Namazın qılınma qaydası necədir?
- محاور التعريف بالإسلام
- محاسن الإسلاممحاسن العبادة
- مصدر الإجابة
- قسم أركان الإسلام
- الباب / الفصل
- (قسم أركان الإسلام)
السؤال
Namazın qılınma qaydası necədir?
الجواب
Namazın qılınma qaydası aşağıdakı kimidir:
- Sağa, sola və ya arxaya çevrilmədən, bütün bədəni ilə qibləyə tərəf yönəlmək.
- Sonra qılmaq istədiyi namaz üçün dil ilə deyil, qəlbi ilə niyyət etməlidir.
- Sonra Təkbiratu-l-ehram edərək: (الله أكبر) "Allahu Əkbər" deyib, əllərini çiyinləri bərabərində qaldırmalıdır.
- Sonra sağ əlini sol əlinin üstünə qoyaraq, sinəsinin üzərində tutmalıdır.
- Sonra İstiftəh duasını oxuyaraq deyir:
«اللَّهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ، اللَّهُمَّ نَقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ، اللَّهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ» [Allahummə bəid beyni və beynə xatayəyə kəmə bəadtə beynəl-məşriqi val-məğrib. Allahummə nəqqini min xatayəyə kəmə yunəqqas-sovbul-əbyədu minəd-dənəs. Allahumməğsilni min xatayəyə bil-məi vas-səlci val-bərad] - «Allahım! Şərqlə qərbin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım! Ağ paltar çirkdən təmizləndiyi kimi məni də günahlarımdan təmizlə! Allahım! Mənim günahlarımı su, qar və dolu ilə yu!»
Yaxud belə deyir:
"«سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، وَتَبَارَكَ اسْمُكَ، وَتَعَالَىٰ جَدُّكَ، وَلَا إِلَهَ غَيْرُكَ» - [Subhənəkə Allahummə va bihəmdikə, va təbarəkəsmukə, va təalə cəddukə, va lə iləhə ğayrukə] "Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin isə ucadır. Səndən başqa haqq məbud yoxdur!".
- Sonra Şeytanın şərindən Allaha sığınaraq belə deyir:
«أَعُوذُ بِاللهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ» [Əuzu billəhi minəş-şeytanir-racim] "Lənətlənmiş şeytandan Allaha sığınıram!".
- Sonra «بسم الله الرحمن الرحيم» [Bismilləhi-r-rahmənir-rahim] "Mərhəmətli və Rəhmli Allahın adı ilə" deyərək əl-Fatihə surəsini oxuyur:
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
"Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur" –
Mərhəmətli və Rəhmli olana,
"Din gününün Sahibinə!"
"Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
Bizi doğru yola yönəlt!
Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!"
(Fatihə 1 surəsi, ayələr 5-7).
Fatihə surəsini oxuyub qurtardıqdan sonra «آمين» [Amin]. Yəni: Allahım cavab ver!- deyir.
- Sonra Qurandan müyəssər olanı oxuyur. Fəcr namazının qiraətini isə uzun edir.
- Sonra rüku edir. Yəni: Uca Allaha təzim əlaməti olaraq belini Allah üçün əyir. Rüku edərkən təkbir edib: (الله أكبر) "Allahu Əkbər" deyib, əllərini çiyinləri bərabərində qaldırmalıdır. Bu vəziyyətdə olarkən, iki əlin barmaqlarını aralayıb dizləri üzərinə qoymaq, rüku halında başı və beli bir səviyyədə düz tutmaq sünnədir.
- Rükuda belə deyir:
«سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ» [Subhənə rabbiyəl-azim] "Böyük Rəbbim pak və müqəddəsdir!"
Üç dəfə. Əgər buna əlavə olaraq:
"«سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، اللَّهُمَّ اغْفِرْ لِي» [Subhənəkə Allahummə və bihəmdikə, Allahummə-ğ-firli] - "Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Allahım, məni bağışla!"
deyərsə, bu yaxşı olar.
- Sonra başını rükudan qaldıraraq deyir:
«سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ» [Səmi Allahu limən həmidəhu] "Allah Ona həmd edəni eşitdi!".
Bu zaman əllərini çiyinlərinin bərabərində qaldırır. Məmun isə demir:
Məmun bunun əvəzinə isə belə deyir:
«رَبَّنَا وَلَكَ الْحَمْدُ» [Rabbənə va ləkə-l-həmd] "Ey Rəbbimiz! Sənə həmd olsun!".
- Rükudan qalxıb belini düz tutduqdan sonra deyir:
«Ey Rəbbimiz! Sənə həmd olsun! Göylər və yer dolusu və bundan sonra dilədiyin şeylər dolusu».
- Sonra birinci səcdəni edir və səcdə etdikdə belə deyir:
«Allah ən böyükdür»
Yeddi əza üzərinə səcdə edir. Bu əzalar aşağıdakılardır: Alın, burun, iki əl, iki diz, ayaq barmaqlarının ucları. Səcdə edərkən qollarını yanından ayırmalı, dirsəklərini yerə sərməməli və barmaqlarının ön hissələrini qibləyə tərəf yönəltməlidir.
- Səcdəsində belə deyir:
"Ən Uca Rəbbim pak və müqəddəsdir".
«سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ، اللَّهُمَّ اغْفِرْ لِي» [Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Allahummə-ğ-firli] "Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sənə həmd olsun. Allahım, məni bağışla!".
- Sonra başını səcdədən qaldıraraq deyir:
- Sonra iki səcdə arasında sol ayağı üzərində oturur, sağ ayağını düz tutur, iki əlini budlarının və dizlərinin üstünə qoyur.
- Və iki səcdə arasında oturaraq belə deyir:
«رَبِّ اغْفِرْ لِي، وَارْحَمْنِي، وَاهْدِنِي، وَارْزُقْنِي، وَاجْبُرْنِي، وَعَافِنِي» [Rəbbiğ-fir li, var-həmni, vahdini, var-zuqni, vac-burni, va afini] "Rəbbim, məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə ruzi yetir, mənə lütf et və mənə salamatlıq ver!".
- Sonra birinci səcdəni etdiyi kimi ikinci səcdəni də edir, birinci səcdədə dediyi zikrləri və etdiyi hərəkətləri eyni ilə ikinci səcdədə də təkrar edir və səcdə etdikdə təkbir yəni: "Allahu Əkbər"- deyir.
- Sonra belə deyərək, ikinci səcdədən ayağa qalxır:
İkinci rükəti də birinci rükəti qıldığı kimi qılır. İstiftah (açılış) duası müstəsna olmaqla, birinci rükətdə dediyi zikrləri və etdiyi hərəkətləri eyni ilə ikinci rükətdə də təkrar edir.
- İkinci rükəti qurtardıqdan sonra oturaraq belə deyir:
Və iki səcdə arasında oturduğu kimi oturur.
- Bu oturuşda təşəhhüd duasını oxuyaraq belə deyir:
«التَّحِيَّاتُ لِلَّهِ، وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ، السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ، السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ، أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ. اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ. أَعُوذُ بِاللهِ مِنْ عَذَابِ جَهَنَّمَ، وَمِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ، وَمِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ»، [ət-Təhiyyətu lilləhi, vas-saləvatu, vat-tayyibətu, əs-sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs-sələmu aleynə va alə ibədil-ləhis-salihin. Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu. Allahummə salli alə Muhəmmədin va alə əəli Muhəmməd, kəmə salleytə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmidun məcid. Allahummə bərik alə Muhəmmədin va alə əəli Muhəmməd, kəmə bəraktə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmidun məcid. Əuzu billəhi min əzabi Cəhənnəmə va min əzabil-qabri va min fitnətil-məhyə val-məmati va min şərri fitnətil-məsihid-dəccal] "Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey peyğəmbər, sənə Allahın salamı, mərhəməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən! Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən, məsih dəccalın fitnəsinin şərindən Allaha pənah aparıram!".
Sonra Rəbbindən dilədiyi dünya və axirət xeyirlərini istəyərək dua edir.
- Sonra sağ tərəfə salam verərək deyir:
"əs-Sələmu aleykum va rahmətullah"
Eləcə də sol tərəfə.
- Əgər namaz üç və ya dörd rükətli namazdırsa, birinci təşəhhüdü sonuna qədər oxumalıdır, o da budur:
[Əşhədu ən lə iləhə illəllahu va əşhədu ənnə Muhəmmədən abduhu va Rasuluhu] «Mən şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur və şəhadət verirəm ki, Muhəmməd Onun qulu və elçisidir».
- Sonra qiyama qalxaraq deyir:
Bu zaman əllərini çiyinlərin hündürlüyü bərabərində qaldırır.
- Sonra namazının qalan hissəsini isə ikinci rükəti qıldığı kimi qılmalıdır. Lakin üçüncü və dördüncü rükətlərdə Fatihə surəsindən sonra heç bir surə oxumur.
- Sonra Təvərrük oturuşu oturaraq, sağ ayağını düz tutur, sol ayağını isə sağ baldırının altından kənara çıxararaq, sol ombası üstündə oturur, birinci təşəhhüddə oturduğu kimi iki əlini, iki budunun üstünə qoyur.
- Bu oturuşda isə təşəhhüd duasını axıra qədər oxuyur.
Eləcə də sol tərəfə, Peyğəmbərimiz Muhammədə Allahın salavatı və salamı olsun.
المصدر
ملاحظات
--