Skip to content

Müsəlmanların Muhəmməd, sallallahu aleyhi və səlləm, peyğəmbərə ibadət etməsi doğrudurmu?

مصدر الإجابة
قسم النبوة
الباب / الفصل
(قسم النبوة)

السؤال

Müsəlmanların Muhəmməd, sallallahu aleyhi və səlləm, peyğəmbərə ibadət etməsi doğrudurmu?

الجواب

Doğru deyil, müsəlmanlar şəriki olmayan tək Allaha ibadət edirlər. Kim Allahla yanaşı Ondan qeyrisinə ibadət edərsə yaxud Allahdan başqasına ibadət edərsə, o kafirdir və müsəlman deyildir. Müsəlmanlar namazlarında belə deyirlər: "Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Muhamməd Onun qulu və rəsuludur, sallallahu aleyhi va səlləm".

Həmçinin, rəsul Muhammədin, sallallahu aleyhi va səlləm, gətirdiyi kitab şirkin batil olduğunu və müşrikin səyinin puç olduğunu bəyan edən əqli dəlillərlə doludur. Uca Allahın bu kəlamında olduğu kimi:

"Əgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və (müşriklərin) Ona aid etdikləri sifətlərdən uzaqdır!"

(Ənbiya 21 surəsi, ayə 22).

Müsəlmanlar peyğəmbərə, sallallahu aleyhi va səlləm, tabe olurlar və ona ibadət etmirlər. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:

«Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə! Peyğəmbərlərinin qəbirlərini məscidlər (ibadətgah) edən qövmə Allah lənət etmişdir».

Hədisi Əhməd: (7358) rəvayət etmişdir. Bu, həsən hədisdir.

Peyğəmbər, sallallahu aleyhi va səlləm, ümmətini onu həddindən artıq şişirtməkdən və həddi aşmaqdan çəkindirmiş və belə buyurmuşdur:

"Nasranilər Məryəm oğlunu şişirtdikləri kimi, siz də məni şişirtməyin! Mən sadəcə Allahın quluyam. Elə isə (mənə): “Allahın qulu və rəsulu!” – deyin".

Səhih Buxari: (3445).

Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, ona ən yaxın insan olan qızına - Allah ondan razı olsun - və digər yaxın qohum-əqrəbələrinə Qiyamət günü Allahın qarşısında onlara heç bir fayda verə bilməyəcəyini bəyan etmişdir. Ona (ayə) nazil olduqda Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurmuşdur:

"Ən yaxın qohumlarını qorxut!"

(Şuəra 26 surəsi, ayə 214).

«Ey Qüreyş camaatı! Özünüzü Allahdan satın alın. Mən Allah dərgahında sizə heç bir fayda verə bilmərəm. Ey Əbdülmüttəlib oğulları! Mən Allah dərgahında sizə heç bir fayda verə bilmərəm. Ey Əbdülmüttəlibin oğlu Abbas! Mən Allah dərgahında sənə heç bir fayda verə bilmərəm. Ey Allahın rəsulunun bibisi Səfiyyə! Mən Allah dərgahında sənə heç bir fayda verə bilmərəm. Ey Allahın rəsulunun qızı Fatimə! Məndən istədiyin şeyi istə, mən Allah dərgahında sənə heç bir fayda verə bilmərəm».

[Hədisi Buxari: (7274) və Müslim: (239) rəvayət etmişdir.]

Əgər Peyğəmbər, sallallahu aleyhi va səlləm, onlardan özünə ibadət etmələrini istəsəydi, onlara fayda verə bilməyəcəyini bəyan etməzdi. Artıq Uca Allah, müsəlmanların oxuduğu Əzəmətli Quran-Kərimdə ona Öz kəlamını nazil edərək belə buyurmuşdur:

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.

(Zumər 39 surəsi, ayə 65).

Bütün bunlara baxmayaraq, müsəlmanların ona ibadət etdiyi necə güman edilə bilər. Allahın salatı və salamı peyğəmbərimiz Muhammədin üzərinə olsun.

المصدر

قسم النبوة

ملاحظات

--