Qadının hicab geyinməsinin hikməti nədir?
- محاور التعريف بالإسلام
- محاسن الإسلاممحاسن العبادةالشبهات والاعتراضاتشبهات حول المرأة
- مصدر الإجابة
- قسم المسلمين
- الباب / الفصل
- (قسم المسلمين)
السؤال
Qadının hicab geyinməsinin hikməti nədir?
الجواب
İslamda vacib olan, insan hikmətini bilməsə belə, əmrə əməl etmək və qadağadan çəkinməkdir. Çünki Allah şəriət qoyduğu və təqdir etdiyi hər bir şeydə hikmət sahibidir. Hicab yalnız İslama xas deyil. Əksinə, Musa və İsanın, aleyhimə-ssalam, şəriətində də qadına hicabı vacib edən hökmlər varid olmuşdur. Bəzi dindar yəhudi ailələri bu günə qədər bu şəriəti qoruyub saxlayırlar və bu da Musaın, aleyhi-ssalam, şəriətindən qalanlardandır.
Uca Allah hər iki cinsdə – kişi və qadında – bir-birinə qarşı meyl xəlq etmişdir ki, nikah baş tutsun – hansı ki, bu, mübah (icazə verilmiş) bir əlaqədir – və bəşər nəsli davam etsin. Şübhəsiz ki, qadının öz zinətlərini aşkar etməsində onun özü üçün zərər vardır. Çünki o, bununla fasiq kişilərin hədəfinə çevriləcəkdir. Həmçinin, ona baxan kişilər üçün də bunda zərər vardır. Çünki bununla əksər hallarda onların şəhvət hissi oyanır. Şübhəsiz ki, hicabda hər kəs üçün qorunma, qadının iffətli olmasına dəlalət və başqa insanlar şərik olmadan, yalnız ərin öz zövcəsinin gözəlliklərini görmə xüsusiyyəti vardır. Sağlam fitrət də bu xüsusiyyəti dəstəkləyir, həyalı olmağa, əxlaqsızlığın zərərlərindən, xəstəliklərdən, atılmış uşaqların çoxalmasından və nəsəblərin (nəsillərin) bir-birinə qarışmasından salamat qalmağa çağırır. Bütün bunların başlanğıcı isə qadınların hicabda səhlənkarlıq etməsindən və kişilərin baxışlarını haramdan qorumaqda laqeydlik göstərməsindən irəli gəlir. Bu məsələnin əzəmətinə (ciddiliyinə) görə şəriət zinaya aparan hər bir əməldən çəkindirmişdir. Rəbbimiz, Azzə və Cəllə, belə buyurmuşdur:
"Zinaya yaxınlaşmayın. Çünki o, iyrənc bir əməl və murdar bir yoldur!".
[İsra 17 surəsi, ayə 15].
Uca Allah kişilərə və qadınlara gözlərini haramdan çəkməyi əmr edir. İzzət və Cəlal sahibi olan Rəbbimiz belə buyurur:
"Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.
Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər, örtüklərini yaxalarının üstünə salsınlar, zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirmiş kişi xidmətçilərdən, yaxud qadınların ayıb yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər, gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vurmasınlar. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız."
(Nur 24 surəsi, ayə 62).
المصدر
ملاحظات
--