əvvəl on əlaməti görməyincə Qiyamət qopmaz" - sonra o, qeyd etdi: - "Tüstü, Dəccal, Dabbə, günəşin məğribdən çıxması, Məryəm oğlu İsanın (əleyhissəlam) enməsi, Yəcuc və Məcuc, üç yerin batması: məşriqdə yerin batması, məğribdə yerin batması və Ərəbistan yarımadasında yerin batması. Bunların sonuncusu isə Yəməndən çıxaraq insanları məhşərə qovan bir oddur".
Səhih Müslim: (170).
Bu gündə insanlar yalınayaq, çılpaq və sünnətsiz olaraq dirildiləcəklər. Haqq-hesaba çəkilmək üçün onların ayaq üstə gözləmələri uzun çəkəcək. Günəş onlara yaxınlaşacaq və onlardan şiddətli tər axacaq. Allah bu gündə əvvəlkiləri və sonrakıları cəm edəcək. İnsanlar düşdükləri bu haldan qurtulub rahatlıq tapmaq üçün peyğəmbərlərdən (onlara salam olsun) şəfaət istəyəcəklər. Allah məxluqat üçün Peyğəmbərimiz Muhəmmədi, sallallahu əleyhi va səlləm, şəfaətçi edəcək, o da qəti hökmün verilməsi üçün Rəbbinin hüzurunda şəfaət edəcək. O gündə dəhşətlər, qorxu və bir çox səhnələr olacaq ki, onların təfərrüatı Kitab və səhih Sünnədə bəyan edilmişdir.
Həmin gün hər ümmət öz peyğəmbəri ilə gələcək və o, onlara şahidlik edəcəkdir. Peyğəmbərimiz Məhəmmədin (sallallahu aleyhi və səlləm) ümməti isə hər bir peyğəmbərin risaləti çatdırdığına və əmanəti yerinə yetirdiyinə şahidlik edəcəkdir. Həmin gün bəndələrin əməl dəftərləri açılacaqdır. Uca Allah buyurur:
"Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə zülm etməz!"
(Kəhf 18 surəsi, ayə 49).
Qulların əməllərini çəkmək üçün tərəzilər qurulacaqdır. Uca Allah buyurur:
"Biz Qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə zülm edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz hesab çəkməyə bəs edərik."
[Ənbiyə 21 surəsi, ayə 23].
Şahidlər hazır ediləcək və Cabbar hökm vermək üçün lütf edəcəkdir. Uca Allah buyurur:
"Yer Rəbbinin nuru ilə işıqlanacaq, (əməllər yazılmış) kitab (hər kəsin qarşısına) qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara zülm olunmayacaq."
[Zümər 39 surəsi, ayə 42].
"Rəbbin və mələklər səf-səf düzülərək gələcək".
[Fəcr 89 surəsi, ayələr 27-30].
O, məxluqatın dünya həyatında etdikləri əməllərə görə cəza və hesab günüdür. Tərəziləri ağır gələnlər uğur qazanıb xilas olanlardandır, tərəziləri yüngül gələnlər – məhz onlar ziyana uğrayanlardır. Uca Allah buyurur:
"Onlara (etdikləri əməllərini) Öz elmimizlə mütləq bildirəcəyik. Biz qaib deyildik.
O gün çəki (əməllərin tərəzidə çəkilməsi) bir həqiqətdir. Tərəziləri ağır gələnlər – məhz onlar nicat tapanlardır.
Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır.
Haqq-hesaba çəkilmədən sonra, möminlər Cənnətə aparılacaqlar. Ora heç əsla sonu olmayan əbədi nemətlər yurdudur. Uca Allah buyurur:
"Özlərinin, əməlisaleh atalarının, zövcələrinin və övladlarının daxil olacaqları Ədn cənnətləri hazırlanmışdır. Mələklər (Cənnətdəki) hər bir qapıdan onların yanına daxil olub (deyəcəklər)...".
(Rad 13 surəsi, ayə 23).
Kafir günahkarlar Cəhənnəmə qovulub aparılacaqlar. Ora sonu olmayan əbədi əzab və cəza yurdudur. Uca Allah buyurur:
"Kafirlər üçün isə Cəhənnəm odu vardır. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq."
[Fatir 35 surəsi, ayə 36].
Kafirlər cəzalarını, möminlər isə mükafatlarını aldıqdan sonra mələklər tam ədalətinə və böyük hikmətinə görə Rəbbinə həmd edirlər. Uca Allah belə buyurur:
Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur!”– deyiləcəkdir.
Peyğəmbərimiz Muhammədə Allahın salavatı və salamı olsun.
المصدر
ملاحظات
--