Skip to content

İslam digər əqidələri qəbul edirmi?

محاور التعريف بالإسلام
الشبهات والاعتراضات
مصدر الإجابة
قسم الأديان والفرق
الباب / الفصل
(قسم الأديان والفرق)

السؤال

İslam digər əqidələri qəbul edirmi?

الجواب

Əqidələr və bu əqidələri daşıyan şəxslər arasında fərq qoymaq vacibdir. Belə deyirik: Peyğəmbərlərin və rəsulların dininə zidd olan hər bir əqidə - yahudi, nəsrani, buddizm, hinduizm və bu kimiləri, batil və fasid əqidələrdir. Bunlar Uca Allah yanında rəzil və rədd edilmişdir. Ta ki, onlar tək Allaha iman gətirib, Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhammədin, sallallahu aleyhi va səlləm, Allahın rəsulu olduğuna şəhadət verənə qədər onların əhlindən nə bir fərz, nə də bir nafilə qəbul edilməz. Bunların hamısı Uca Allah yanında batil dinlərdir. Uca Allah buyurur:

"Kim İslamdan başqa bir din arayarsa, (bilsin ki,) o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar."

(Ali-İmran 3 surəsi, ayə 81).

Allah dərgahında qəbul olunan haqq din İslamdır. Uca Allah buyurur:

"Həqiqətən, Allah yanında (haqq) din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı ədavət üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrinə küfr edərsə, (bilsin ki,) Allah tez haqq-hesab çəkəndir."

Bu dinlərin ardıcıllarına gəldikdə isə, müsəlmanın onlara münasibətdə əməl etməsi vacib olan bəzi amillər vardır:

Birincisi: Onları şəriətə uyğun ən təsirli yollarla İslam dininə dəvət etmək və Allahın dinini onlara bəyan etməkdir ki, içində yaşadıqları bu küfrdən xilas olsunlar, Allaha aparan doğru yolla getsinlər, Onun Cənnətini qazansınlar və Qiyamət günü böyük əzabdan qurtulsunlar. Uca Allah buyurur:

"(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır."

[Nəhl 16 surəsi, ayə 97].

İslama dəvət məcburiyyətlə olmur. Uca Allah buyurur:

"Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan fərqlənir. Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir."

(Bəqərə 2 surəsi, ayə 129).

İkincisi: Müsəlmana onlarla ədalətli olmaq, onlara zülm etməmək və ya onların haqqında səhlənkarlıq etməmək vacibdir. Uca Allah buyurur:

"Ey iman gətirənlər! Allah üçün haqqı qoruyan, ədalətlə şahidlik edən kimsələr olun. Bir qövmə qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır."

(Maidə 5 surəsi, ayə 44).

Həmçinin müsəlmana əmr edilmişdir ki, nə qədər ki, başqa dinlərin mənsubları onunla xoş rəftar edir və ona zülm etmirlər, o da onlara yaxşılıq etsin, xeyirxahlıq göstərib onlara qarşı rəhimli olsun, onlarla xoş rəftar etsin, onlara əziyyət verməsin və onlara gözəl söz söyləsin. Onlarla qurulan münasibət içki satmaq və ya sələmlə (riba ilə) məşğul olmaq kimi şəriətcə haram buyurulan bir məsələdə olmamalı və bu rəftar müsəlmanı zəlil duruma salmamalıdır. Peyğəmbərimiz Muhəmmədə Allahın salavatı və salamı olsun.

المصدر

قسم الأديان والفرق

ملاحظات

--