Zövcəsindən fərqli olaraq İslamı qəbul etmiş müsəlman nə etməlidir?
- محاور التعريف بالإسلام
- الشبهات والاعتراضات
- مصدر الإجابة
- قسم الإسلام
- الباب / الفصل
- (قسم الإسلام)
السؤال
Zövcəsindən fərqli olaraq İslamı qəbul etmiş müsəlman nə etməlidir?
الجواب
Əgər zövcəsi yəhudi yaxud nəsrani olarsa, nikahın davam etməsində heç bir maneə yoxdur. Uca Allah buyurur:
"Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri (kəsdikləri heyvanlar) sizə halal, sizin yeməkləriniz (kəsdiyiniz heyvanlar) də onlara halaldır. Mömin qadınlardan ismətli olanlar və sizdən öncə Kitab verilənlərdən ismətli qadınlar, mehrlərini verdiyiniz təqdirdə, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə sizə halaldır. Kim imanı inkar edərsə əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar."
(Maidə 5 surəsi, ayə 44).
O, qadını İslama dəvət etməyə və onun üçün dua etməyə çalışmalıdır, bəlkə, Allah ona hidayət verə. Əgər zövcəsi Kitab əhlindən deyilsə, o zaman ərin İslamı qəbul etdiyi an nikah pozulur. Bəlkə Allah onu İslama yönəldə deyə o bir müddət gözləyə bilər. Lakin qadın İslamı qəbul edənə qədər aralarında cinsi əlaqə olmamalıdır.
المصدر
ملاحظات
--