Skip to content

İslam dini qadına necə dəyər vermişdir?

محاور التعريف بالإسلام
الشبهات والاعتراضاتشبهات حول المرأة
مصدر الإجابة
قسم المسلمين
الباب / الفصل
(قسم المسلمين)

السؤال

İslam dini qadına necə dəyər vermişdir?

الجواب

  • İslam dini qadını digər etiqadlarda mövcud olan Adəmin günahının yükündən azad etməklə ona böyük dəyər vermiş, üstəlik, İslam onun məqamını ucaltmağa xüsusi önəm vermişdir.
  • İslam dinində Allah Adəmi bağışlamış və həyat boyu xəta etdiyimiz zaman Ona necə qayıdacağımızı bizə öyrətmişdir. Uca Allah buyurur:

Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Həqiqətən də, O, tövbələri qəbul edəndir, Rəhmlidir.

(Bəqərə 2 surəsi, ayə 21).

  • Məsihin - aleyhi-ssəlam - anası xanım Məryəm Qurani-Kərimdə adı çəkilən yeganə qadındır.
  • Qadın Quranda zikr edilən bir çox qissələrdə böyük rol oynamışdır. Məsələn: Səba hökmdarı Bilqeys və onun Süleyman peyğəmbərlə olan, iman gətirməsi və aləmlərin Rəbbi olan Allaha təslim olması ilə nəticələnən qissəsi kimi. Qurani-Kərimdə buyrulduğu kimi:

"Mən onlara hökmdarlıq edən, özünə hər şey verilmiş və çox böyük taxtı olan bir qadın gördüm."

(Nəml 27 surəsi, ayə 88).

  • İslam tarixi bizə bəyan edir ki, Muhəmməd peyğəmbər bir çox məqamlarda qadınlarla məsləhətləşmiş və onların fikirlərini nəzərə almışdır. Həmçinin, qadının öz evində qıldığı namazın daha əfzəl olduğunu bildirməklə yanaşı, həya və ismət qaydalarına riayət etmələri şərtilə kişilər kimi onların da məscidlərə getməsinə icazə vermişdir. Qadın, müharibələrdə kişilərlə yanaşı iştirak edir və xəstələrə qulluq işlərində köməklik göstərirdi. Bununla yanaşı, o, ticarət müamilələrində iştirak edir, təhsil və bilik sahələrində rəqabət aparırdı.
  • İslam dini qədim ərəb mədəniyyətləri ilə müqayisədə qadının mövqeyini xeyli yaxşılaşdırmışdır. Belə ki, qız uşaqlarının diri-diri torpağa basdırılmasını qadağan etmiş və qadına müstəqil şəxsiyyət vermişdir. Həmçinin ailə qurmaq xüsusundakı nikah məsələlərini nizama salmış, qadının mehir haqqını qorumuş, onun mirasdakı hüquqlarını, xüsusi mülkiyyət haqqını və öz mal-mülkünü müstəqil şəkildə idarə etmək hüququnu təmin etmişdir.

Allahın elçisi, Allahın salavatı və salamı onun üzərinə olsun, buyurur:

«Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir».

Uca Allah buyurur:

"Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, itaətkar kişilər və itaətkar qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allahdan qorxan kişilər və Allahdan qorxan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, övrətlərini qoruyan kişilər və övrətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və Allahı çox zikr edən qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır."

(Əhzab 33 surəsi, ayə 35).

"Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin (mehrin) bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun."

(Nisa 4 surəsi, ayə 1).

"Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib (yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah üzərinizdə nəzarətçidir".

"Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq."

(Nəhl 16 surəsi, ayə 97).

"Onlar sizin üçün bir libas, siz də, onlar üçün bir libassınız."

"Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır."

(Rum 39 surəsi, ayə 27).

"Səndən qadınlar barədə soruşurlar. De: “Allahın onlar barədə hökmü belədir: “Kitabda sizə oxunan (ayələrdə) özlərinə müəyyən edilmişi (mehiri və ya mirası) verməyərək evlənmək istədiyiniz yetim qızlarla, zəif uşaqlarla və yetimlərlə ədalətlə rəftar edin”. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir.

Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında anlaşmasında onlara günah gəlməz. Aranı düzəltmək daha xeyirlidir. Doğrusu, nəfslər xəsisliyə meyillidir. Əgər (qadınlarla) yaxşı davranıb (Allahdan) qorxsanız, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır."

  • Uca Allah kişilərə qadınların maddi ehtiyaclarını ödəməyi və onların mallarını qorumağı əmr etmiş, qadını isə ailə qarşısında heç bir maddi öhdəliklə mükəlləf etməmişdir. Həmçinin İslam dini qadının şəxsiyyətini və kimliyini qorumuş, həyat yoldaşı ilə ailə qurduqdan sonra belə ona öz ailəsinin adını saxlamağa icazə vermişdir.

المصدر

قسم المسلمين

ملاحظات

--