Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 3

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

"Sizdən kimsə qorxmurmu ki, başını imamdan öncə qaldırmaqla Allah onun başını uzunqulaq başı edər, yada ki, Allah onun xarici görkəmini uzunqulaq görkəmində edər".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Səflərinizi düzəldin, çünki, səflərin düzlüyü namazın kamilliyindəndir"
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
«Namaz qıldığınız zaman səflərinizi düz tutun sonra sizdən biri sizə imam olsun. İmam təkbir etdiyi zaman siz də təkbir edin» "Ğayril-məğdubi aleyhim valad-dallin” (Bizi doğru yola yönəlt! Nemət bəxş etdiyin kimsələrin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!) [Fatihə surəsi: 7] dediyi zaman siz: “Əmin” deyin ki, Allah duanıza cavab versin. İmam təkbir edib, rükuya getdiyi zaman siz də təkbir edin və rükuya gedin. Çünki imam sizdən öncə rüku edər və sizdən öncə rükudan qalxar». Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: «O, bu şəkildədir. İmam: “Səmi Allahu limən həmidəh” dediyi zaman: “Allahummə Rabbənə va ləkə-l-həmd” deyin. Allah sizi eşidər. Uca Allah Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dili ilə “Səmiallahu limən həmidəh” (Allah Ona həmd edəni eşitdi!)» buyurmuşdur. İmam təkbir edib, səcdəyə getdiyi zaman siz də təkbir edib, səcdəyə gedin. Çünki imam sizdən öncə səcdəyə gedir və sizdən öncə səcdədən qalxır.» Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: «O da, bu şəkildədir». İmam oturduğu zaman sizin ilk sözünüz bu olsun: «Ət-Təhiyyatu, ət-Tayyibətu, əs-Saləvatu lilləhi, əs-Sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs-Sələmu aleynə va alə ibədil-ləhis-salihin. Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhammədən abduhu va rasuluhu».
Səhih Muslim rəvayət etdi.