Allahın varlığına dəlil nədir?
- محاور التعريف بالإسلام
- التعريف بالله تعالىأدلة وجود الله
- مصدر الإجابة
- قسم الإيمان
- الباب / الفصل
- (قسم الإيمان)
السؤال
Allahın varlığına dəlil nədir?
الجواب
Uca Allahın varlığına dəlil açıq-aşkar ağıl, sağlam fitrətlər və doğru yollardır. Bunu yalnız bəşər ağlının tələb etdiyi həqiqətlərdən kənara çıxan kəs inkar edər. Şübhəsiz ki, bu yaradılmışları yaradan bir Yaradanı mütləq olmalıdır. Çünki bu yaradılmışlar ya heç bir Yaradan və yoxdan var edən olmadan mövcud olmuşlar, ağıl isə bunun batil (mümkünsüz) olmasını zəruri olaraq qəti şəkildə təsdiq edir. Belə olan təqdirdə, heç bir şeyin onu var edəni olmadan mövcud olması mümkünsüzdür!
Ya bu yaradılmışlar özləri özlərini yaradıblar! Bu isə qeyri-mümkündür. Çünki heç bir şey özünü yoxluqdan var edə bilməz.
Ya da bu məxluqatların onları xəlq edən bir Yaradanı vardır və O, böyük, elm sahibi, Yaradan və hikmət sahibi olan Allahdır.
Allah bu bölgüyə ən gözəl bəyan və ən dolğun yığcamlıqla diqqət çəkərək belə buyurur:
"Yoxsa onlar heç bir şey olmadan (Xaliqsizmi) yaranıblar? Yaxud onlar (öz-özlərini) yaradanlardır?
Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar."
(Tur 52 surəsi, ayələr 35-36).
Bu barədə bəzilərindən soruşulmuşdur: “Rəbbini nə ilə tanıdın?” O dedi: “Şübhəsiz ki, dəvə peyini dəvəyə, ayaq izləri isə yolçuya dəlalət edir. Elə isə bürcləri olan göy, geniş yolları olan yer və dalğalı dənizlər məgər Lətif və Xəbir olana dəlalət etmirmi?!”
Bu yaradılmışların onları idarə edən bir İdarəedəni olmalıdır. Çünki sən yuxarı və aşağı aləmə nəzər saldıqda, orada qüsursuz bir idarəçiliyin olduğunu, hər şeyin özünə uyğun bir formada yaradıldığını və bütün məxluqatların onlar üçün faydalı olan və mövcudluqlarını təmin edən şeylərə yönləndirildiyini görərsən.
Bu mükəmməllik bütün məxluqatlarda sayısız-hesabsız surət və formalarda təkrar olunmuşdur və bununla da təsadüf və xaos nəzəriyyəsi qeyri-mümkündür!
Uca Allah buna diqqət çəkərək belə buyurmuşdur:
"Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir."
(Nəml 27 surəsi, ayə 88).
Həmçinin O demişdir:
"(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!”"
(Ta ha 20 surəsi, ayə 50).
Rəvayət edilir ki, bir qrup mulhid (ateist) Əbu Hənifənin, Allah ona rəhmət etsin, yanına toplaşaraq dedilər: "Yaradıcının varlığına dəlil nədir?". O, onlara dedi: "Məni öz halıma buraxın, çünki fikrim qəribə bir məsələyə qarışıb". Onlar: "O nədir?" – deyə soruşdular. O dedi: "Mənə xəbər çatıb ki, Dəclə çayında müxtəlif növ qəribə mallarla dolu böyük bir gəmi var. O gəmi, onu hərəkətə gətirən bir kimsə və idarə edən bir başçı olmadan gedib-qayıdır".
Onlar ona dedilər: “Məgər sən dəlisən?”. O dedi: “O nədir ki?”. Onlar dedilər: “Bunu ağıllı bir kəs təsdiq edərmi?”. O onlara dedi: “Bəs sizin ağlınız necə təsdiq etdi ki, içindəki növlər, çeşidlər və qəribə hadisələrlə birlikdə bu aləm, eləcə də fırlanaraq seyr edən bu fələk yaradanı olmadan cərəyan edir, bu hadisələr onları meydana gətirəni olmadan baş verir və bu hərəkətdə olan cisimlər onları hərəkətə gətirəni olmadan hərəkət edir?!”. Bununla da onlar özlərinə qayıdıb özlərini qınadılar.
Pak və Uca Rəbbin varlığına dəlalət edən dəlillər sayılmayacaq qədər çoxdur, onlardan biri: fitrətdir. Fitrət insanın özündə tapdığı və dəf edə bilmədiyi təbii bir amildir.
Onlardan biri də, hər bir məxluqun Pak və Uca Xaliqə dəlalət etməsidir.
Bunların arasında qayğı (inayət), mükəmməllik və ram etmə dəlilləri, eləcə də sayıb hesablamaq mümkün olmayan digər dəlillər vardır. Belə ki, hər bir şey Əzəmətli Xaliq, idarə edən və hikmət sahibi olan Uca Allaha dəlalət edir.
المصدر
ملاحظات
--