Allahın Peyğəmbəri İsa, aleyhi-ssəlam, Muhəmməd Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, barəsində nə demişdir?
- محاور التعريف بالإسلام
- المحتوى المخصص بحسب الدينمحتوى للنصارىالتعريف بمحمد صلى الله عليه وسلمالتعريف بالنبي محمد صلى الله عليه وسلمالتعريف بالأنبياء السابقين ومكانة عيسى عليه السلامحقيقة عيسى عليه السلام
- مصدر الإجابة
- قسم النبوة
- الباب / الفصل
- (قسم النبوة)
السؤال
Allahın Peyğəmbəri İsa, aleyhi-ssəlam, Muhəmməd Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, barəsində nə demişdir?
الجواب
Əvvəlki peyğəmbərlərin əksəriyyəti öz qövmünü sonuncu Peyğəmbər Muhəmmədin, sallallahu aleyhi va səlləm, gəlişi ilə müjdələmiş və əgər Allah onu, onlar həyatda ikən göndərərsə, ona iman edib tabe olacaqları barədə öz qövmündən əhd almışlar. Bu barədə olan mətnlər sayıla bilməyəcək qədər çoxdur. Musa və İsanın, aleyhimə-ssəlam, risaləti Peyğəmbərimiz Muhəmmədin, sallallahu aleyhi va səlləm, risalətinə zaman baxımından ən yaxın səmavi risalətlər olduğu üçün onların hər ikisinin kitablarında və Bəni İsrail peyğəmbərlərinin digər kitablarında bu mətnlər geniş yer almışdır. Bu mətnlər onun, sallallahu aleyhi va səlləm, vəsfini, şəhərinin vəsfini, hicrətinin vəsfini, dininin şüarlarını, səhabələrinin vəsfini, Allahın onlara bəxş edəcəyi zəfər və hakimiyyəti, o cümlədən, kitablarının əhatə etdiyi digər məsələləri özündə ehtiva edirdi. Eləcə də, onun gəlişi ilə bağlı müjdəni, nəfsləri onu qarşılamağa hazırlamağı, ona iman edib tabe olmaq əmrini də əhatə edirdi. Bəni İsrail alimləri bu mətnləri bilirdilər. Onun - sallallahu aleyhi va səlləm - və səhabələrinin vəsfi Bəni İsrail alimlərinin, habelə nəsrani ruhanilərinin və rahiblərinin zehinlərində möhkəm yer tutmuşdu. Lakin onlar bunların əksəriyyətini təhrif etdilər. Bununla belə, istər yəhudi peyğəmbərlərinin yazıları olan Əhdi-Ətiqdə, istərsə də nəsrani ruhanilərinin yazdıqlarının məcmuəsi olan Əhdi-Cədiddə onlardan bir çox dəlillər (şahidlər) qalmaqdadır. Onlar bunu Məsihin - aleyhi-ssəlam - əsrində yaşamış kimsələrdən nəql etdiklərini hesab edirlər. Həmin mətnlərdən bəziləri aşağıdakılardır:
Birincisi: Bu əzəmətli Peyğəmbər, sallallahu aleyhi va səlləm, barəsində müjdə Musaya - aleyhi-ssəlam - gəlmişdir. Necə ki, “Təsniyə” kitabında belə deyilir: "Mən onlar üçün öz qardaşları arasından sənin kimi bir peyğəmbər göndərəcəyəm. Öz kəlamımı onun dilinə qoyacağam və o da, ona əmr etdiyim hər şeyi onlara deyəcəkdir. Mənim adımdan söyləyəcəyi kəlamıma qulaq asmayan insandan isə bunun hesabını Mən Özüm tələb edəcəyəm".
(Təsniyə 18: 18-19).
İsrail oğullarının qardaşları İsmayil oğullarıdır. İsmayil oğullarından Allahın elçisi Muhəmməddən, sallallahu aleyhi va səlləm, başqa heç bir elçi çıxmamışdır. Musa - əleyhi-ssalam - bu mətndə Allahın elçisi Muhəmmədin, sallallahu aleyhi va səlləm, sözünü eşitməyən kimsə üçün Uca Allahın əzab xəbərdarlığını qeyd edir. Bu, Onun: “Mən ondan hesab soracağam” – sözüdür. Uca Allah kimdən hesab sorarsa, onu mütləq haqlayar.
Musa - aleyhi-ssəlam - həmçinin demişdir ki, ən sonuncu Peyğəmbər (Fəran) dan çıxacaqdır. Fəran isə Məkkəyi-Mükərrəmədəki dağlardır. İsmayıldan -aleyhi-ssəlam- sonra Məkkəyi-Mükərrəmədən Allah rəsulu Muhəmməddən, səllallahu aleyhi və səlləm, başqa heç bir peyğəmbər çıxmamışdır. Necə ki, Təsniyə kitabında belə gəlmişdir: "Rəbb Sinadan gəldi, onlara Səirdən nur saçdı və Fəran dağından parladı".
İkincisi: Davud, aleyhi-ssəlam, da onu müjdələmiş və belə demişdir: "Bənnaların rədd etdiyi daş, küncün baş (əsas) daşı oldu. Bu, Rəbbin işidir. Gözümüzdə heyrətamiz bir işdir." (Məzamir, 118:22).
Bu müjdənin mənası: İsrail oğullarının İsmayıl nəslindən (ərəblərdən) gəlməsini rədd etdikləri risalət, ən əzəmətli risalət olmuşdur. Çünki o, ən əzəmətli elçi vasitəsilə insanlar üçün risalətlərin sonuncusudur. Bunun binaya bənzədilməsinin səbəbi odur ki, hər bir peyğəmbər özündən əvvəlki peyğəmbərin başladığı işi tamamlayır. Nəhayət, peyğəmbərlərin göndərilməsi tamamlanaraq geriyə yalnız sonuncu peyğəmbər qaldıqda, bina tamamlanmağa yaxınlaşıb ondan sadəcə bir kərpic qaldığı zaman, Allah Öz rəsulunu və xəlilini – Məhəmmədi, sallallahu aleyhi va səlləm, göndərdi. Beləliklə, din onunla kamilləşdi, nemət onunla tamamlandı, nübüvvətlər sona çatdı və bina bütövləşdi. Beləcə, Allahın rəsulu, sallallahu aleyhi va səlləm, peyğəmbərlərin və elçilərin - aleyhimu-ssəlam - sonuncusu oldu. Bu müjdədə işarə edilən daşla məsəl çəkilən kimsə də məhz odur.
Üçüncü: Məsih - aleyhi-ssəlam - Mattada olduğu kimi belə demişdir: "Buna görə də sizə deyirəm: Allahın səltənəti sizdən alınacaq və onun bəhrəsini verən bir ümmətə veriləcəkdir". (Matta 21:42).
Bu müjdənin ehtiva etdiyi bu heyrətamiz xəbərə diqqət yetir: Məsih - aleyhi-ssəlam - İsrail oğullarına, peyğəmbərliyin onlardan İsmayilin - aleyhi-ssəlam - oğullarına keçəcəyini xəbər vermişdir. Allahın İsmayil züriyyətindən göndərdiyi yeganə peyğəmbər isə peyğəmbərlərin sonuncusu olan Allah rəsulu Muhəmməddir, sallallahu aleyhi va səlləm.
Məsih, Allahin ona salamı olsun, həmçinin Yəhya kitabında qeyd edildiyi kimi belə demişdir: "Mən Atadan sizə göndərəcəyim Təsəlliverici – Atanın yanından çıxan Haqq Ruhu gəldiyi zaman o, mənim barəmdə şəhadət verəcəkdir. Siz də həmçinin şəhadət verəcəksiniz, çünki əvvəldən mənimləsiniz". (Yəhya 15: 26-27).
Bəs Allahın rəsulu Muhəmməddən, sallallahu aleyhi va səlləm, başqa kim Məsihin elçi olduğuna şahidlik etmiş və onu yəhudilərin ona və anasına - aleyhə-ssalam - atdıqları iftiralardan pak etmişdir? Məsih demişdir: "Sizə deyəcək hələ çox sözlərim var, lakin indi onları qavraya bilməzsiniz. Amma o – Haqq Ruhu gəldiyi zaman sizi bütün haqqa yönəldəcəkdir. Çünki o, özündən danışmayacaq, əksinə, eşitdiklərinin hamısını danışacaq və gələcək işlər barədə sizə xəbər verəcəkdir. O məni ucaldacaq, çünki mənə aid olandan götürüb sizə xəbər verəcəkdir". (Yəhya 16: 12-14).
Uca Allah Kitab əhlinin Peyğəmbəri tanıdıqlarını və onu öz oğullarını tanıdıqları kimi tanıdıqlarını bəyan edərək belə buyurmuşdur:
"Kitab verdiyimiz kəslər Peyğəmbəri öz oğullarını tanıdıqları kimi tanıyırlar. Buna rəğmən onlardan bir dəstə bilə-bilə haqqı gizlədir."
(Bəqərə 2 surəsi, ayə 129).
Quran nəsranilər barəsində qeyd etmişdir ki, Məsih, Allahin ona salamı olsun, – əvvəlki mətnlərdə olduğu kimi – onlara onun vəsfi və vəzifəsi haqqında xəbər verdiyi kimi, onun adını da açıqca bəyan etmişdir. Uca Allah belə buyurur:
(Ey Peyğəmbər! Xatırla ki,) bir zaman Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən mən, Allahın sizə göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə (sizi) müjdələyən bir elçisiyəm!”. Sonra (İsa yaxud Əhməd) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.
(Saff 61 surəsi, ayə 6).
Bu gözəl müjdələrin mətnləri ilə daha geniş tanış olmaq üçün oxucu aşağıdakı kitablara müraciət edə bilər:
«Peyğəmbərimiz Muhəmmədin, sallallahu aleyhi va səlləm, nübüvvətini isbat etmək barədə Din və Dövlət», müəllifi: Əli bin Rəbbən ət-Təbəri. «Xaçpərəstləri rədd etmək xüsusunda ağıl sahibinin töhfəsi», müəllifi: Abdullah ət-Tərcüman. Onun İslamı qəbul etməzdən əvvəlki adı, Anselm Turmeda idi.
İbrahim Xəlil Əhmədin müəllifi olduğu "Muhəmməd Tövrat, İncil və Quranda" kitabı. İslamı qəbul etməzdən əvvəl onun adı İbrahim Filbos idi.
"Muhəmməd Müqəddəs Kitabda", müəllif: Əbdüləhəd Davud.
Bu kitabların müəllifləri nəsrani idilər, sonra İslamı qəbul etdilər. Allaha həmd olsun!
İnsanın, Məsihin, əleyhi-ssəlam, Peyğəmbərimiz Muhəmməd, sallallahu aleyhi və səlləm, haqqında nə dediyini soruşması təəccüblü deyildir. Əsl təəccüblü olan odur ki, insan rəsulların və peyğəmbərlərin Allah tərəfindən tək bir qayə üçün – Ondan başqasına deyil, yalnız tək Allaha ibadət etmək üçün gəldiklərini və onların hamısının Allaha, dirilməyə, hesaba və əməllərin qarşılığına iman etməyə dəvət etdiklərini bilsin, sonra da onların gətirdiklərinə iman etməsin. Allaha and olsun ki, bu, apaçıq bir ziyan və qaçılmaz bir həlakdır. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədin üzərinə olsun.
Bax: "Məsihə - Allahin ona salamı olsun - olan böyük sevgim məni İslama gətirdi" kitabı, (səh: 169). Və Muhəmməd bin Abdullah əs-Suheymin "Məsihin -Allahin ona salamı olsun - müjdəsi" kitabı.
المصدر
ملاحظات
--