İslamın digər dinlərə və azlıqlara qarşı mövqeyi nədir?
- محاور التعريف بالإسلام
- الشبهات والاعتراضات
- مصدر الإجابة
- قسم الأديان والفرق
- الباب / الفصل
- (قسم الأديان والفرق)
السؤال
İslamın digər dinlərə və azlıqlara qarşı mövqeyi nədir?
الجواب
Pak və müqəddəs, Uca Allah O Allahdır ki, göylərin və yerin mülkü Ona məxsusdur, axirətdə də həmd Ona məxsusdur və bütün işlər ancaq Ona qaytarılacaq. Uca Allah buyurur:
"Həmd, göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsusdur. O, Hikmət sahibidir, (hər şeydən) Xəbərdardır."
O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir. O, Rəhmlidir, Bağışlayandır."
(Səba 34 surəsi, ayə 28).
Uca Allah Xaliq, ruzi verən və bütün işləri idarə edəndir. O, ibadət olunmağa layiq olan İlahdır. Ondan başqa nə varsa, Onun qulu və yaratdığı məxluqdur. Fərzləri vacib buyuran, şəriət qanunlarını qoyan, dini nazil edən və Öz dinini bütün dinlərə hakim edən də Odur. Uca Allah buyurur:
Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini hidayətlə və haqq dinlə göndərən Odur."
(Tövbə 9 surəsi, ayə 30).
Uca Allah buyurur:
"(İslamı) bütün dinlərdən üstün etmək üçün Öz rəsulunu hidayət və haqq din ilə göndərən Odur. Şahid olaraq Allah yetər."
(Fəth 48 surəsi, ayə 28).
Din ancaq tək Allaha məxsus olduqda xalis olur. Uca Allah buyurur:
"Göylərdə və yerdə nə varsa, Onundur. Din də (itaət və ibadət də) daim Ona məxsusdur. Belə isə, siz Allahdan başqasındanmı qorxursunuz?!"
[Nəhl 16 surəsi, ayə 97].
"Bilin ki, xalis din yalnız Allaha məxsusdur."
(Zumər 39 surəsi, ayə 65).
Uca Allah açıq-aydın bildirmişdir ki, Onun qatında qəbul olunan və razı olduğu din İslamdır. Uca Allah buyurur:
"Həqiqətən, Allah yanında (haqq) din, İslamdır!"
(Ali-İmran 3 surəsi, ayə 81).
Həmçinin, O, ondan başqa heç bir dindən razı qalmaz. Uca Allah buyurur:
"Kim İslamdan başqa bir din arayarsa, (bilsin ki,) o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar."
Uca Allah hökm etmişdir ki, hər kim İslam dinindən başqa bir dinə etiqad edərsə, onun səyi zəlalət və ziyandır, aqibəti isə həlak və böyük bir əzabdır. Uca Allah buyurur:
“De: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”.
"O Allah ki, göylərdə və yerdə nə varsa, Onundur. Düçar olacaqları şiddətli əzabdan dolayı vay kafirlərin halına!
O kəslər ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan azdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər."
[İbrahim 14 surəsi, ayələr 2-3].
Gördünmü, aləmlərin Rəbbi, Haqq və Açıq-aydın Hökmdar necə hökm vermişdir? İslamdan başqa hər bir din batil və zəlalət dinidir. Axirətdə onun əhlinin varacağı yer Oddur. Ora necə də pis məskəndir!
Azlıqlara və digər dinlərə mənsub kimsələrə gəldikdə, müsəlmanlara qarşı müharibə etmədikləri müddətcə onların İslamdakı hökmü belədir: İslam əhlinin onları İslama dəvət etməsi, lehinə və ya əleyhinə olmasından asılı olmayaraq onlara qarşı ədalətli olması vacibdir. Müsəlmanlara onlara yaxşılıq və xeyirxahlıq etmək, zəiflərinə rəhimli olmaq əmr edilmişdir. Əgər bir insan müsəlman olub, valideynləri qeyri-müsəlmandırsa, onun onlara yaxşılıq etməsi, xeyirxahlıq göstərməsi və onlarla yaxşılıqla qohumluq əlaqəsi saxlaması vacibdir. Ümumiyyətlə, müsəlman hər bir kəslə gözəl əxlaqla rəftar etməli, onlara əziyyət verməməli, zülm etməməli və haqlarından heç bir şeyi əskiltməməlidir.
Amma qeyri-müsəlman, müsəlmanların ölkələrində olarsa və onların arasında yaşamağı qəbul edərsə, o, ümumi nizama riayət etməlidir. Belə ki, İslam onun malını, canını, namusunu, nəslini və azadlığını İslamın ayinlərinə və şəriətinə zidd olmadığı təqdirdə qoruyur.
Qeyri müsəlmanlara zülm etmək, onlara zərər vermək, onları öz haqlarından məhrum etmək və bu kimi əməllərin İslama və müsəlmanlara nisbət edilməsinə gəldikdə isə, bütün bunlar İslama və müsəlmanlara qarşı yönəldilmiş ədalətsiz medianın azğınlığındandır. Müsəlmanlar arasında yaşayan, onların dininin böyüklüyünü, şəriətlərinin asanlığını və əxlaqlarının ucalığını bilən kimsə dərk edər ki, bu yönləndirici və azdırıcı medianın söylədiklərinin hamısı yalan və uydurmadır. Yardım ancaq Allahdan istənilir.
المصدر
ملاحظات
--