İslam qılınc gücü ilə yayılmışdırmı? Əgər bu belədirsə, onu sülhə dəvət edən bir din kimi necə vəsf etmək olar?
- محاور التعريف بالإسلام
- الغاية من خلق الإنسان ومعنى الحياةالخير والشرالشبهات والاعتراضاتشبهات حول الجهاد
- مصدر الإجابة
- قسم الإسلام
- الباب / الفصل
- (قسم الإسلام)
السؤال
İslam qılınc gücü ilə yayılmışdırmı? Əgər bu belədirsə, onu sülhə dəvət edən bir din kimi necə vəsf etmək olar?
الجواب
Sual: İslam qılıncla yayıldımı?
Cavab: İslamın yayılmasının əsası odur ki, o, Uca Allaha dəvət vasitəsilə yayılmış və İslam dəvətinin qarşısında duranlara və ya onunla müharibə edənlərə qarşı qılıncla dəstəklənmişdir. Peyğəmbər, sallallahu aleyhi və səlləm, Məkkədə on üç il ərzində İslam dəvətini çatdırmışdır. Sonra isə döyüşmək əmr edilməzdən əvvəl Mədinə dəvət vasitəsilə fəth edilmişdir. Səhabələr və müsəlmanlar yer üzündə yayılaraq Allaha dəvət etdilər. Dini qəbul etməyib müharibə edənlərlə isə vuruşdular. İslam heç kimi dini qəbul etməyə məcbur etməmişdir. Uca Allah buyurur:
"Dində məcburiyyət yoxdur..." (Bəqərə 2 surəsi, ayə 256).
İslamı qəbul etmək istəməyənlər üçün cizyə təyin edilmişdir və bu, onların təhlükəsizliyini təmin etmək müqabilində alınan az bir məbləğdir.
Hənif İslam dini zimmi əhlini qorumuşdur. Yəhudilər və nəsranilər bir vaxtlar bir-birinə zülm edib, bir-birini öldürdükləri halda, sonradan onların dinləri İslamın kölgəsi altında yaşadı və o, onların arasında əmin-amanlıq, həmrəylik və sülh bərqərar etdi. Dəvətin çatması və İslamın hakim olması üçün cihadı əmr etməsi Allah Sübhanəhu və Təalanın qullarına olan rəhmətindəndir. Bir çox insanın dünya və axirətdə səadət və nicat tapması da məhz bununla mümkündür. Müvəffəq edən Allahdır. Allahın salatı və salamı Peyğəmbərimiz Muhəmmədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun.
المصدر
ملاحظات
--