İsa, aleyhi-ssəlam, Allahın oğludurmu?
- محاور التعريف بالإسلام
- المحتوى المخصص بحسب الدينمحتوى للنصارىالتعريف بالأنبياء السابقين ومكانة عيسى عليه السلامحقيقة عيسى عليه السلام
- مصدر الإجابة
- قسم الأديان والفرق
- الباب / الفصل
- (قسم الأديان والفرق)
السؤال
İsa, aleyhi-ssəlam, Allahın oğludurmu?
الجواب
Pak və Müqəddəs Allah aləmlərin Rəbbidir. O, Əvvəl və Axır, Zahir və Batindir. Səhih hədislərdə gəldiyi kimi, Allah var idi, Ondan əvvəl heç bir şey yox idi və Onunla yanaşı heç bir şey yox idi. O, Təkdir, Əhəddir, Səməddir, nə doğub, nə də doğulub. Uca Allah belə buyurmuşdur:
"(Ey Peyğəmbər!) De: “O Allah Təkdir!
Allah Möhtac deyildir.
O, nə doğub, nə də doğulub,
Onun heç bir bənzəri də yoxdur”.
(İxlas 112 surəsi, ayələr 1-4).
Əgər O, heç kimin valideyni deyilsə, deməli, yaratdıqlarından heç biri də Uca Pak və Müqəddəs Allahın övladı deyildir. Özünə övlad götürən kəs köməkçilərə və yardımçılara möhtac olandır. İnsan ona arxalanmaq, gəlişinə sevinmək və həyatın çətinliklərində ona kömək etməsi üçün övlad istəyir. Uca Rəbbə gəldikdə isə, göylərin, yerin və onlarda olanların mülkü Onundur,. Odur ki, Onun övlada ehtiyacı yoxdur. Uca Allah buyurur:
"Allah Özündən başqa (haqq) məbud olmayandır, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, (hamısı) Ona məxsusdur."
(Bəqərə 2 surəsi, ayə 129).
O, hər bir canlının varlığını və həyatını Ondan aldığı Diridir. O, hər bir canlının həyatı Özündən asılı olan və Ona möhtac olduğu Qəyyumdur. Uca Allah buyurur:
"Həmd, göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsusdur. O, Hikmət sahibidir, (hər şeydən) Xəbərdardır."
(Səba 34 surəsi, ayə 28).
Göylərdə və yerdə nə varsa, Ona məxsus olduğu, Öz kamilliyinə və heç nəyə möhtac olmadığına görə dünyada və axirətdə hər cür həmd-sənalara və tərifə layiq olduğu halda, kimsə necə iddia edə bilər ki, Allahın övladı var? Allah onların dediklərindən çox ucadır.
Allahın övladı olduğunu və mələklərin Allahın qızları olduğunu iddia etmək, çirkin və küfr dolu bir iddiadır. Allah Öz Kərim Kitabının müxtəlif yerlərində bunu yalanlamış və bu küfr sözünün əvvəlki kafirlərin söylədiyi söz olduğunu bəyan etmişdir. Uca Allah buyurur:
"Yəhudilər: “Üzeyir Allahın oğludur”– dedilər. Nəsranilər də: “Məsih Allahın oğludur”– dedilər. Onların ağızlarından çıxan bu sözlər, daha əvvəlki kafirlərin ("lat, uzza, mənat və mələklər Allahın qızlarıdır") dedikləri sözlərə bənzəyir. Allah onları məhv etsin! Gör necə də (haqdan) döndərilirlər!"
(Tövbə 9 surəsi, ayə 30).
Uca Allah buyurur:
"Onlar cinləri Allaha şərik qoşdular. Halbuki onları da Allah yaratmışdır. Onlar (Allah haqqında) bir şey bilmədən Onun üçün özlərindən oğullar və qızlar uydurdular. Allah onların uydurduqları sifətlərdən uzaqdır və ucadır."
(Ənam 6 surəsi, ayə 18).
Uca Allah bu iddianı bir çox dəlillər ilə batil etmişdir. Yalnız bunlarla məhdudlaşmamaq şərtilə, misal olaraq onlardan bəziləri aşağıdakılardır:
Uca Allah bu iddianı yalanlamış və yeri, eləcə də onda olanları həlak etməyə qadir olduğunu bildirmişdir. Əgər yaradılanlardan hər hansı biri ilah olsaydı, Allahın əmrini dəf edər və həlak olmaqdan xilas olardı. Uca Allah belə buyurur:
“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir!”– deyənlər artıq kafir oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. O istədiyini yaradır. Allah hər şeyə qadirdir.
(Maidə 5 surəsi, ayə 44).
İbn Cərir, Allah ona rəhmət etsin, demişdir:
"Onun: (Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə) kəlamına gəldikdə, o belə deyir: Əgər O, Məryəm oğlu Məsihi yer üzündən yox edərək, anası Məryəmi yox edərək və yer üzündə olan bütün məxluqatın hamısını yox edərək məhv etmək istəsə, kim Allahın əmrindən hər hansı bir şeyin qarşısını almağa qadirdir?"
Sənası Uca olan Allah Öz peyğəmbəri Muhəmmədə, Allahın salavatı və salamı onun üzərinə olsun, buyurur: Nəsranilərdən olan bu cahillərə de: Əgər Məsih iddia etdiyiniz kimi Allah olsaydı - əslində isə belə deyil - Allahın onu və anasını məhv etmək əmri gəldikdə, o, bu əmrin qarşısını almağa qadir olardı. Halbuki Allah onun anasını məhv etmişdi və bu əmr nazil olduqda, o, anası barəsində verilən bu əmrin qarşısını ala bilməmişdi. Əgər ibrət alsanız, bunda sizin üçün bir ibrət, əgər dərk etsəniz, əleyhinizə bir hüccət vardır: Məsih, digər Adəm övladları kimi bir bəşərdir. Qüdrətli və Uca Allah isə məğlub edilməz, qəhr edilməz və əmrinin qarşısı alınmazdır. Əksinə, O, dirildən və öldürən, yoxdan yaradan və fani edən Diri, Daimi və Qəyyumdur. O, heç vaxt ölməyən Diridir.
Təfsir ət-Tabari = Cami əl-Bəyan. Təhqiqatçı. Əhməd Şakir: (10/147).
Bu yalan və haqsız iddianı irəli sürən kimsənin bir dəlili varmı? Yoxsa bu, yalan bir iddiadır? Uca Allah buyurur:
Onlar: “Allah (Özünə) övlad götürmüşdü!”– dedilər. O, pakdır, müqəddəsdir! O, (heç nəyə) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Buna aid sizdə bir dəlil varmı? Yoxsa Allah barədə bilmədiyiniz şeyimi söyləyirsiniz?
(Yunus 10 surəsi, ayə 68).
Şəkk yoxdur ki, bunu iddia edənin zənn və təxmindən başqa heç nəyi yoxdur.
Əgər Allah övlad götürmək istəsəydi, xəlq etdiklərindən Özünə övlad olacaq birini seçərdi. Lakin bu, əqlən və şərən caiz deyildir. Pak və müqəddəs olan Allah buyurur:
"Əgər Allah Özünə övlad götürmək istəsəydi, xəlq etdiklərindən istədiyini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, (hər şeyə) Qalib gələn Allahdır."
(Zumər 39 surəsi, ayə 65).
Kim özünə övlad götürərsə, onun mütləq bir zövcəsi olmalıdır ki, övlad ondan olsun. Uca Allah buyurur:
"O, göyləri və yeri (misilsiz olaraq) yaradandır. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi biləndir".
Göyləri və yeri icad edən Allahdır, Onun övladı ola bilməz.
Əgər Mərhəmətli Allahın övladı olsaydı – Allah bundan çox ucadır – o da məbud olardı. Əgər o da məbud olsaydı, onlardan biri mütləq digərinə qalib gələrdi. Məğlub olan isə şübhəsiz ki, məbud deyildir. Uca Allah buyurur:
De: “Əgər (müşriklərin) söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar Ərş Sahibinin yanına (çatmaq üçün) yol axtarardılar”.
(İsra 17 surəsi, ayə 88).
Əgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, göylər və yer fəsada uğrayardı. Uca Allah buyurur:
"Əgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və (müşriklərin) Ona aid etdikləri sifətlərdən uzaqdır!"
(Ənbiya 21 surəsi, ayə 22).
Allah Kitab əhlinə Məsih - aleyhi-ssəlam - barəsində ifrata varmağı və onun haqqında: "O, Allahın oğludur" yaxud "üçün üçüncüsüdür" və ya "O, Allahdır" demələrini qadağan etmişdir. Uca Allah buyurur:
"Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində həqiqətdən başqa bir şey söyləməyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi (“Ol!”) kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: (İlah) “üçdür!” deməyin. (Batil əqidənizə) son qoyun! (Bu) sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Vəkil olaraq Allah yetər."
(Nisa 4 surəsi, ayə 163).
Kim İsanın - aleyhi-ssəlam - Allahın oğlu olduğuna etiqad edərsə, o, kafirdir. İsanın - aleyhi-ssəlam - peyğəmbərliyinə iman gətirmədikcə, heç bir şəxsin İslamı səhih olmaz. Qurani Kərim Məryəmin və İsanın - aleyhiməssəlam - qissəsini Ali-İmran surəsi, Maidə surəsi və Məryəm surəsi kimi bir neçə surədə bəyan etmişdir. Sünnədə də bir neçə hədisdə bu, təsdiq edilmişdir.
Bax: "Miftəh Dər əl-Səadəh": (1/303) və "Məsihə olan böyük sevgim məni İslama gətirdi" (səh: 169).
المصدر
ملاحظات
--