Skip to content

İslamda insan hüquqları nələrdir?

محاور التعريف بالإسلام
الشبهات والاعتراضات
مصدر الإجابة
قسم الإسلام
الباب / الفصل
(قسم الإسلام)

السؤال

İslamda insan hüquqları nələrdir?

الجواب

Allaha həmd olsun. İslam Xaliqin və məxluqun haqqını qorumuşdur. Belə ki, Muaz bin Cəbəl, Allah ondan razı olsun, demişdir:

Mən Peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, tərkində ikən mənimlə onun arasında yalnız yəhərin arxa hissəsi qədər məsafə vardı. O: “Ey Muaz ibn Cəbəl!” - dedi. Mən: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm!” - dedim. Sonra o, bir qədər yol getdi və: “Ey Muaz ibn Cəbəl!” - dedi. Mən: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm!” - dedim. Sonra yenə bir qədər yol getdi və: “Ey Muaz ibn Cəbəl!” - dedi. Mən: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm!” - dedim. O buyurdu: “Bilirsən Allahın qulları üzərindəki haqqı nədir?”. Mən dedim: “Allah və Rəsulu ən doğrusunu bilir”. O buyurdu: “Həqiqətən, Allahın qulları üzərindəki haqqı, Ona ibadət edib heç nəyi Ona şərik qoşmamalarıdır”. Sonra o, yenə bir qədər yol getdi və: “Ey Muaz ibn Cəbəl!” - dedi. Mən: “Buyur, ey Allahın rəsulu, əmrindəyəm!” - dedim. O buyurdu: “Bunu etdikləri təqdirdə qulların Allah üzərindəki haqqının nə olduğunu bilirsənmi?”. Mən dedim: “Allah və rəsulu ən doğrusunu bilir”. O buyurdu: “Onlara əzab verməməsidir”.

Hədisi Buxari: (6267) və Müslim: (48) rəvayət etmişdir.

İslam dini insanın həm dinini, həm də dünyasını qorumaq üçün gəlmişdir. İslam dininin əhatəliliyindəndir ki, o, bəşəri qanunlarda olduğu kimi bəzi sahələrdə insanın haqqını nəzərdən qaçırmamışdır. Bu sahələrdən bəziləri bunlardır:

Birincisi: İnsanın dindəki haqqı: İslam dini, haqq dinə dəvət etmiş və digər dinlərin batil olduğunu bəyan etmişdir. Lakin İslam dininə daxil olmaq üçün məcburiyyət yoxdur. Dini ən mühüm zəruriyyətlərdən qərar vermişdir, beləliklə də onu qorumaq hər şeydən üstün tutulur. Həmçinin, İslam dininin gətirdiyi şərtlərə müvafiq olaraq, müsəlman ölkələrində yaşadığı təqdirdə qeyri-müsəlmanın öz dinindən yapışmasını qorumuşdur.

İkincisi: İnsanın yaşamaq hüququ: İslam dini haqsız yerə adam öldürməyi haram buyuraraq bütün canları qorumuş, hətta müharibə vaxtı belə, döyüşdə iştirak etməyən uşaqların, qadınların və yaşlıların öldürülməsini qadağan etmişdir.

Üçüncüsü: Nəsil və zürriyyət haqqı. Belə ki, İslam dini insanın nəsil haqqını qorumuş, onun qarşısını almağı və ya onu əldə etməkdə insana məhdudiyyət qoymağı haram etmişdir.

Dördüncüsü: İnsanın ictimai haqları. İslam dini valideynlərin və qohumların haqqını onlara yaxşılıq etməklə, ehtiyac olduqda onların xərclərini ödəməklə və onlarla əlaqə saxlamaqla, qonşuların haqqını onlara yaxşılıq etməklə və əziyyət verməkdən çəkinməklə, yolun haqqını azana yol göstərməklə, gözü (haramdan) çəkindirməklə, əziyyət verən şeyləri yoldan kənarlaşdırmaqla, narahatlıq yaratmamaqla və bu kimi digər əməllərlə qorumuşdur. Ümumilikdə bütün insanların İslamda qorunan və tanınan hüquqları mövcuddur.

Beşinci: İnsanın iqtisadi hüquqları: İslam dini fərdin mülkiyyət hüququnu qorumuş, faizi (sələmi) haram etmiş, borcun ehtiyaclı üçün icazəli olmasına baxmayaraq, borclarda səhlənkarlıqdan çəkindirmişdir, ehtiyacı olanlara zəkat verərək yardım etməyi vacib etmiş və sədəqə verməyə rəğbətləndirmiş, qəfil ehtiyacı yaranan kimsəyə ehtiyacı aradan qalxana qədər insanlardan yardım istəməyə icazə vermiş, həmçinin dövlətin ümumi mənbələrini və ehtiyatlarını nizamlamışdır.

Altıncı: İnsanın sağlamlıq hüquqları: İslamda sağlamlıqla bağlı qanunlar olduqca çoxdur və onların hamısı fərdi və ictimai sağlamlığı qorumaq məqsədi daşıyır. İnsanın həm öz sağlamlığına, həm də ətrafındakı cəmiyyətə zərər vuran amillərin qadağan olunması da bu qəbildəndir. İslam dininin narkotik və sərxoşedici maddələrin qəbul edilməsini qadağan etməsi, müxtəlif xəstəliklərə səbəb olduğuna görə zina və əxlaqsızlığı (cinsi sapıqlığı) qadağan etməsi, həmçinin xəstəliklərin yoluxmasının qarşısını almaq məqsədilə bir ölkədə taun xəstəliyi yayıldığı zaman oradan çıxmağı və ya oraya daxil olmağı qadağan etməsi buna misal ola bilər. Çünki həmin yerə daxil olmaq insanı xəstəliyə və ya ölümə məruz qoyur, oradan çıxmaq isə xəstəliyin sağlam insanlara keçməsinə və yayılmasına səbəb olur.

Yeddinci: Qadın hüquqları: İslam dini ana olaraq qadının haqqını imkan daxilində onun qayğısına qalmağı, ona yaxşılıq etməyi və onu sevindirməyi vacib bilməklə qorumuşdur. Bacı, həyat yoldaşı və qız olaraq onun haqqını isə qayğısına qalmaqla, onu himayə etməklə, rahatlığı üçün çalışmaqla və onunla birlikdə səfər etməklə qorumuşdur. Çünki səfərdə yorğunluq ehtimalı və başqa amillər vardır. Qadının vəlisinə də onun qayğısına qalmağı əmr etmişdir. Çünki zərurət istisna olmaqla, ona evdə qərar tutmaq əmr edilmişdir. Onun sahib olduğu malda, mirasda və ya digər şeylərdə sərəncam vermək haqqı vardır. Eləcə də həyat yoldaşını seçmək, övladlarını himayə etmək, onların qayğısına qalmaq və sair hüquqları vardır. İslam ilə digər sistemlər arasındakı fərq ondadır ki, fərdin bu hüquqlara riayət etməsi Allahdan savab ummaq inancı ilə olur, qanundan və ya buna bənzər şeylərdən qorxduğu üçün deyil. İslam dininin gözəllikləri İslamdan əvvəl və müasir sistemlərdə ümumiyyətlə insanın, xüsusən də qadının yaşadığı vəziyyətlə müqayisə edildikdə açıq-aydın görünür.

Səkkizincisi: Fiqhi əsərlərdə məlum olduğu kimi, İslam dini cinlərin və heyvanların haqqını qorumuşdur. Əgər İslam dini cinlərin və heyvanların haqqını qorumuşdursa, Allahın ehtiram sahibi etdiyi insanın haqqını zay etməsi təsəvvür edilə bilərmi? Uca Allah buyurur:

"Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik."

(İsra 17 surəsi, ayə 88).

Beləliklə, İslam dinində ehtiram bütün bəşər övladına - istər mömin olsun, istər kafir, istər ağ olsun, istər qara, istər ərəb olsun, istər qeyri-ərəb - şamil edilir. Peyğəmbərimiz Muhammədə Allahın salavatı və salamı olsun.

المصدر

قسم الإسلام

ملاحظات

--