Skip to content

Müsəlman bir kişinin nəsrani qadınla evlənməsi mümkündürmü? Və müsəlman qadının nəsrani kişiyə ərə getməsinə icazə verilirmi?

محاور التعريف بالإسلام
الشبهات والاعتراضاتشبهات حول المرأة
مصدر الإجابة
قسم المسلمين
الباب / الفصل
(قسم المسلمين)

السؤال

Müsəlman bir kişinin nəsrani qadınla evlənməsi mümkündürmü? Və müsəlman qadının nəsrani kişiyə ərə getməsinə icazə verilirmi?

الجواب

Müsəlman bir kişinin, iffətli olarsa, nəsrani qadınla evlənməsi caizdir. Buna dəlil Uca Allahın belə buyurmasıdır:

"Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri (kəsdikləri heyvanlar) sizə halal, sizin yeməkləriniz (kəsdiyiniz heyvanlar) də onlara halaldır. Mömin qadınlardan ismətli olanlar və sizdən öncə Kitab verilənlərdən ismətli qadınlar, mehrlərini verdiyiniz təqdirdə, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə sizə halaldır."

(Maidə 5 surəsi, ayə 46).

Müsəlman bir qadının qeyri-müsəlman bir kişi ilə evlənməsi caiz deyildir. Çünki Uca Allah buyurur:

"Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin."

(Bəqərə 2 surəsi, ayə 21).

Uca Allah buyurur:

"...Əgər o qadınların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə) halaldır, nə də onlar (o kafirlər) bunlara (bu qadınlara) halaldırlar..."

(Mumtəhinə 60 surəsi, ayə 8).

Bunun hikməti ondadır ki, haqq din İslamdır. Müsəlman Uca Allahın nazil etdiyi bütün kitablara, o cümlədən İncilə, həmçinin Uca Allahın göndərdiyi bütün rəsullara, eləcə də İsa (əleyhissəlam)a iman gətirmişdir. Bəzi kitablara və bəzi rəsullara küfr edənlər isə belə deyildir və onlar əsla bərabər deyillər. Digər tərəfdən isə, kişinin qadın üzərində qəyyumluğu və rəhbərliyi vardır. Çünki qadın yaradılış etibarı ilə zəifdir və əksər hallarda bir çox işlərində ərinə tabe olur. Əgər kafir kişi müsəlman qadının əri olarsa, bu, həmin qadının da küfr etməsinə və haqqdan batilə keçməsinə səbəb olar.

المصدر

قسم المسلمين

ملاحظات

--